Gündəm

Qarabağda növbəti rus təxribatı - Ekspertlər danışır

Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhməramlıları növbəti dəfə təxribatçı addım atıblar.

MUMtv.az: - Onlar, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanının hərəkətinə maneə yaratmaq üçün Ağdam-Xankəndi yolunun üzərinə tikanlı məftillər qoyublar.

Qeyd edək ki, hazırda içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Rus sülhməramlılarının öz səlahiyyətlərini kobud şəkildə aşması və belə təxribatlara yol verməsi sərt təpkilərə səbəb olur. Onlar əsl niyyətlərinin sülhməramlı olmadığını göstərərək, hər fürsətdə ermənilərə dəstək verirlər.

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Qarabağda separatçılığın qalmasında Rusiya sülhməramlıları da maraqlıdır:

“Çünki orada nə qədər separatçılıq meyilləri davamlı şəkildə qalarsa, rus sülhməramlılarının Qarabağdakı müvəqqəti missiyasının uzunömürlü olacağı ilə bağlı təxminlər var. Rusiya nəinki 10 noyabr Bəyanatının yerinə yetirilməsinə cəhd etmir, hətta separatçılara silah-sursat daşıyır. Onlar həm də Xankəndi və ətrafından məcburi köçkün düşmüş azərbaycanlıların taleyi ilə bağlı da bu günə qədər heç bir açıqlama verməyiblər. Hazırda Rusiya 10 noyabr Bəyanatı ilə üzərinə düşən heç bir öhdəliyə əməl etmir”.

Ekspert bildirib ki, bütün bunların fonunda Azərbaycan Rusiyadan ədalət və ya obyektivlik gözləyə bilməz:

“Çünki Kreml başa düşür ki, Fransa da daxil olmaqla, bir çox qüvvələr Xankəndidəki ermənilər ətrafında oyunlar qurublar”.

Politoloq vurğulayıb ki, Xankəndidə hansısa “humanitar fəlakət”in olmaması da aydın məsələdir:

“Bu gün Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərdən Fransa, Rusiya, İran, habelə bir çox xarici güclər rıçaq və təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Azərbaycana Qarabağdakı ermənilərin əli təzyiq göstərməyə cəhd edirlər. Bunun bariz göstəricilərindən biri də bu gün Xankəndi ermənləri ətrafında “humanitar şou” yaratmaqla həyata keçirilir. Əslində, Ağdam-Xankəndi yolunun açılması hansısa formada Laçın yolunu bağlamır.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, Azərbaycan Laçın yolundan istifadənin qarşısını almayacaq. Amma biz bildirmişik ki, Laçın yolu ilə paralel Ağdam-Xankəndi yolu da açıq olmalıdır. Ümumiyyətlə, öz ərazimizdə hansı yolları məqbul görməyimizdə heç bir xarici dövlət bizə ağıl öyrədə bilməz. Sülhməramlıların sonuncu addımları da göstərir ki, onlar beynəlxalq aləmdə ermənilərdən istifadə edən Fransa və Qərb imperialistləri ilə dəmiri eyni yerə vurmağa çalışırlar.

Bu gün rus sülhməramlıları separatçıların bütün təzyiqlərinin qarşısında çox sakit görünürlər. Əgər Qarabağ erməniləri ilə bağlı hansısa “humanitar böhran” və ya problem olsaydı, Azərbaycanın göndərdiyi 40 ton un çoxdan rus sülhməramlıları tərəfindən ermənilərə paylanılmışdı”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti əvvəlcədən rus sülhməramlılarına məlumat verməli idi:

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti humatinar yüklər Bakıdan Ağdama yola düşməmişdən qabaq Rusiyanın sülhməramlı kontingentinə məlumat verməli idi. Onlara deyilməli idi, Bakıdan Xankəndinə humanitar yük gəlir və sülhməramlılar onu müşaiyət etməlidir. Nəzərə almaq lazımdır ki, ermənilər də öncədən humanitar yükləri qəbul etməyəcəklərini açıqlamışdı. Belə olan halda, erməni silahlıları TIR-larımıza hücum edə bilərdilər.

Həmin ərazi rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonası hesab olunduğu üçün həmin postda tikanlı məftilin qoyulması təəccüblü deyil. Məncə, orada hər hansısa bir insident yaşanmaması üçün tikantı məftil çəkilib. Məsələ həll olunan kimi həmin məftillər 5 dəqiqə ərzində oradan yığışılacaq”.


Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər