Gündəm

Bəzi deputatlar saxta yollarla özlərinə
Dövlət Sosial Müdafiə Fondundakı qanunsuzluqlar çərçivəsində aparılan istintaqla bağlı bəzi məqamlar üzə çıxıb. Saytlarda və sosial şəbəkələrdə yayılan məlumatlarda DSMF-nin yaşı çatmamasına və səhhətində heç bir problem olmamasına baxmayaraq, bir sıra deputatları saxta yollarla pensiyaya çıxartdığı bəlli olub. Vurğulanıb ki, adı hallandırılan şəxslər arasında sabiq parlamentarilərlə yanaşı, hazırda deputat fəaliyyətini davam etdirənlər də var.

Qeyd edilib ki, bu sənədlərin hazırlanmasında iştirak edən DSMF-nin sabiq vəzifəli şəxsi artıq saxlanılıb. Onunla bərabər daha bir neçə nəfərin də həbs olunacağı istisna edilmir.

"Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı "Şərq”ə açıqlamasında bəyan edib ki, sosial müdafiə sistemində bu cür neqativ halların sayı-hesabı yoxdur. Ekspertin sözlərinə görə, həm ünvanlı sosial yardım, həm digər sosial müavinətlərin, pensiyaların verilməsində xeyli sayda saxtakarlıq faktları aşkarlanıb və mətbuatda işıqlandırılıb. Lakin problemlər hələ də həllini tapmır:

"Haqqı çatan, ehtiyacı olan qalır kənarda, haqqı olmayanlar dövlətdən yardım alır. Deputatlar isə insanların sosial müavinət problemlərini həll etmək əvəzinə mütəmadi öz maaşlarının artırılmasını təklif edir, bəziləri isə saxta yollarla özlərinə "yardım” düzəldirlər. Əlbəttə, bu halda cəmiyyətdə sosial narazılıq, xüsusən deputatlara qıcıq anlaşılandır. Halbuki, dövlət əhalinin sosial müdafiəsinə çox böyük vəsaitlər ayırır. Büdcənin üçdə biri sosial məqsədlərə sərf olunur. Ancaq yerlərdə müavinət və pensiyanın verilməsi prosesi şəffaf aparılmır, qanunsuzluqlara yol verilir. Nəticədə həm insanlarda narazılıq artır, həm də külli miqdarda vəsait mənimsənilir”.

İqtisadçı hesab edir ki, sistemdə fundamental araşdırmalar aparılmalı, saxtakarlıqlar ifşa olunmalıdır:

"Təkcə keçmiş vəzifəli şəxsi həbs etməklə iş bitmir. Yüzlərlə vəzifəli şəxs bu maxinasiyalarda iştirak edib, milyardlarla pul mənimsənilib. O pullar dövlətə qaytarılmalı, sosial yardımlar qanuna və ədalətə uyğun olaraq təyin olunmalıdır. Korrupsiyaya bulaşmış şəxslər həbs edilməli, onların bütün əmlakı müsadirə edilməlidir. Əhalinin sosial qayğıya ehtiyacı olan hissəsi dəqiq müəyyənləşdirilməli, qanunauyğun sosial yardım almalıdırlar. Bundan başqa işsizlər qeydiyyata alınmalı və işlə təmin olunanadək ən azı minimum ehtiyac meyarı həddində pul almalıdırlar. Pandemiyaya görə işini itirmiş, işi dayanmış şəxslərə də yardım verilməlidir”.

E.Bayramlı uşaqpulunun bərpa edilməsinin, heç olmasa, aztəminatlı ailələrə verilməsinin zəruri olduğunu bildirib:

"Əgər ailədə adambaşına minimum ehtiyac meyarından aşağı gəlir varsa, mütləq kompensasiya ödənməlidir. Hazırda minimum ehtiyac meyarı 200 manat civarındadır. Ailədə 5 nəfər varsa və ümumi gəlir 600 manatdırsa, deməli, dövlət əlavə 400 manat ödəməlidir. Çünki minimum ehtiyac meyarı o deməkdir ki, ondan aşağı vəsaitlə yaşamaq mümkün deyil. Əgər mənimsənilən vəsaitlər geri alınarsa, bütün problemləri həll etmək olar. Ümid edirəm, bu tipli saxtakarlıqlara tezliklə son qoyulacaq”.

Son xəbərlər

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Bütün xəbərlər