Gündəm

“Aqrar İnnovasiya və Təhcizat” şirkəti BELƏ NARAZILIQ YARADIR... - Prezidentə müraciət olundu

"Hörmətli Dia.az saytı Sizin vasitənizlə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevəyə müraciət edirəm və köməklik göstərilməsini xahiş edirəm. Mən, 44 günlük Vətən müharibəsində ilk könüllü müraciət edənlərdən biri olmuşam. 23 oktyabr 2020-ci il tarixində Qubadlı uğrundə gedən döyüşlərdə mərmi partlayışı nəticəsində baş və kürək nahiyyəmdən xəsarət almışam, 10 medalla təltif olunmuşam". Bu barədə Astara şəhər sakini, müharibə veteranı Həsənov Rəşad Əlövsət oğlunun ölkə rəhbərliyinə müraciətində deyilir. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra qeyd olunur:

"Qardaşım Həsənov Rahid “Aqrar İnnovasiya və Təhcizat” şirkətinin bəzi işçilərinin oyunun qurbanı olmuş və hal-hazırda Astara rayon məhkəməsinin (hakim cənab Zamin İbrahimov) 01 fevral 2023-cü il tarixli 1 (018)-20/2023-cü il tarixli hökmünə əsasən 2 il azadlıqdan məhrum edilmişdir. Halbuki Respublikanın bir çox rayonunda bu şirkətin anbarlarında olan çatışmazlıqlarla bağlı araşdırma aparılır.

Sonradan “Aqrar İnnovasiya və Təhcizat” şirkətə işçi kimi işə götürülən Əlizamin Mustafayev adlı şəxs qardaşımdan 2021-ci ilin avqust ayında14552,05 kq gübrəni aldadaraq almışdır. Şirkətdə 2021-ci ilin avqqust ayında ziyan vurulduğu halda, 2022-ci ilin fevral ayına kimi Şirkətin baş idarəsinin əməkdaşları Çingiz Hidayətov, Ehtiram Cavadov və digər şəxslər anbarda olsalarda heç bir yoxlama aparmamışlar. Qardaşım 18 mart 2022-ci ildə Astara rayon Polis şöbəsinə müraciət etmiş, sonadan istintaqı aparılmış cinayət işi üzrə qardaşıma 3 maddə ilə cinayət işi başlanmışdır. Astara rayon məhkəməsi qardaşımı bir qrup şəxs halında israf etmə ilə məhkum etsə də dəymiş maddi ziyanın hamısının qardaşım tərəfindən ödənilməsi barədə hökm vermişdir. Hətta qardaşımın istintaq zamanı 5000 manat ödəməsini, onun ilk dəfə cinayət törətməsi, evin tək gəlir gətirəni olmasını, cinayət barədə könüllü hüquq mühafizə orqanlarına xəbər verməsini,şirkət tərəfindən onun Respublika üzrə minimum əməkhaqqından da aşağı maaşla yəni 120 manat (sonradan 150 manat) maaşla işlədilməsi, 10 ay ərzində maaşının ödənilməməsi(qardaşımın dediyinə görə), şirkətə 100 min manatdan çox xeyir verməsi və bunun müqabilində bonusların verilməməsi (qardaşımın dediyinə görə) tam nəzərə alınmamışdır. Mən təklif etdim ki, dəymiş ziyanın 5000 manatını ödəmişik, müəyyən hissəsini ödəyim qalanınıda hissə-hissə ödəyək. Lakin şikət qardaşımın həbsdə qalmasında israrlı oldu və həbs olunmasına nail oldular. İnanıram ki, bu müraciətimdən sonra mənimdə həbsimə çalışacaqlar, amma eybi yox təki canım qardaşıma fəda olsun.

Onda mən şirkət rəhbərliyindən xahiş edirəm ki, müharibə veteranı olduğumu və müharibədə mərmi partlayışından xəsarət aldığımı nəzərə alıb, mənə vaxt versinlər daxili orqanlarımı (hər iki böyrəyimi, qaraciyərimi və digər daxili orqanlarımı (Ulu Öndər Heydər Əliyevə və Müzəffər Ali Baş Komandan İlham Əliyevə əbədi sevgi olan ürəyimdən başqa)) donor kimi satım və əldə olunan pullarla şirkətin tələb etdikləri məbləği ödəyim və qardaşımı həbsdən azad edim.

Əmək haqqının ödənilməməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi tərəfindən həmin şirkətə 03.02.2023-cü il tarixdən sorğu göndərilsədə həmin şirkət bir aydan çox müddət ərzində həmin idarəyə heç bir cavab verməmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsi isə bizə yazdığı 07.03.2023-cü il tarixli 3-17-5/2-11-7591/3/2023-cü saylı cavab məktubunda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinə əsasən tədbir görə bilmədiklərini bildirmişlər.Yəni qardaşımın əməkhaqqı və bonuslarla bağlı müraciəti baxılmamış qaldı.Axı qanun şirkətlərə vətəndaşlarla istədikləri kimi rəftar etməyə icazə vermir.

Möhtərəm Prezidentdən və Hörmətli Birinci Vitse Prezidentdən bu məsələni nəzarətdə saxlamasını, mənim və ailə üzvlərimin təhlükəsizliyimin qorunmasını və köməklik göstərilməsini artıq dərəcədə xahiş edirəm..."

Məsələ ilə bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq.

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad olunmasından 4 il ötür

Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Qazlaşmanın dövlət rüsumu 160 manatdır ?

6 Noyabr Özəlləşdirmə Payları məhkəməsidir

Onların işə qəbulu qaydalarında dəyişiklik edildi

Rövşən Nəcəf olanımızıda **batırdı

İsrail "Hizbullah"ı vurmağa davam edəcək - Netanyahu

Esra Erol ölümlə təhdid edilir

Soyuq aylarda üz dərimizə necə qulluq edək?

Rayon sakini Qaradağ İH-i məhkəməyə verdi

Mikayıl İsmayılovun oğlu məhkəməni uduzdu – qızına adı, soyadı verildi, hər ay aliment ödəyəcək!

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi - QƏRAR

Nehrəmdə 3 hamamın layihə-smetasına 14 min manat xərclənəcək

Səhv qan köçürülməsi gənc ananı komaya saldı - İDDİA

“Medicare hospitalın”ın həkimi səhv resept yazdı- Qadın antibiotikdən şoka düşərək öldü

Eldar Həsənov şikayət etməsini NİYƏ DANIR? - Avropa məhkəməsi onun iddiası olmadan qərar çıxarıb?

Hakim Tural Məmmədov iddiaları necə araşdırır? - "ABC-TELECOM" MMC və o...

Bu dərman miqrendən qoruya bilər

"Bu məsələdə Bakı ilə əməkdaşlığa hazırıq" - Ermənistan XİN

Azərbaycanda bu işçilərin maaşları artdı

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişdi

Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır

İlham Əliyev yeni səfirlərin etimadnaməsini qəbul edib

Azad edilmiş ərazilərdəki torpaqlar icarəyə veriləcək

Maraqlar təmin olunanda qanunsuz iş icraçıları qanun icraçılarını "kor" edə bilir - VİDEO

Mədə qıcqırmasını aradan qaldırmağın təbii yolları

Geomaqnit qasırğası olacaq

Qızıl və gümüş ucuzlaşdı

Zakir Əliyev vəfat edib

Azərbaycan millisi Slovakiya ilə qarşılaşacaq

Bu günə olan valyuta məzənnələri

Litvada keçirilən parlament seçkilərində müxalifət qalib gəlib

Bütün xəbərlər