Gündəm

Yol  özü  mədəniyyətdir  - Yolda davranış isə  bizim  şüurumuzun  aynası

Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir.
Heydər Əliyev


MUMtv.az: - Çoxumuz mədəniyyət deyərkən, ağlımıza gələn tək fikir yalnız kino və musiqi (incəsənət) olur. Halbuki, mədəniyyət hər sahədə var və buna riayət olunması mütləqdir. Xüsusilə Turistlərin daha çox olduğu paytaxt Bakıda bu sahədə çox diqqətli olmalıyıq ki, ulu öndərin də dediyi kimi, dünya xalqları içərisində qürurla fərqlənə bilək.

Bunun üçün ilk növbədə özümüz bir-birimizi maarifləndirməli və praktiki olaraq özümüz müəyyən mədəni qaydalara riayət edib bilməyən insanlara da nümunə olmalıyıq. Amma, təəssüflər olsun ki, əksər hallarda elə bilənlərin özləri belə bəzi qaydalara məsuliyyətsiz yanaşırlar.

Bunlardan daha çox rast gəlinəni yol - sürücü, piyada mədəniyyəti və lift mədəniyyətidir ki, ətrafın da diqqətini qeyri-ixtiyari özünə cəlb edir.

"Lift" demişkən, ötən həftənin sonuncu iş günü sosial şəbəkələrdə məlumat yayımlandı ki, "lift qırılıb, bir neçə nəfər xəsarət alıb".

Söhbət bu videoda gördüyünüz liftdən gedir!

Video burada: https://www.youtube.com/shorts/KfUFd8nJCTU

İlk öncə diqqətinizi ordan çıxan şəxslərin səhhətinə çəkmək istəyirik.
Gördüyünüz kimi şükürlər olsun hər kəs özü öz ayağı ilə çıxır. Bu da onun göstəricisidir ki, hadisə mətbuata mübaliğə (şişirdilmiş) şəklində ötürülüb, ya da "reytinq" xətrinə mənbə özü şişirdib.

Amma, bu videonu izlərkən bizim diqqətimizi daha çox cəlb edən başqa nüans oldu.

Liftdən çıxan adamları saydınız?

Bir liftdən 10 nəfərə yaxın normal (bəziləri daha artıq) çəkili adam çıxdı.
Bir liftin ağırlıqgötürmə gücü nə qədərdir?

Bəli, bu bizim lift mədəniyyəti sahəsində xeyli məsafə geridə qaldığımızın real nümunəsidir.

Sürücü mədəniyyəti !

Bundan daha çox gileylənən elə sürücülərin özləridir. Hansı ki, yeri gələndə " bizdə sürücü mədəniyyəti yoxdur" deyən sürücünün özü də "əşşi bir dənə mənlə nə dəyişəcək" deyib, mədəni qaydalara zidd davranış nümayiş etdirir.

Yaxud da yerüstü piyada keçidinin altındana qaça-qaça keçən piyadalar...
Özüyeriyən pilləkənlə (eskalator) çıxmağa belə tənbəllik edirlər.
Hələ "zebra" piyada keçidlərində "burun-buruna gəlib toqquşmalar"ı demirik.

Əzizlərim, axı hərəkət sağtərəflidir. Hər kəs öz tərəfindən hərəkətin sağ tərəfində dayanıb işıqforun yaşıl yaranmasını gözləsə, hərəkət başlayanda bir-birinin üstünə yeriməz.

Bunu da bizə axsama qədər qınadığımız hökumət öyrədəcək deyil ki...

Həmişə yazılarında məmurları tənqid edən "DogruXeber.az"ın bu dəfə hədəfi olaraq , cəmiyyətin özünü seçməsi elə cəmiyyətimizi düşünərək, onlara yüksək dəyər verməsindən və bu sahədə maarifləndirmək istəməsindən irəli gəlir.

Mənim dəyərli xalqım!
Tanrı canlı olaraq, üç varlıq yaratdı:
1. Mələk yaratdı, ağıl verdi
2. Heyvan yaratdı, nəfs verdi
3. İnsan yaratdı, ağıl da verdi, nəfs də verdi
Gəlin həm nəfsimizi, həm də həyatımızı ağlımızla idarə etməyi bacaraq.
Nəfsimizin istəyini yetirmək üçün harasa tələsərkən, ağlımıza qarşı ətrafda şübhə yaratmayaq.
Birinci növbədə özümüz özümüzü düzgün davranışlara yönləndirək ki, başqalarına verdiyimiz məsləhətlərin dəyəri olsun.

DogruXeber.az
Jalə Asiman


Son xəbərlər

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Musa Süleymanov məhkəməyə niyə verilib? - Dövlət Xidməti narazıdır

Bu ilin sonunda Qubadlıya ilk köç olacaq

Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı

Müsavatda növbəti seçki - Namizədlər açıqlandı

Əfv Komissiyası neçə müraciətə baxıb, siyahıda kimlərin adı ola bilər? - AÇIQLAMA

Sülhlə bağlı danışıqlar Ermənistan-Azərbaycan sərhədində keçirilə bilər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Pensiyalar nə qədər artıb?

Qara sarımsağın faydaları

Vardanyanın həbs müddəti uzadıldı

Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanıldı

Ermənistan hökuməti bu kəndə görə Azərbaycandan vaxt istədi

Ermənistan sərhədçilərini delimitasiya olunmuş ərazilərə yerləşdirdi

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

ABŞ yönümlü təriqətlər Ərdoğana qarşı sui-qəsd planlaşdırıblar - KİV

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Tələbə qızı öldürüb dostu ilə birlikdə basdıran şəxs SAXLANILDI

Sərhədçilərimiz bu tarixdə Qazaxın 4 kəndinə yerləşdiriləcək

Ermənistanla sərhədimiz bu xəritələr əsasında delimitasiya olunur

Bütün xəbərlər