Gündəm

Daha bir icra başçısının topdağıtmaz sərvəti — SİYAHI


 
 


Araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında Qaradağ rayon icra başçısının əmlakı haqda məqalə yayımlayıb.

Mumtv.az sözügedən məqaləni təqdim edir:
"Qaradağ rayonu İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun rayon ərazisindəki çınqıl karxanası ilə bağlı yazmışdım. O karxana ki, "Qaradağ Çınqıl” MMC adı ilə 2016-cı ilin oktyabrında dövlətdən ünvanlı sosial yardım alan Sahil qəsəbə sakini Pərvin Məhyətdin Ağasoltan oğlunun adına rəsmiləşdirilib.

Amma ictimaiyyətdə "Çakır” ləqəbilə məşhurlaşmış Süleyman Mikayılov heç də çörəyi təkcə "daşdan çıxan” biri deyil.

Süleyman Mikayılovun rəsmi tədbirlərdə Qaradağ rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı tez-tez özünün "uğurlu fəaliyyətin nəticəsi” kimi haqqında danışdığı şirkətlər, müəssisələr diqqəti çəkir. Cənab Mikayılov hesabat xarakterli çıxışlarında xüsusilə "ASKORP” MMC tərəfindən yaradılan Qızıldaş qəsəbəsində müxtəlif üzlük daşlar və kərpic məmulatları, eləcə də rayonun Lökbatan qəsəbəsində müasir idman malları istehsalı müəssisələrinin adlarını çəkir. Özünün dediyinə görə, hər iki müəssisə üzrə 4 milyon manatdan çox investiya qoyulub. Müəssisələr Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaradılıb, Sahibkarlığa Kömək Milli Fondundan "ASKORP” MMC-yə külli-miqdarda güzəştli kreditlər yönəldilib.

İlk baxışdan təqdirəlayiq işlərdir. Amma…

Əmması bu ki, icra başçısının dövlət vəsaitlərini yönəltdiyi şirkət və sözügedən müəssisələr Süleyman Mikayılovun 1994-cü il təvəllüdlü oğlu Elvin Mikayilova məxsusdur. "ASKORP” MMC 2016-cı ilin yanvarında 20 manat nizamnamə kapitalı ilə Yasamal rayonu HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57 ünvanında Elvin Süleyman oğlu Mikayılovun təsisçiliyi ilə qeydiyyatdan keçib. O zaman Elvin Mikayilovun 22 yaşı olub İngiltərənin COVENTRY universitetini yenicə başa vurmuşdu. Məlumat üçün qeyd edim ki bu universitetdə illik təhsil 16,8 min funt sterlinq təşkil edir və "Çakır” oğlunun 4 illik təhsil haqqı olaraq 70 min funt sterlinq ödəniş edib.

"ASKORP” MMC-nin idman malları istehsalı müəssisəsi yaradılarkən Qaradağ rayon rəhbərliyi məhsulların dünya bazarına çıxarılacağı barədə ölkə rəhbərliyinə boğazdanyuxarı vədlər verib. Müəssisədə indiyədək istehsalı məlum olan cəmi bir adda məhsul var – "Aloff” futbol topu. İcra başçısının oğlu dövlət vəsaitləri hesabına açdığı müəssisənin məhsulunu "dünya bazarına çıxmaq üçün” Sədərəkdə” dükan da açdı. Amma məlum olanı "Aloff” heç yerli futbol klublarının da brendi ola bilmədi.

Bu azmış kimi icra başçısı öz əlaqələrindən istifadə edərək bir müddət əvvəl "Askorp” MMC üçün "AFB Bank” ASC-dən külli-miqdarda kredit götürüb. Kreditin qaytarılması problemə çevrilib və ötən ildən bəri "Çakır”ın oğluna məxsus şirkət bankla məhkəmə çəkişmələrinə cəlb olunub. Sonuncu proses ötən ilin dekabrında Bakı Appelyasiya Məhkəməsində keçirilib (e-2-2(103)-894/2019).

"Askorp” MMC Süleyman Mikayılovun oğlunun təsis etdiyi yeganə şirkət deyil. Bundan əvvəl – 2015-ci ilin avqustun 20-də Elvin Mikayilov 20 manat nizamnamə kapitalı ilə "ASPAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni qeydiyyatdan keçirib. Bu şirkətin də hüquqi ünvanı HÜSEYN CAVİD PR., ev A, m. 6, 8, 9, MƏH. 556/57-dir. Amma şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat yoxdur.

"Çakır”ın qaranlıq işləri Azərbaycanla məhdudlaşmır. İcra başçısının oğlunun biznesi Avropaya qədər uzanıb. Arasının sayəsində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına özünə biznes quran və əlavə olaraq "AFB Bank”dan kreditlər götürüb qaytarmayan Elvin Mikayilov 2017-ci ilin dekabrın 29-da Almaniyada 25 min avro nizamnamə kapitalı ilə EFFEST GMBH-ni təsis edib və Viktor Pauls adlı şəxslə müştərək iş qurub. Şirkət Bad Oeynhausen ədliyyəsində HRB 15248 saylı lisenziya ilə ZILLESTR. 63 ünvanında qeydiyyatdan keçib.

Süleyman Surxay oğlu Mikayılov 2010-cu ildən Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır. Bundan əvvəl o, Yardımlı (13 may 2005-ci il — 21 dekabr 2005-ci il) və Lənkəranın (21 dekabr 2005-ci il — 4 mart 2010-cu il) icra başçısı olub.

Daha əvvəllər Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idarənin rəisi, Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib”. (hit.az)
Daha bir icra başçısının topdağıtmaz sərvəti — SİYAHI
Daha bir icra başçısının topdağıtmaz sərvəti — SİYAHI

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər