Gündəm

4 fevral 2020-ci il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Rusiya Federasıyasında Azərbaycan Respublikasının səfirliyi və Marcani fondunun dəstəyi ilə Dövlət Şərq Xalqları İncəsənəti  Muzeyində  adı çəkilən muzey və Azərbaycan Milli Xalça Muzeyinin "Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” adlı birgə sərgisi açılıb.Azərbaycan Milli Xalça Muzeyindən "İki sahil”ə daxil olan məlumata görə, Şirin Məlikova (Azərbaycan Milli Xalça Muzeyi), Mariya Filatova, Vera Myasina (Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi) sərginin kuratorlarıdır. Paytaxt KİV-nin böyük marağına səbəb olan sərginin açılışında yaradıcı ziyalılar və diplomatik korpusun nümayəndələri də var idi. Dövlət Şərq Xalqları İncəsənəti  Muzeyinin direktoru Aleksandr Sedov Azərbaycan Milli Xalça Muzeyinə əməkdaşlığa görə təşəkkür edərək bildirdi ki, bu artıq iki muzeyin ikinci birgə sərgisidir. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova öz növbəsində qeyd etdi ki, xronoloji cəhətdən sərgi ekspozisiyaları bir-birlərini davam etdirirlər: "Ötən ilin "Məkanın harmoniyası” sərgisinin ekspozisiyası əsrlər boyu formalaşmış milli incəsənət estetikasının ənənələrini  (interyer, geyim və s.), hazırki sərgi isə bu ənənələrin sovetlər dönəmində dəyişilməsini əks etdirir”. Sərginin kuratoru Mariya Filatova bu sərginin ideyasının yaranması və həyata keçməsi haqqında danışdı. Açılış mərasimində, həmçinin Rusiya Federasiyasında Azərbaycan Respublikası səfirliyinin mədəniyyət üzrə attaşesi Nigar Axundova və Marcani Fondunun prezidenti Rüstəm Süleymanov çıxış etdilər.Ekspozisiya tarixi kataklizmlərin dekorativ-tətbiqi sənətə təsirindən bəhs edir. Sərgidə Azərbaycan Milli Xalça Muzeyinin (Bakı) kolleksiyasından 1920-1970-ci illərdə toxunan xalçalar, Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin (Moskva) kolleksiyasından 1920-1930-cu illərə aid xalça, inqilab mövzusunda tikmələr və eskizlər, "Mərcani” Fondunun (Moskva) kolleksiyasından plakatlar da daxil olmaqla ümumilikdə 40 eksponat nümayiş olunur. İlk dəfə olaraq Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin təşviqat tekstili kolleksiyası bütövlükdə sərgilənir. Nümayiş olunan bütün əsərlər öz dövründə siyasi təbliğatın təsirli aləti olub. Hazırda isə bu sənət nümunələri o dövrdəki anlamlarını itirərək, ideoloji baxımdan presedent olub qədim sənətkarlıq nümunələri – xalçaçılıq və tikmə sənətində təcəssümünü tapıb.Qeyd edək ki, bu il Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi qeyd olunur. Bu da Azərbaycan xalça sənətinin daim yaşamasının və inkişafının ən yaxşı sübutudur.Sərginin açılışında Azərbaycan Milli Xalça Muzeyi və Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi tərəfindən eyniadlı kataloq təqdim olunub.Sərgi 1 mart tarixinədək davam edəcək.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər