Gündəm

"Rəşad Vahabzadənin istədiyi 25 min manat rüşvəti verə bilmədiyimə görə..." - İTTİHAM VAR!

MUMtv.az: - Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin işdən çıxarılan əməkdaşı Həsənov Naməddin Tofiq oğlu başda nazir İnam Kərimov olmaqla nazirlik əməkdaşlarına meydan oxuyur.

Faktinfo.az saytına pdf formasında göndərdiyi məktubunda Naməddin Həsənov Aqrar Xidmətlər Agentliyinin rəhbəri Rəşad Vahabzadənin ondan 25 min,Tərtər rayonunda isə sahibkara ayrılmış subsidiyanın 58 min manatını istəməkdə ittiham edir.Naməddin Həsənov irəli gedərək peşəkar mütəxəssislərin işdən çıxarıldığını,qeyri-peşəkarların Kənd Təsərrüfatı Nazirliyinin strukturlarına yerləşdirildiyini,nazirlik və onun tabeli qurumlarında rüşvət və korrupsiya hallarının baş alıb getdiyini,milyonların mənimsənildiyini,bu barədə dövlət qurumlarına,Respublika Baş Prokurorluğuna və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yazdığını da qeyd edir.

Naməddin Həsənov:"Cəsarətlə bildirirəm ki,Respubilkada ən savadlı və peşəkar olan mütəxəssisəm.İxtisasım alim-aqranomdur,Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına dərs keçmişəm.Savadsız,arpa və buğdanın fərqini bilməyən,ispanaqla çuğunduru bir-birindən fərqləndirməyən,Rəşad Vahabzadənin istədiyi 25 min manat rüşvəti verə bilmədiyimə görə,məni işdən çıxartdı.Hazırda Aqrar Xidmətlər Agentliyinə ixtisasca nefçi olan bu şəxs rəhbərlik edir."

Məktub dövlət orqanlarına,ölkə rəhbərliyinə,bir sıra deputatlara vəs. ünvanlandığından hələlik əhatəli şəkildə yazmırıq.

Qeyd edək ki,Aqrar Xidmətlər Agentliyinin işdən çıxarılan əməkdaşı Həsənov Naməddin Tofiq oğlu Tovuz rayonu Vahidli kənd sakinidir.Onun bir qardaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olub,digər qardaşı Qarabağ müharibəsi veteranıdır. Xəstə anasının və ailəsinin dolanışığını Aqrar Xidmətlər Agentliyindən aldığı 400 manat civarında məvaciblə təmin edirmiş.Hazırda işsizdir.//Faktinfo.az


Son xəbərlər

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bütün xəbərlər