Gündəm

“AzerGold” QSC-nin növbəti qızıl sikkəsi Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub

"MUMtv.az" xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə qızıl sikkə kolleksiyası istehsal edilib.

Nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb edilmiş 999.9 əyarlı, 5, 10 və 20 qram çəkiyə malik qızıl sikkələr bəşər sivilizasiyasının ilk beşiklərindən olan, antik, orta əsrlər, yeni dövr maddi-mədəniyyət nümunələri, təbiət, həmçinin tarixi abidələri ilə seçilən mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi böyük şöhrət tapmış qədim diyarın şanlı keçmişinə işıq salır.

Sikkə dairəsinin üzərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan Xan sarayı, Möminə Xatun türbəsi, Qazançı körpüsü, Qarabağlar türbəsi, Gülüstan türbəsi, Yusif Küseyir oğlu türbəsi, “İmamzadə” kompleksi və İlandağ təsvir olunub. Dairənin mərkəzində “Naxçıvanqala” Kompleksinin qala divarlarının mazğallarından bir fraqment dizayn edilib. “100” ədədini xatırladan dizayn elementi muxtar respublikanın 100 illik yubileyini ifadə edir.

Yeni məhsullar “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən Azərbaycan qızılı və gümüşündən müxtəlif dizaynlarda sikkələr, eləcə də qızıl külçələr ilk dəfə 2018-ci ildə istehsal edilib, 2019-cu ildən yerli pərakəndə satış bazarına təqdim edilib. Məqsəd ölkəmizin qiymətli metallar bazarının inkişafına təkan vermək və pərakəndə satışı stimullaşdırmaqdır.

“AzerGold” QSC-nin qızıl sikkə kolleksiyaları ölkəmizin, onun tarixi, incəsənəti, mədəni irsinin və digər dəyərlərinin təbliğinə xidmət edən unikal hədiyyə seçimi, həm də istənilən zaman milli valyuta ilə mübadilə edilə bilən sərfəli investisiya alətidir.


Son xəbərlər

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Azərbaycanda toyuq ətinin qiyməti bahalaşdı - VİDEO

Nazirlik "Asfalt Raqib"lə bacarmır, yoxsa şərikdir? - FOTO

Çindən Azərbaycana avtomobil gətirən şirkətlər Rusiya sərhəddindən niyə buraxılmır? - VİDEO

Firon II Ramzesin qılıncı tapıldı

DYP və agentlikdən birgə məlumat: Bu gecə monitorinqlər keçiriləcək

Zakir Həsənov və Hikmət Mirzəyev şərti sərhəddə

Fuad Nəcəfli elə bil Vasif Talıbovun əlindən su içib... - FOTOFAKT

Təhsil nazirinin müşaviri Elnur Nəsibovun qanunsuz seçki kampaniyası - Təməlinə haram qatılmış DEPUTATLIQ

"Paşinyan Zəngəzur dəhlizini rusların əli ilə türklərə verəcək" - Erməni politoloq

DİN-dən Xocalıya gedən vətəndaşlara xəbərdarlıq

Şuşa şəhərinə daha 91 nəfər yola salındı

İslandiya mamırı dəri xəstəliklərinə kömək edir

Aliment ödəməyənlərin əmlakı müsadirə olunacaq

“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb - TƏFƏRRÜAT

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı - SƏBƏB

4 456 baş damazlığa 5,1 milyon manat ödənilib, amma heyvanlar yerində yoxdur

Büdcənin “akademik soyğunu” - suç var, bəs cəza?

Əmlak Xidməti qanunları TANIMIR? - ETİRAZ VAR...

Əli İnsanovun məhkumluğu götürüldü

Seçkidən sonra KORRUPSİYA HƏBSLƏRİ başladı - Sırada kimlər var?

Bütün xəbərlər