Gündəm

İnam Kərimov Şəhid Anasını NİYƏ DİNLƏMİR? - NARAZILIQ VAR!
Mövzu olur yazmaq,elə müraciətlər var,dərc etmək istəmirik.Bəzən şikayət göndərirlər ki,onu da ictimailəşdirməmək olmur.Çünkü şikayətin gizlin saxlanılması,yazılmaması pis presidentlərə səbəb olub, kütləviləşə də bilər.Yəni,vətəndaş axrıncı halda ölkə rəhbərinə üz tutub- CƏNAB PREZİDENT, sizdən xahiş edirəm bizim ailəliklə ölkə vətəndaşlığından imtinamızı qəbul edin, deyirsə,bu kimi ifadənin nə səbəbdən səsləndirilməsi ciddi araşdırılmalıdır.
FAKTİNFO.AZ saytının elektron poçtuna göndərilən və ictimailəşdirilməsi istənilən müraciət müəllifi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən narazıdır.

Tovuz rayonu, Vahidli kənd sakini,Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızının sayta göndərdiyi müraciəti kiçik ixtisarla təqdim edirik:

Bir oğlum şəhid,digər oğlum Qarabağ müharibəsi veteranı,üçüncü oğlum isə hərbi xidmət zamanı sağlamlığını itirib.Ermənistanla sərhəddə yaşayırıq və müharibədə evimizə ciddi ziyan dəysə də, heç maraqlanan da olmayıb.Ailədə yeganə işləyən oğlum Həsənov Naməddin idi.O,Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Tovuz rayonunda fəaliyyət göstərən qrumunda işləyirdi. Oğlumun üç azyaşlı övladı var, yeganə qazanc yeri isə işlədiyi müəssisə idi.

ŞƏHİD ANASI YAZIR:"Özüm ağır ürək xəstəliyi keçirmişəm,daimi olaraq müalicəyə ehtiyacım var.İşdən çıxarılan oğlumun himayəsində yaşayıram.Aqrar Xidmətlər Agentliyi Azərbaycan Respublikası prezidenti İlham Əliyevin şəhid ailələri haqqında imzaladığı qanuna, eyni zamanda prezidentin dəfələrlə şəhid ailələrinə qayğı göstərilməsi ilə bağlı tapşırıqlar verməsinə,hətta cənab prezidentin şəhid ailələrinə qayğı göstərilməsi "mənim tələbimdir və dövlət siyasətidir" deməsinə, məhəl qoymadı.

Oğlum Naməddin Həsənov rüşvət vermədiyinə görə, onun əmək müqaviləsinin 01 oktyabr 2021-ci il tarixdə başa çatması əsas ğötürüb uzadılmadı.Bir sözlə, əmək müqaviləsinə xitam verildi.O,alim aqronomdur və peşəkar mütəxəssisdir.

Bu günə qədər müxtəlif dövlət orqanlarına göndərdiyimiz 500-dən çox müraciət nəticəsiz qalıb. Əksinə, Aqrar Xidmətlər Agentliyindən bizə bildirirlər ki,"gedin nə qədər istəyirsiniz şikayət edin, siz şəhid ailəsi olmağınızdan istifadə edirsiniz".Elə hesab edin ki, oğlunuz avtomobil qəzasında ölüb."

Şəhid anası onu da bildirir ki,oğlunun yerinə qeyri-peşəkar olan bir şəxs təyin olunub. Ceyran Həsənova: " Naməddin Həsənovun yerinə heç bir savadı və iş təcrübəsi olmayan, müharibədə iştirak etməyən bir şəxsi təyin ediblər.Araşdırılarsa məlum olar ki, burada korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsi kobud şəkildə pozulub.Artıq bizim uğrunda canımızı verdiyimiz ölkəmizdə yaşamaq hüququmuz üzdəniraq məmurlar tərəfindən əlimizdən alınmışdır.

CƏNAB PREZİDENT !

Sizdən xahiş edirəm ki,qeyd olunanları nəzərə alaraq bizim ailəliklə ölkə vətəndaşlığından imtinamızı qəbul edəsiniz.

Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı

Son xəbərlər

Naxçıvan necə idarə olunur: Azərbaycan, “canişinlik”, yoxsa cəngəllik qanunları ilə?

Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Xanların XANLIQ EŞQİ: Hər sahibkar 150 min verməlidir... - DƏLİXANADIR, VALLAH...

Səhiyyə Nazirliyindən vaksinasiya ilə bağlı ÇAĞIRIŞ

Gədəbəydə batan bir milyona görə niyə heç kim məsuliyyət daşımadı

Qırğızıstan prezidenti məmurların maaşlarının artırılmasını qadağan etdi

Astarada TRAGİKOMİK VƏZİYYƏT: Kəndin yarısında qaz var, yarısında yox… - VİDEOREPORTAJ - VİDEOTƏFƏRRÜAT

900 minlik mənimsəmədə ittiham olunan iş adamı azadlığa çıxmaq istəyir

Turizm Agentliyinin daha bir məmurla ORTAQLIĞI... - Sabiq Abdullayevin şirkəti ilə işbirliyi qurub festifal keçirdi

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İsrail Suriyanı bombaladı - Ölənlər var

DYP "Formula-1"lə bağlı müraciət etdi

Bu şəxslərin ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək

Azərbaycanda bu tarixədək geomaqnit qasırğası gözlənilir

Hüquqşünasların hökumətdən ədalət tələbi – ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİ

Dondurulmuş ətlərə möhtac qala bilərik

Maddələr mübadiləsini sürətləndirən qidalar

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

"Lökbatan" dairəsində hərəkət məhdudlaşdırıldı

Modinin müşaviri Rusiyaya gedir

Prezidentdən hərbi qulluqçulara verilən güzəştli kreditlərlə bağlı FƏRMAN

Qırğızıstanda KTMT-nin təlimləri başladı, Ermənistan iştirak etmir

Ermənistan Putinin həbsi ilə bağlı bəyannamədən imzasını geri götürdü

Hamı Bakının bu qəsəbəsindən torpaq alır – Səbəbi bu imiş

Əkbər Abbasov hər il Lerikdə eyni şirkətdə yol təmir etdirir

Türk iş adamı Azərbaycanda şirkətlər qrupu yaratdı

Bakı merinin xidməti maşını sürücülərin yolunu kəsdi və...

Zamirə Hacıyeva Xəqani Bəşirovlə əlbir olub milyardları necə xaricə axıdıb - FOTO

Avropa ölkələri ilə “yaşıl enerjinin” inkişafı və ötürülməsi layihəsinin Azərbaycana xeyiri nə olacaq?

Məşhur bankir Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verdi

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

Dövlət Su Ehtiyatları Agentliyində yeni təyinat oldu

Bütün xəbərlər