Cəmiyyət

Avtobuslarda sıxlıqla bağlı RƏSMİ AÇIQLAMA
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

 
 

"Oktyabrın 19-dan etibarən koronavirus pandemiyası ilə əlaqədar metro fəaliyyətini dayandırdı. Bununla əlaqədar olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) Tədbirlər Planı hazırladı və sərnişin sıxlığı ilə əlaqədar gündəlik xəttə çıxan avtobusların sayı artırıldı".

Mumtv.az bildirir ki, bunu BNA-nın Mətbuat katibi Mais Ağayev bildirib.

O bildirib ki, metro fəaliyyətdə olan zaman xəttə 1 800-ə yaxın avtobus çıxarılırdı: "Metro fəaliyyətini dayandırması ilə bütün yük avtobusların üzərinə düşdü. Bu zaman adi rejimlə müqayisədə xəttə çıxarılan avtobusların sayı 15-20%-ə qədər artırıldı. Bu gün gündəlik olaraq xəttə həm ekspress, həm də müntəzəm marşrut xətləri üzrə 2 100-2 200 avtobuslar buraxılır. Bununla yanaşı, hər gün axşam əlavə 100-ə yaxın ekspress avtobusları da xəttə çıxarılır".

M.Ağayev xatırladıb ki, metro sentyabrın 14-dən açıldı və oktyabrın 19-a qədər fəaliyyət göstərdi: "BNA bu müddət ərzində epidemioloji vəziyyəti nəzərə alaraq ekspress xətlərin fəaliyyətini dayandırmadı, baxmayaraq ki, bu gün bizim təcili dəyişdirməli olan xətlərimız var. Ələt, Sahil, Qaradağ, Hövsan istiqamətində dəyişməli olan xətlərimız var. Hövsanda Yeni Yaşayış massivində sosial mənzillər salınıb, həmin istiqamətdə yeni xətlərin açılmasını planlaşdırırdıq. Biz yenə də ekspress xətlərin fəaliyyətini bir gün də olsa dayandırmadıq. Ekspress xətləri metro fəaliyyət göstərən zaman da sərnişinlərin xidmətində idi".

O, müntəzəm marşrut xətlərində mövcud olan sıxlıqla bağlı danışarkən qeyd etdi ki: "Təcrübə də göstərir ki, avtobusların sayının artırılması vəziyyətdən çıxış yolu deyil, əvvəlki karantin müddəti ilə müqayisə etdikdə axşam saatlarında müşahidə edilən sıxlığın xüsusiyyəti başqadır. Axşam saat 21:00-da komendant saatı da qüvvəyə minir. Yollarda, 42 küçə və prospektlərdə aparılan araşdırmalar göstərir ki, nəzərəçarpacaq qədər sıxlıq müşahidə edilir. Hər gün saat 17:30-dan sonra nəqliyyat vasitələrinin sayı 25-30% artır. Axşam pik saatlarında yaranan sıxlıqların səbəbləri var. Həmin səbəblərdən biri nəqliyyat vasitələrinin qanunsuz parklanmasıdır ki, ona qarşı da mübarizə aparırıq. Eyni zamanda, sürücü davranışlarına görə sıxlıqlar müşahidə edilir. Hərəkət zolağının tələblərinin pozulması sağdan-sola, soldan-sağa gərəksiz manevirlərin olması yolda olan bütün vəziyyətlər avtobusların hərəkətinə mane yaradır".

O əlavə edib ki, bu gün metro və avtobuslardan başqa alternativ ictimai nəqliyyat növlərimiz yoxdur: "Bu gün gündəlik 2 mln sərnişin səfər sayının tamamı avtobuslarla icra edilir".


Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər