Gündəm

Başçını bu qəsəbə sakinlərdən uzaq tutan müəmmalı səbəblər - VİDEO

"DogruXeber.az" bildirir ki, Qaradağ rayon Sahil qəsəbəsi Əlyar Gülbabayev 4 ünvanında 117 ailənin yaşadığı 9 mərtəbəli yaşayış binası yavaş-yavaş qurtarır...

Yəni, bina az-az uçub tökülür. Magistral yoldan baxanda az qala binanın içərisi görünür. Üstəlik də zirzəmiyə axan kanalizasiya sularının üfunətli qoxusu, yay aylarında infeksiya daşıyan böcəklər və sair hamısı 117 ailənin sağlamlığı üçün təhlükə saçır.

Bu barədə binanın sakinləri də, "DogruXeber.az" olaraq, biz özümüz də Qaradağ rayon İcra Hakimiyyətinə dəfələrlə bildirsək də, Süleyman Mikayılov eşitməzdən, görməzdən gələrək heç rahatlığını da pozmur. Ona arxalanan müavini də bina sakinlərinə deyirmiş ki, "xoşun gəlmir ver məhkəməyə".



Bu binəva sakinlər bilmirmi ki, məhkəmə kimdir, İcra Hakimiyyəti kim?!...

Onların özləri demiş, 10 illik təcrübələri var artıq, kim kimdir əzbər bilirlər.

13 ildir Qaradağ rayonunun İcra Hakimiyyəti başçısı olan Süleyman Mikayılov bu illər ərzində rəhmətlik qardaşı ilə birlikdə Qaradağ rayonu ərazisində kifayət qədər biznes sahəsi qursa da, vəzifəsini düzgün idarə etməklə rayon sakinlərinin hörmətini qazana bilməyib.

Keçək mətləbə!

Süleyman Mikayılov kimdir? - ilk öncə burdan başlayaq.

Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də Naxçıvanda anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.

Gördüyünüz kimi ömrünün böyük hissəsini idman sahəsində çalışan Süleyman Mikayılovun Bakı Dövlət Universitetinə daxil olduğu deyil, bitirdiyi tarix qeyd edilib.

Təsəvvür edirsiniz? Gəncliyində 80-150 ballıq Bədən tərbiyəsi institutunu bitirən bu fərasətli adam bu qədər işin içində, düz 44 yaşında BDU-nin Hüquq fakültəsini bitirib.

Nəbilim vallah ???...

Bu da Siyasi fəaliyyəti:

2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.

Bəli, S.Mikayılovun siyasi fəaliyyəti birbaşa icra hakimiyyəti başçısı olmaqla başlayıb.
İdmançı olduğu o dəqiqə hiss olunur. "Necə təkan veribsə", Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi vəzifəsindən, BDU-ni bitirər-bitirməz 2005-ci ildə birbaşa Yardımlı rayon İcra başçısı vəzifəsinə düşüb. 7-8 ay orada gözlədikdən sonra, "keçid alır" Lənkəran rayon İcra Hakimiyyətinə. 2010-cu ilə qədər də orada gözlədikdən sonra, yol alıb Qaradağ rayon İcra Hakimiyyətinə. 2010-cü ildən bugünə qədər də Qaradağ rayonuna rəhbərlik edir.

Biz yuxarıda "gözləmək" ifadəsini təsadüfən işlətmədik. Çünki, adıçəkilən rayonlarda rəhbərlik etdiyi dövrlərdə hər hansı bir yenilik etdiyi, gördüyü hər hansı bir iş barəsində nə internet üzərindən heç bir məlumata rast gəlmədik, nə də sözügedən rayonların sakinlərindən bu barədə bir kəlmə esitmədik.

Hər gün, günaşırı rayonun müxtəlif ərazilərində 5-10 nəfəri qarşısına yığıb şəkil çəkdirmək və "səyyar görüş keçirib" başlığı altında sözükeçən saytlarda paylaşmaq, heç də fəaliyyət göstəricisi sayılmır. Artıq, bu kimi gərəksiz "pərdələr" problem içində boğulan rayon sakinlərinin gerçəkləri görməsinə əngəl ola bilmir.

Hələ biz özünə yaxın adamları ilə əlbir olub satdığı ərazilərdən bəhs etmədik.

Ələt qəsəbəsində Bələdiyyə sədri Azad ilə əlbir olub yolsuz, işıqsız, qazsız, internetsiz - ucqar ərazilərdə "həyətyanı" adı ilə satılan torpaqlardan da növbəti yayımlarımızda bəhs edəcəyik.

Sonda isə Sahil qəsəbəsi Əlyar Gülbabayev 4 ünvanında yaşayan 117 ailənin həyatının hələ də təhlükədə olduğunu rayonunun "daşından, qumundan yararlanan" Süleyman Mikayılova xatırlatmağı özümüzə borc bildik.

Güman edirik o da tez bir zamanda vəzifə borcunu xatırlayıb, həmin insanların problemini aradan qaldırmaq üçün hərəkətə keçəcəkdir.

Yeri gəlmişkən, 117 ailənin aylar öncə "DogruXeber.az" redaksiyasına müraciəti zamanı Qaradağ rayon İcra Hakimiyyətinin məsələyə münasibətini öyrənmək üçün çox səy göstərsək də buna nail ola bilmədik.

Əvvəlcə ərazi İcra nümayəndəsinə zəng etdik, dəstəyi qaldıran xanım müdirinin olmadığını bildirdi.
İcra Hakimiyyətinin isə internet üzərindən qeyd etdiyi telefon nömrələrinə dəfələrlə zəng etdik. Təəssüflə bildiririk ki, orada da dəstəyi qaldıran olmadı.

Bir neçə gün təkrar cəhdimizdən sonra nəhayət ki, İnformasiya və Təminat şöbəsindən dəstəyi qaldırıb bizi dinləyən oldu. Lakin, o da bizi dinlədikdən sonra məsələ ilə maraqlanıb təkrar əlaqə saxlayacaqlarını dedilər.
Hələ də əlaqə saxlayan yoxdur. Bu da o deməkdir ki, ümumiyyətlə məsələ ilə maraqlanan yoxdur.

Bütün bunlara rəğmən redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Jalə Asiman
DogruXeber.az


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər