Gündəm

“Nazir müavini “obyekt”imi əlimdən alır” - İş adamı Novruz Gülməmmədov ÇIXILMAZ DURUMDA

Ağsu rayonunda fəaliyyət göstərən “Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi, iş adamı Novruz Gülməmmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şikayətçidir.

"MUMtv.az"ın Azinforum.az-a istinadən məlumatına görə, iş adamı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, nazirliyin yüksək vəzifəsli şəxsləri müxtəlif üsullarla sahibi olduğu obyekti onun əlindən almaq istəyir.

Novruz Gülməmmədovun sözlərinə görə, “Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir.

Həmin il iş adamı Ağsu rayonunun Nüyüd bələdiyyəsindən torpaq sahəsi alıb:

“Ayrıca, iki nəfərdən də torpaq almışam. Beləliklə, 6 hektarlıq ərazidə istirahət mərkəzi qurmuşam. Oraya yüz minlərlə manat investisiya qoymuşam. Ərazini abadlaşdırmışam. Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunana qədər heç bir problem yox idi. Amma o, nazir təyin olunandan sonra müavini Vüqar Kərimov obyekti əlimdən alaraq yaxın dostlarından birinə vermək istəyir”, – sahibkar bildirib.

Novruz Gülməmmədov əlavə edib ki, bu məqsdələ ona qanunsuz cərimə yazıblar. “700 manat cərimə yazdılar. Məhkəməyə müraciət etdim. Məhkəmə inzibati xəta haqqında protokolu ləğv etdi. Bundan sonra təzyiqlər daha da gücləndi. Bu işin başından dayananlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və İnkişafı Xidməti Departamentinin rəisi Namiq Xıdırov olub. Mənim yuxarı instansiyalara şikayətlərimdən sonra vəzifəsindən azad edilib. Mən hər dəfə qanuni yollarla öz hüquqlarımı bərpa etdikdən sonra nazirlik başqa bir qanunsuzluqla obyektin qapadılmasına, ərazinin əlimdən alınmasına çalışır”, – iş adamı vurğulayıb.
Sahibkar deyib ki, nazirliyin əməkdaşları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib:

“Mənə cavab məktubu gəldi ki, dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Şikayətim məndən qanunsuz ödənişlər tələb etməklə bağlı olub. Bütün bunlardan sonra nazirlik məni torpaq zəbt etməkdə ittiham etməyə başladı. Hətta barəmdə cinayət işinin başlanmasına da nail oldular. “Şöhlətoğlu” İstirahət Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Bütün bunlar isə ötən ildən başlayıb. Bəs 7 il niyə yadlarına düşmədi ki, mən torpaq zəbt etmişəm?”
Sahibkarın vəkili Türkel Süleymanlı bildirib ki, torpağın Nüyüd bələdiyyəsindən alınmasına dair sənəd var:

“Həmin möhürlü, imzalı rəsmi sənədi Novruz Gülməmmədova bələdiyyə verib. Müdafiə etdiyim şəxs də bu sənəd əsasında iş qurub. 6 hektarlıq abadlıq işləri aparıb, ora külli miqdarda investisiya qoyub, vaxtlı-vaxtında həmin əraziyə görə qanuni rüsumları ödəyib və s. Əgər Novruz Gülməmmədov torpaq zəbt edibsə, bəs o zaman bələdiyyənin bu sənədi nədir?”
Türkel Süleymanlı bildirib ki, qarşı tərəf sadəcə iş adamından qisas alır:

“Novruz Gülməmmədov işini qanuni əsaslarla görən bir iş adamıdır. Hər hansı qanunsuz işdən uzaqdır. Üzləşdiyi qanunsuzluqlara qarşı da qanun çərçivəsində, hüquqi müstəvidə mübarizə aparır. Novruz Gülməmmədov qarşı tərəfin qanunsuz əməllərini ictimailəşdirdiyinə, onlar barəsində müvafiq qurumlara şikayətlər etdiyinə görə ondan qisas alırlar”.

Baş verənlər barədə Novruz Gülməmmədov və Türkel Süleymanlının geniş çıxışını əks etdirən videomaterialı təqdim edirik:



Son xəbərlər

"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO

Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?

ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var…

Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya

Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?

Arif Hacılı Məclis sədri seçildi, İsa Qəmbər 6 müavin təyin etdi

Rusiyada azərbaycanlı biznesmen qəfil vəfat etdi - FOTO

Cəzaçəkmə müəssisində aclıq edən Cahangir Hacıyevin vəziyyəti pisləşib - vəkil

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? — DOSYE

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu

Prezident “Zəngilan” və “Şayıflı” SES-lərinin açılışını etdi

Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO

Bazar gününə olan hava proqnozu

Prezident 4 yeni kəndin təməlini qoydu

254 hektardan çox ərazi minalardan təmizləndi - VİDEO

Siyasi münasibətlər yeni müstəvidə

Tahir Kərimli yenidən deputat olmaq istəyir - Seçkiyə hazırlaşır

"150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər" - Məleykə Abbaszadə

Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ

Attestatla universitetlərə qəbul mümkündürmü? - DİM sədrindən cavab

Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO

Saxta pullarla bağlı xəbərdarlıq! - VİDEO

Alimlər qara dəliyin ətrafında Eynşteynin nəzəriyyəsini sübut etdi

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Bütün xəbərlər