Gündəm

Cəmiyyəti ictimai nəqliyyatdan narazı salan SƏBƏBLƏR

MUMtv.az: - Bakıda sərnişinlər ictimai nəqliyyatın fəaliyyətindən narazıdır. Məhz buna görə də, avtomobil alanların sayı gündən-günə çoxalır. Bu vəziyyət tıxacların artmasına səbəb olmaqla yanaşı, ekologiyaya da mənfi təsir göstərir.

İnsanların ictimai nəqliyyatdan narazılığına səbəblər nələrdir?

Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirib ki, ictimai nəqliyyatın bu hala düşməsi insanları avtomobillərə maraq göstərməyə məcbur edib və Azərbaycanda, xüsusən də, paytaxtda belə bir vəziyyətin yaranması heç də arzuolunan hal deyil:

“Bu, bizim həyat tərzimizə çevrilib və qarşısını almaq üçün imkanlarımız hələ ki, tükənməyib. Ümumi mənzərə ondan ibarətdir ki, ictimai nəqliyyat zamanında qorunmadı, inkişaf etdirilmədi və bu hala gəlib çıxdı. Avtobusların sayı, metro şəbəkəsinin inkişafı ilə bağlı biz nə qədər çalışsaq da, yaxşı sözlər deyə bilmirik. Çünki arzuladığımız mənzərəni görmürük.

Köhnə avtobusların dövrünə qayıtsaq, görərik ki, o dövrdə də ictimai nəqliyyata marağı inkişaf etdirmək üçün müəyyən addımlar atılmayıb və bunlar olmadıqca, inkişafdan da danışmaq düzgün olmazdı. Bu gün ictimai nəqliyyatı inkişaf etdirməyə və onlar üçün şərait yaratmağa çalışırıq.

Amma imkanlar əvvəlki səviyyədə deyil.

Çünki dediyim kimi, avtobus zolaqlarına imkan yaratmaq lazımdır, lakin bu, yoxdur. Ona görə ki, artıq yolları zəbt ediblər, binalar tikiblər. Səkilərdə belə hündürmərtəbəli binalar var. İnsanların orada rahat hərəkəti təmin olunmur, durum çox çətindir”.

Ekspert bildirib ki, vaxtında qabaqlayıcı tədbirlər görülməlidir:

“Tədbirlər nə qədər operativ şəkildə görülsə, bir o qədər məsələlər tez həllini tapar. Mənzərə onu deməyə əsas verir ki, görüləcək əsas işlər ictimai nəqliyyatın inkişafı ilə bağlıdır. Sırf avtobusların rahat hərəkətini təmin etmək, onların fasiləsiz bir ünvandan digərinə çatmalarına imkan yaratmaq lazımdır”.

Pandemiya nəyi dəyişdi?

“Pandemiya dövrü də nə qədər insanı ictimai nəqliyyatdan istifadədən didərgin salıb. Panikası olan şəxslər taksilərə üz tutur və yaxud da imkan düşdükcə şəxsi avtomobil alırlar. Bu gün o şəxslər artıq ictimai nəqliyyata qayıtmırlar.

Hazırda aidiyyatı qurumlar müəyyən layihələr üzərində işləyir ki, taksi fəaliyyətindən geniş istifadə edilməsin. Çünki bu, heç də faydalı deyil. Bu addımlar, digər tərəfdən ictimai nəqliyyat üçün geniş avtobus zolaqlarının yaradılması və digər görülən işlər insanları gec-tez ictimai nəqliyyata qaytaracaq.

Amma bu gün biz yenə də ürəkdən deyə bilmirik ki, ictimai nəqliyyatda hər şey qaydasındadır. Avtobuslarımızın sayı yenə azdır, bu barədə düşünmək lazımdır. Bu istiqamətdə çox ciddi işlər görülməlidir. Amma dediyim kimi, tükənməmişik və nə qədər ciddi mübarizə aparılsa, bir o qədər yaxşı nəticələr əldə etmək şansımız var”.


Son xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırış üzrə Mərkəzi Çağırış Komissiyasına əlavə edildi

ƏDV-dən azad edilən mineral gübrələrin siyahısı təsdiqləndi

Bu şəxslər də təhsil krediti ala biləcək

Piylənmə xərçəng xəstəliyinə səbəb olur

Şuşaya növbəti köç karvanı yola salınıb

Zelenskidən Xarkovla bağlı açıqlama

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında torpaq qalmaqalı davam edir

AQTA vəzifəsinin öhdəsindən niyə gəlmir? İDDİA

Göycayda qeyri-iş vaxtı işə çıxardılan fəhləni ilan sancdı... İDDİA

İbrahim Nehrəmlinin Oğuzun Mollalı kəndində 10 ha qoz bağını məhv etdirməsinə ETSN-də niyə göz yumurlar

Elçin Yusubovu təhdid edənlər kimdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı – VİDEO

“AzerGold” QSC-nin növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

“Ziyəddinoğlu” MMC məhkəmə qərarını icra etmir – əziyyət çəkən isə əlil və qazidir//FOTO

Qalmaqallı tikinti şirkəti sakinləri zorla evlərindən çıxarmaq istəyir-Nəsimi rayonunda qalmaqal

Oliqarx İsmayılov gəlinini həbslə hədələyir – ŞOK AİLƏ DRAMI

Taleh Kazımov bu qadını direktor təyin etdi - FOTO

Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət

Mirzoyana Bayramovun BMT-dəki çıxışı ilə cavab verildi

Azərbaycanda İİV-lə yaşayan şəxslərin sayı açıqlandı

Gənclər arasında işsizlik dinamikası təhlil ediləcək

Bakıda obyekt sahibi ağacları kəsdi

Bu qadınların maaşları artırıla bilər

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq

Xocalı Rayon Məhkəməsinə sədr təyin edilib

Prezident onları hakim təyin etdi - SƏRƏNCAM

İlham Əliyevdən sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN

"Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasında maraqlıyıq" - Mirzoyan

Minimum əməkhaqqı nə qədər artırıla bilər? - AÇIQLAMA

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar açıqlandı

Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI

Prezident qəbul keçirdi

Prezident Zakir Həsənova yeni müavin TƏYİN ETDİ - FOTO

Bütün xəbərlər