Gündəm
Gündəm / Cəmiyyət
Hakerlərin təsir gücü
“MUMtv.az” “GUARDİAN” qəzetinə istinadın xəbər verir ki, son iki onillikdə İsrailli hakerlər qrupu sosial şəbəkələrdə təxribat və avtomatlaşdırılmış dezinformasiyadan istifadə edərək bütün dünyada 30 mindən çox seçkinin nəticələrinə təsir göstərib. Məlumata görə hakerlər İsrail təhlükəsizlik eksperti və “Demoman international” şirkətinin direktoruTal Hanan üçün işləyiblər.
“Team Sorge” kod adı altında korporativ müştərilərlə yanaşı, seçkilərə iz buraxmadan müdaxilə etmək istəyənlərə də xidmət təklif ediblər. Əsas xidmətlərdən biri sosial çəbəkələrdə və Tvitter, Linkedin, Facebook, Telegram, Gmail, İnstogram və You Tube platformalarda minlərlə saxta profili yoxlayan mükəməl proqram paketi olan “AİMS”dir.
Jurnalistlərlə görüşdə operatorlar bir neçə saniyə ərzində sosial şəbəkələrdə saxta profillər yaradan proqram təminatının necə işlədiyini də nümayiş etdiriblər. Bu “şəxslər” real insanların şəkillərindən istifadə edir, elektron poçtu, telefon nömrəsi, hətta bəzi xidmətlər üçün bitkoinlə ödəmə imkanına malikdir və müştərilərin istəyi ilə müxtəlif xəbərlər yayıla bilər.
MUMtv.az
Nizami Təhməzov