Gündəm

Paşinyanın Kremlin icazəsi ilə YENİ HOQQABAZLIĞI... - KİMƏ "DO" GƏLİRLƏR?..

Ermənistan Baş naziri Rusiya sülhməramlılarının fəaliyyətini, daha doğrusu, Laçın yolundakı aksiya ilə bağlı üzərinə düşən öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. O deyib ki, Rusiya sülhməramlı kontingenti üçtərəfli sənədlə müəyyən edilmiş öhdəliklərini, yəni dəhliz üzərində nəzarəti yerinə yetirmir. Rusiya Xarici İşlər Nazirliyinin cavabı gecikməyib. XİN sözçüsü Mariya Zaxarova bildirib ki, sülhməramlılara qarşı bu cür münasibət qəbuledilməzdir. Onun sözlərinə görə, Rusiya sülhməramlıları öz missiyasını icra edir:

"Vəziyyətin sabitləşməsi üçün bütün tədbirlər görülür, iş aparılır. Əgər kim bilmirsə, ancaq siyasi bəyanatlara istiqamətlənirsə, xatırlatmaq istəyirəm ki, buna qədər də gərginlik olub, dəfələrlə problemlər olub, tərəflər bir-birini ittiham ediblər. Məhz Rusiya sülhməramlıları vəziyyətin sabitləşməsi üçün hər şeyi ediblər və bu onlarda alınıb". Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladıqları 10 noyabr bəyanatının maddələrində Qarabağdan silahlı erməni birləşmələrinin çıxarılması və bütün kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. Amma rəsmi İrəvan bu iki öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Qabağda hələ də erməni terrorçu birləşmələri qalır, Ermənistan Zəngəzur dəhlizinin açılmasının qarşısını alır. Üstəlik, Azərbaycanın humanitar dəhliz kimi verdiyi Laçın yolundan ermənilər silah daşınması, terrorçuların Xankəndiyə yerləşməsi və Azərbaycan sərvətlərinin talanması üçün istifadə edir.

Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Paşinyanın sülhməramlıları günahlandırması provokasiyadan başqa bir şey deyil. Analitik deyib ki, sülhməramlıları günahlandıracaq bir tərəf varsa, o da Azərbaycandır:

"Axı Qarabağda ermənilərə nə olub ki, ruslar onları müdafiə etməlidir? Laçın yolu istər humanitar məqsədlə, istərsə də mülki şəxslərə açıqdır. Bunu Azərbaycan tərəfi dəfələrlə bəyan edib. Hansı erməni ekoloji terrorla əlaqəli piket keçirilən ərazidən keçmək üçün müraciət edib və onun keçidi təmin edilməyib? Azərbaycan tərəfi əslində bu keçidlərdə maraqlıdır. Təsəvvür edin, hansısa erməni ailəsinin piket keçirən azərbaycanlıların arasından sərbəst, təhlükəsiz keçidi təmin edilir. Nəticədə erməni və azərbaycanlı vətəndaşlar arasında etimad və qarşılıqlı güvən mühiti formalaşır. Bəlkə də bu, heç kimin vasitəçiliyinə ehtiyac olmadan ikitərəfli qarşılıqlı dialoqun yaranmasına şərait yaradır".

A.Qasımova görə, Moskvanın sərt reaksiyasının səbəbi Paşinyanın dediyi faktlar yox, Azərbaycan tərəfinin yaratmaq istədiyi reallıqlardır:

"Rusiya tərəfi daha çox Azərbaycan və Qarabağ erməniləri arasında yaranacaq etimad mühitindən qorxur. Ona görə də qorxu mühitinin qalmasında maraqlı olduğu üçün ermənilərin keçidini təmin etmək istəmirlər. Rus sülhməramlıları onlara Xankəndidən çıxmağa belə imkan vermirlər. Odur ki, "sülhməramlıların" məqsədinin açılması rəsmi Moskvanı qorxudur və buna görə Zaxarova Paşinyana sərt reaksiya verir. Kreml sözçüsü Dmitri Peskovun da eyni bəyanatla çıxış etməsi bir daha onu göstərir ki, rəsmi Moskva hadisələrin bu formada inkişafından narahatdır. Durumun onların lehinə işləmədiyini anlayırlar".

Son xəbərlər

Yararsız əti Azərbaycana kimlər gətirir və harada satır? - MÖHTƏKİR MARAĞI...

"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası olub

Bakının yolları nədən BU GÜNDƏDİR? - Cavabını Əvəz müəllim yaxşı bilir...

Dövlət büdcəsindən talanan milyonlara Vüqar Əhmədovla Kamil Hüseynovdan başqa daha kimlər şərikdir

Azərbaycanda aylıq minimum əməkhaqqı ilə bağlı yenilik ola bilər

BDU 136 boş vəzifəni müsabiqəyə çıxardı

Azərbaycanda yeni növ radarlar — Qayda pozduğunuzu dərhal biləcəksiniz

Nazir Baş İdarənin rəisini işdən çıxardı

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

Mamayı məscidinin açılışı oldu

"Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib" - Mirzoyan

Qarabağa girişi məhdudlaşdırılıb? - DİN-dən açıqlama

Pensiya və maaşlarda artım olacaq? - AÇIQLAMA

Prezident və xanımı Üzeyir Hacıbəylinin ev-muzeyində

Prezident və xanımı Şuşada

YAP parlament seçkilərinə hazırlaşır

Gələn ay Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Ərdoğan Amerikaya gedəcək

"Qəbzlərin ölüm təhlükəsi var" - XƏBƏRDARLIQ

Şənbə günü 25° isti olacaq

Azərbaycanda üç bədii, iki sənədli və bir cizgi filmi çəkiləcək

"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

Bakının bu ərazisində evlər plana düşdü: Kompensasiya nə qədər olacaq?

Azərbaycanlı İŞİD-çi qohumlara hökm oxundu - Ağır cəza

İnsan dərisindən əşya hazırlayan, məhbuslara cəhənnəm əzabı yaşadan ər-arvad - VİDEO

Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Maqnit qasırğası gözlənilir

Komitə sədrindən boşanmalar və erkən nikahlarla bağlı AÇIQLAMA

DİN-in rəhbər heyəti Heydər Əliyevin məzarını ziyarət etdi

İrəvan günə etirazlarla başladı - VİDEO

İlham Əliyev və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTOLAR

Bütün xəbərlər