Cəmiyyət

Yeni tədris ilə bağlı qəbul edilən qərardan sonra mütəxəssislər və valideynlər ictimai nəqliyyatda virusa yoluxma riskinin yüksək olduğunu bildirərək, məktəblərə şagirdlər üçün xüsusi avtobusların ayrılmasını istəyirlər. Onlar bu yolla şagirdlərin məktəbə daha təhlükəsiz və rahat şəraitdə gedib-gələcəklərini deyirlər.

Mumtv.az bildirir ki,məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, məktəblərin hər birinə şagirdlərin gediş-gəlişini təmin etmək məqsədi ilə avtobusların ayrılması məqsədəuyğun olar:

"Hazırkı şəraitdə şagirdlərin ictimai nəqliyyatdan istifadə etməsi koronavirusa yoluxma riskini artıra bilər. Hər bir məktəbə bir-birinə yaxın ərazidəki 40 şagirdin gediş-gəlişini təmin etmək məqsədilə avtobus ayrılmalıdır.

10 yaşa qədər uşaqlar adətən infeksiyanı subklinik formada keçirirlər. 10 yaşdan yuxarı uşaqlarda isə xəstəliyin əlamətləri özünü göstərməyə başlayır. Buna görə də 10 yaşa qədər olan uşaqlarda daha diqqətli olmaq lazımdır. Əlamətlər azca hiss edilən kimi müayinəyə cəlb edilməlidir. Həmçinin dərslər 3 növbədə təşkil edilsə, daha yaxşı olar. Sinif otaqlarının isə uşaqlar gəlməzdən əvvəl və dərsdən sonra dezinfeksiya edilməsi məqsədəuyğundur. Sinif otaqlarına daxil olan zaman əllərin dezinfeksiya edilməsi və sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilməlidir. Sinif otaqlarında maskadan istifadə etmək lazımdır, əgər ventilyasiya olunan sahədirsə, maska vacib olmaya da bilər. Tədris dayandırılmamalıdır və davam etdirilməsinə ciddi fikir verilməlidir”.

Təhsil eksperti Kamran Əsədov da yoluxma riskinin artmaması üçün məktəblərə avtobusların ayrılmasını vacib hesab edir:

"Təhlil aparsaq görərik ki, pandemiya ən çox təhsil sahəsinə ciddi təsir göstərib. Belə ki, bu sahə fəaliyyətinə davam etmək üçün bütün infrastrukturu 180 dərəcə dəyişməlidir. Şagirdlər məktəbə gəlmək üçün ictimai nəqliyyatdan istifadə edirlər. O zaman əlbəttə ki, yoluxma halları olacaq və o şagirdlər məktəbə daxil olanda ciddi yoxlanılmasa, potensial daşıyıcıya çevriləcəklər. Hesab edirəm ki, Bakı və bölgələrdə şagirdləri daşımaq üçün xüsusi avtobuslar ayrılmalı və o avtobuslar yalnız şagirdləri daşımalıdır. Şagirdin individual və qrup halında evlərindən məktəbə və məktəbdən evlərinə tam təhlükəsiz çatdırılmasının təmin edilməsi şəhərdə tıxacların azalmasına da böyük töhfə verər. İndi bəzi valideynlər uşağını öz yaşadığı ərazidəki məktəbə yox, şəhərin mərkəzindəki hansısa məktəbə aparıb gətirir. Belə olan halda fərdi avtomobili olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir. Zənnimcə, bu da düzgün addım deyil. Çünki yoluxma riski artmaqla yanaşı, uşaq saatlarla ayaqüstə, tıxacda qalaraq enerjisini elə yoldaca itirir. Xarici ölkələrdə şagirdlərin avtobusla məktəblərə çatdırılması sistemi mövcuddur. Uzağa getməyək, elə yaxın qonşumuz Türkiyədə də şagirdləri avtobuslar aparıb-gətirir. İnkişaf etmiş ölkələrdə artıq illərdir bu sistem tətbiq olunur və öz səmərəsini də göstərir”.

Pandemiya ilə əlaqədar yeni tədris ilində məktəblərə avtobusların ayrılması təklifi ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.


Son xəbərlər

Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? – Adil Kərimlinin masasına

"İldə 5-6 dəfə bizim asfalt örtüyümüzü " təzələyirlər"."- Kürdəmir sakini İTTİHAM edir...

Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA

Anar Qalayevin fəaliyyətini bir araşdıran olsa... - İTTİHAM VAR...

Özünü qanunlardan üstün sayması bir yana... - ÖZBAŞINALIQ!

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən qovdu — FOTO

Suraxanı İcra Hakimiyyətində qanvermə aksiyası - FOTO

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Bütün xəbərlər