Gündəm

117 ailənin yaşadığı  bu bina  taleyin ümidinə buraxılıb - İcra  Hakimiyyətinin "tükü də tərpənmir"

"DogruXeber.az" bildirir ki, 2023-cü il də 2020 kimi bəlası ilə təşrif buyurdu.

Qonşu və qardaş ölkə Türkiyədə baş verən 7.7 ballıq zəlzələ hadisəsi - dağıntılar, faciəli şəkildə dünyasını dəyişən minlərlə insanlar, minlərlə yaralılar, yetim qalan uşaqlar, övlad itirən ailələr millət və qardaş olaraq bizi dərindən sarsıtdı.

Sözügedən hadisə nəticəsində bir neçə tikinti şirkətlərinin də insanları aldatması və yeyinti faktları ortaya çıxdı.

Türkiyə dövləti artıq onların barəsində araşdırma və həbs qərarı versə də olan olub, ölən ölüb artıq.

Təbii ki, bu kimi təbii fəlakətlər əvvəlcədən "gəlirəm" deməz. Ona görə bu kimi hallara dövlət səviyyəsində hazırlıqlı olmaq lazımdır.

Allah uzaq eləsin, belə bir hadisənin ölkəmizdə baş verməsini təsəvvür belə etmək istəmirik. Paytaxt Bakıda və ətraf ərazilərdəki hündürmərtəbəli yaşayış binalarının təbii fəlakətlərə nə dərəcədə hazır olub-olmadığı bəlli deyil.

Yeri gəlmişkən, bir neçə gün əvvəl "DogruXeber.az" informasiya portalında Qaradağ rayon Sahil qəsəbə sakinlərinin şikayətini dərc etmişdik. Bundan əlavə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında sakinlərin narazılığına səbəb olan vəziyyəti də yayımlamışdıq.



Belə ki, sakinlərin müraciəti əsasında çəkiliş qrupumuzla birlikdə Əlyar Gülbabayev 4 ünvanından 117 ailənin yaşadığı 9 mərtəbəli binada olduq.

Qapıdan içəri girməzdən əvvəl qopub tökülən divarları, bina girişlərinin uçmuş dam örtükləri, binaya daxil olan kimi üfunət iyi, evlərin içinə girdiyimizdə isə nəmdən-rütubətdən qaralmış tavanlar, çatlamış divarlar bizi dəhşətə gətirdi.
Üstəlik də eyni vəziyyət 1-ci mərtəbədən 9-cu mərtəbəyə qədər bütün evlərdə mövcuddur.

Yağışlı havada binanın damından axan sular azmış kimi, üstəlik də köhnə kanalizasiya borularının çatlarından axıb binanın zirzəmisinə dolan iyrənc sular binada antisanitar şəraitin yaradıb.

Sakinlər bildirir ki, "Uzun zamandır ki, bina bu durumdadır. Dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişik, Süleyman Mikayılov bizi ümumiyyətlə qəbul etmir, müavini də deyir, "get kimə deyirsən de, get ver məhkəməyə". Mənzil Kommunal İstismar sahəsi də gəlib məftillə kanalizasiya borularıı qurdalayıb gedir. Vəziyyət isə dəyişməz olaraq, qalır. "

Qeyd edək ki, biz orada olan zaman yuxarıda da qeyd etdiyimiz kimi bina girişlərinin beton damları və bina divarlarının hələ heç bir zəlzələ, yaxud digər təbii fəlakət yaşamadan, durduğu yerdə uçub töküldüyünün şahidi olduq.

Sakinlərin sözlərinə görə, küləkli havada binanın damına düzülən nazik dəmir dam örtükləri havada ucuşduğundan camaat evdə acından ölsə də çıxıb bir çörək almağa qorxur. Çünki, havada uçuşan dəmirlərin kimin başını üzəcəyi bəlli deyil.

Qeyd edək ki, vətəndaşların müraciətləri ilə bağlı "DogruXeber.az" olaraq, Sahil qəsəbəsinin İcra nümayəndəliyinə, eləcə də Qaradağ rayon İcra Hakimiyyətində çalışan səlahiyyətli şəxslərə telefon vasitəsilə məlumat vermişdik.

Təəssüflər olsun ki, bugünə qədər mövcud problemin həlli ilə bağlı nəinki heç bir addım atılmayıb, hətta sözügedən ünvanda olub, sakinlərin dərdini dinləyən belə olmayıb.

Lakin, "DogruXeber.az" informasiya portalında yayımlandıqdan sonra paylaşımın rəy bölməsində Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi məsələyə münasibət bildirib.

"Bildiririk ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi, 4 saylı binanın zirzəmisinə yığılan su Qaradağ Rayon Sukanal İdarəsi tərəfindən çəkilmiş və ərazidə cari təmir işləri aparılmışdır. Binanın kanalizasiya şəbəkəsinin işinin yaxşılaşdırılması üçün 200 mm diametrli 30 metr kanalizasiya xətti yenisi ilə əvəz edilmişdir. Binanın zirzəmisinin qapısı yenisi ilə əvəz edilmişdir. Həmçinin ümumilikdə rayon üzrə zirzəmilərinə su yığılmış yaşayış binalarında müvafiq tədbirlərin görülərək istismar müddəti bitmiş aşağı paylayıcı xətlərində əsaslı təmir işlərinin aparılması üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən 2018-2022-ci illər ərzində ilə “Azərsu” ASC-yə müraciətlər edilmişdir.

Məlumat üçün bildiririk ki, rayon ərazisində abadlıq-quruculuq işləri növbəlilik əsasıdna həyata keçirilir. Ümumilikdə rayonun qəsəbələrində 19 Abad məhəllə salınaraq vətəndaşların istifadəsinə verilmişdir. Sahil qəsəbəsində də 5 Abad məhəllə və 3 park əhalinin istifadəsindədir. Cari ildə də bu işlər davam etdirilrək yeni Abad məhəllələr salınacaqdır. Qeyd olunan Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsi 4 ünvanında da cari ildə Abad məhəllənin salınaraq, bu ilin may-iyun aylarında vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmçinin qeyd edək ki, abadlıq işləri çərçivəsində bu il ərzində rayonun bütün yaşayış binalarının qarşısının Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən asfaltlanması nəzərdə tutulmuşdur. Gələcəkdə də rayon ərazisində abadlıq-quruculuq, asfaltlanma işləri mərhələli şəkildə davam etdirilərək, görülmüş işlər ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilərək vətəndaşlara məlumat veriləcəkdir."


Qeyd edək ki, İcra Hakimiyyətinin verdiyi açıqlamanı oxuyan bina sakinləri yenidən redaksiyamıza müraciət edərək, İcra Hakimiyyətinin mövqeyini "ağ yalan " adlandırdılar.
Onlar iddia edirlər ki, "İcra Hakimiyyəti 10 ildir bu nağılları danışır. Artıq, səbrimiz tükənib. Bizə problemin real həlli lazımdır, illərdir verilən və əməl edilməyən vədləri qəbul etmirik."

Qeyd edək ki, məsələ həllini tapana qədər mövzuya təkrar qayıdacağıq.

Ümid edirik, qardaş ölkədəki faciə qurbanı olan minlərlə insanların taleyini yaşayacaqlarından narahat olan Əlyar Gülbabayev 4 ünvanındakı 117 ailənin çağırışına aidiyyatı üzrə Dövlət qurumları biganə qalmayacaqdır.

DogruXeber.az
Jalə Asiman


Son xəbərlər

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

Bütün xəbərlər