Gündəm

Savaşın ilk günündə şəhid olan iki qardaşa qarşı HAQSIZLIQ... - Prezidentə müraciət olundu

MUMtv.az: - Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri – Şəhid qardaşlar-Əli və İslam Əhmədovların anası Sevinc Səlim qızı Əhmədova ölkə Przidenti, Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Müdafiə naziri Zakir Həsənov, Mədəniyyət naziri Anar Kərimov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Müdafiə nazirinin Birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Cənab Prezident, cənab Müzəffər Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Sevinc Səlim qızı Əhmədova Mingəçevir şəhərində, “Günəşli” yaşayış massivində yaşayıram və Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidləri-Əli və İslam Əhmədovların anasıyam. İki övladım, iki oğlum var idi, hər ikisi də İkinci Vətən Müharibəsi zamanı Vətən, Qarabağ yolunda canlarını fəda etdi, qəhrəmancasına həlak oldu, Şəhidlik məqamına yüksəldilər. Övladlarım hərbçi idi və hər ikisi də eyni gündə, sentyabrın 27-də Şəhid oldu və eyni gündə, ayın 28-də torpağa tapşırıldılar.

Bir ana üçün övlad itkisi, övlad acısı nə qədər əzablı, nə qədər ağrılı, nə qədər dözülməz olsa da, hər iki övladımla Fəxr edir, Qürur duyuram. Fəxr edir, Qürur duyuram belə Oğulların, Əli və İslam kimi İgidlərin, Qəhrəmanların, Vətən fədailərinin anasıyam. Övladlarım da daxil olmaqla, cəmi Şəhidlərimizin, Şəhid balalarımızın ruhları qarşısında baş əyirəm!

Qeyd edim ki, hər iki övladım Şəhidliklərindən sonra Ali Baş Komandan kimi Sizin tərəfinizdən bir neçə medalla təltif olunublar. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi, Ordumuzu, Qalib Azərbaycanımızı qorusun!”

Müraciətdə daha sonra deyilir:

“Çox hörmətli İlham Heydər oğlu!

Sizə müraciət etməkdə məqsədim övladlarının adının, xatirəsinin əbədiləşdirilməsi, onların Haqq etdikləri ordenlərlə təltif edilməsi ilə bağlıdır. Elə bu yerdə qeyd edim ki, İkinci Vətən Müharibəsində 7 ailə, 7 ana iki övladını Vətən yolunda qurban verib və onlardan biri mənəm. Həmin ailələrin bir neçəsində artıq övladlarından heç kim qalmayıb. Mənim də yuxarıda qeyd etdiyim kimi, cəmi iki övladım var idi və hər ikisi də canını Vətən yolunda fəda etdi. Mən övladlarımı minbir əzab-əziyyətlərlə böyütmüşdüm. Çünki həyat yoldaşımı illər öncə itirmişdim. Övladlarıma həm ana, həm ata olmuşdum. Övladlarımdan sonra kimsəm qalmayıb, tək-tənha yaşayıram və övladlarıma qovuşacağım günü gözləyirəm.

Amma istəyirəm ki, övladlarımın Haqqı, əziyyəti yerdə qalmasın. Onlar, eləcə də iki oğlunu itirmiş ailələrin övladları Vətən Müharibəsi Qəhrəmanı fəxri adı və ya ən ali ordenlərimizdən biri ilə təltif edilsinlər. Çünki bu, onların Haqqıdır. Bu məsələ ilə bağlı dəfələrlə bütün instansiyalara müraciətlər etsəm də, Müdafiə Nazirliyində, Prezident Administrasiyasında olsam da, bir neçə dəfə Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, Sizin köməkçiniz Məhərrəm Əliyevlə görüşsəm də və hər dəfə vədlər verilsə də, ötən müddət ərzində övladlarım Haqqı olan ordenlərlə təltif edilməyiblər. Belə görünür ki, onların təqdimatı verilməyib, əgər verilmiş olsaydı, inanıram ki, Sizin sərəncamlarınızla onlar ordenlərə layiq görülər və Haqlarını alardılar.

Amma çox təəssüflər olsun ki, övladlarımın orden Haqqı hələ də tanınmayıb. Bu isə hər iki övladını itirmiş bir ana kimi məni çox üzür, çox incidir, çox yaralayır. Ona görə Sizdən xahiş və rica edirəm ki, həm mənim övladlarım, həm də iki oğlunu Şəhid vermiş ailələrin Şəhid balaları Azərbaycanımızın ən ali ordenlərindən biri ilə təltif olunsunlar.

Savaşın ilk günündə şəhid olan iki qardaşa qarşı HAQSIZLIQ... - Prezidentə müraciət olundu

Eyni zamanda istəyirəm ki, yaşadığımız küçəyə, eləcə də Mingəçevirdəki məktəblərdən birinə övladlarımın adı verilsin. Bu da balalarımın, Şəhidlərimin Haqqıdır. İstəyirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlara və şəxslərə göstəriş və tapşırıqlar verəsiniz, bu məsələnin müsbət həllini tapmasına köməklik göstərəsiniz.

Bununla yanaşı, nəzərinizə çatdırım ki, övladlarımın öz halal zəhmətləri ilə aldıqları, üzünü doyunca görmədikləri və hazırda da mənim yaşadığım evi balalarımın xatirəsinin yaşadılması üçün ev-muzeyinə çevirmişəm. İstəyirəm ki, bu ev-muzeyi dövlət qeydiyyatına alınsın, dövlətin mülkiyyətində, balansında olsun və gələcək nəsillərimiz bu ev-muzeyi ilə, övladlarımın qəhrəmanlıqları, şərəfli həyat və döyüş yolu ilə tanış olsunlar. Bu məsələdən Mədəniyyət Nazirliyi də xəbərdardır, hətta ev-muzeyinin dövlət muzeyi (ya da dövlət muzeyinin filialı) kimi qeydə alınması ilə bağlı adıçəkilən Nazirliyin razılığı da ortadır. Amma çox təəəssüflər ki, aylardır bu məsələ də uzanır, yubanır. İstəmirəm ki, məndən sonra bu ocaq, bu ev-muzeyi dağılıb-getsin. İstəyirəm ki, bu ocaq, bu ev-muzeyi daim yaşasın, daim qorunsun, dövlətin nəzarətində olsun.

Ona görə Sizdən xahiş və rica edirəm ki, Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə müvafiq göstəriş və tapşırıqlar verəsiniz və bu məsələnin tezlikə müsbət həllnii tapmasına köməklik göstərəsiniz. İnanıram ki, belə də olacaq, hər üç məsələ, hər üç xahişim həssaslıqla qarşılanacaq, nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Az da olsa, həm Şəhidlərimin ruhu rahatlıq, huzur tapmış olacaq, həm mənə təskinlik, təsəlli olacaq. Mən özümlə bağlı heç bir xahiş, rica etməmişəm və etmirəm, heç nədə gözüm yoxdur, mənə heç nə lazım deyil. Sadəcə, övladlarımın adının, xatirəsinin yaşadılmasını, onların Haqqının tanınmasını istəyirəm.

Öncədən də Sizə minnətdarlığımı bildirirəm. Allah bir daha Sizi və Müstəqil, Azad, Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az


Son xəbərlər

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bütün xəbərlər