Gündəm

Amerikadan Azərbaycana
ABŞ Azərbaycana qarşı yeni hücum kampaniyasına start verib. Bu dəfə okeanın o tayından Azərbaycan hakimiyyətini trol dəstələri saxlamaqda suçlamağa başlayıblar. Bu haqda "Amerikanın səsi”, " The Guardian” kimi mətbuat orqanları yazır, müsahibələr dərc edir. Belə ki, "Amerikanın səsi” Klemson Universitetinin professoru Dr. Daren Linvillə müsahibə yayımlayıb. Sosial şəbəkədə trol fəaliyyəti ilə bağlı olan müsahibədə jurnalist qəsdən müsahibi "avtoritar dövlətlər” adı altında Azərbaycana tərəf yönəldir və fikirlərini almağa çalışır. Linvill Azərbaycanın bu təcrübəni Rusiyadan götürdüyünü deyir: "Azərbaycan rejimi sosial mediadan, xüsusilə də Facebook və Instagramdan ölkədəki alternativ perspektivləri aradan qaldırmaq üçün vasitə kimi istifadə edib”. Daren Linvill bu məsələ ilə bağlı Rusiyanı da ələşdirib və Bayden hökumətini saxta profillərlə mübarizəyə səsləyib.

MUMtv.az:
  -  Buradan çıxan əsas nəticə budur ki, Qərbdəki dairələrin Rusiyada, Türkiyədə, Azərbaycanda sosial şəbəkə üzərindən reallaşdırmaq istədikləri inqilab cəhdləri fiasko olub. Avropada məskunlaşan "söyüş mediası” və "təhqir müxalifəti” bu layihənin tərkib hissələrindən biridir. Neçə illərdir ki, xaricdəki bu adamlar vasitəsilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər. Azərbaycan hakimiyyətinin Qarabağı azad etməsi ölkədə sosial-siyasi vəziyyəti dəyişib. Amma Qərb Azərbaycana qarşı saxladığı, təşkilatlandırdığı trol dəstəsinin fəaliyyətini daha da gücləndirməkdədir. Azərbaycan iqtidarını trol dəstələri saxlamaqda suçlayan Qərb dairələri özləri İlham Əliyevi devirmək üçün neçə illərdir trol şəbəkəsi yaradıb, hökumətin üstünə salıb. İndiyədək xeyli siyasi fəal ABŞ-da və bəzi Avropa ölkələrində ekstremal şəraitlərdə sosial media üzərindən ictimai rəyin idarə olunması mövzularında seminarlara qatılıb, kurs keçiblər. Bu seminarlarda iştirak edənlərin bütün xərci təşkilatçılar tərəfindən ödənilib. Maraqlıdır ki, dəvətlər və seminarlar rəsmi sənədlərdə tamam başqa adlarla göstərilib.

Qeyd edək ki, "The Guardian” Yeni Azərbaycan Partiyasının təkzib müraciətindən sonra "Facebook bizim kimi ölkələrlə maraqlanmır”: Azərbaycan trol şəbəkəsi qadağadan bir neçə ay sonra geri qayıdır" sərlövhəli məqaləsinə düzəliş vermək qərarına gəlib. Bu barədə "Report”a partiyadan məlumat verilib.

Yazıda qeyd edilib ki, bu məqalə nəşrindən sonra YAP-dan və "Facebook”dan verilən məlumatları daxil etmək üçün 15 aprel tarixində redaktə olunub.

Qərbin Azərbaycana təzyiq aləti kimi trol məsələsini ortaya atdığını deyən politoloq Elçin Mirzəbəyli də vurğuladı ki, bu, Azərbaycan üçün köhnəlmiş bir mövzudur: "Əvvəl fəaliyyətdə olan, daha sonra isə sabiq prezident statusu daşıyan bir şəxsin sosial şəbəkə hesablarını bağlayan, onu öz fikirlərini azad şəkildə ifadə etmək hüququndan məhrum edən bir ölkənin ”alternativ perspektivlərdən" danışmağa haqqı yoxdur. Digər tərəfdən, "trol şəbəkəsi” və informasiya müharibəsində trollardan istifadə edilməsi Qərbə, xüsusilə də Birləşmiş Ştatlara aid olan bir texnologiyadır. Vaxtilə bunu Tunisdə, Misirdə və digər ölkələrdə həyata keçirdikləri "məxməri inqilablar” zamanı istifadə ediblər və bu gün də etməkdədirlər".

E.Mirzəbəyli onu da vurğuladı ki, bu gün sosial şəbəkələrdə daha çox Qərbin ayrı-ayrı dairələrinin dəstəyi ilə təxribat layihələrini gerçəkləşdirən siyasilərin, onların QHT sektorunda, mediada, ölkə sərhədlərindən kənardakı uzantılarının sosial şəbəkələrdəki trol dəstələri daha çox nəzərə çarpır: ""Trol” məsələsi Azərbaycanda köhnəlmiş, sürtülmüş, nimdaş mövzudur və əksər hallarda "beşinci kolon”un ölkənin öz imzası ilə çıxış edən siyasilərini, ictimai fəallarını şantaj etmək üçün yararlandığı vasitədir. Bu baxımdan heç bir effekt verməyəcəyini, müvəqqəti kampaniya xarakteri daşıyacağını düşünürəm. Trol məsələsi Azərbaycan üçün aktuallığını itirib".

Politoloq Qabil Hüseynli isə bildirdi ki, Azərbaycan totalitar sovet quruluşundan xilas olduğu andan Qərbin köməyi əvəzinə, hər zaman Qərbin təzyiqləri ilə üzləşib: "Bizə necə yol getməyi, necə davranmağı öyrətməyə çalışıblar. Bu xalqın tarixi ilə bağlı bir kəlmə bilməyənlər bizi müzakirə edirlər. Məsələn, Azərbaycan öz torpaqlarını işğaldan azad edir. ABŞ, Fransa kimi dövlətlər isə qışqırır ki, ermənilərə qarşı genosid həyata keçirilir. Ermənilər on minlərlə insanı genosidə məruz qoydu, 1 milyon insanı torpağından qovub çıxartdı, onlar çöllərdə düzlərdə yaşadılar, Qərb bir dəfə səsini çıxartmadı, humanitar yardım göstərmədi, BMT-nin İnsan hüquqları komitəsində müzakirəyə qoymadı. İndi imkan verin bu dövlət başını qaldırsın, qəddini düzəltsin, önünə baxsın. Nəfəs almağa imkan vermirlər. Özlərinin başlarından aşan problemlərini həll etməyə çalışsınlar. Biz Qərbi tənqid edirik, Makronun əməllərini, hər zaman bizə qarşı yaxşı münasibəti olan Almaniyanın son zamanlardakı qeyri-adekvat mövqeyini tənqid edirik. Ancaq bu, trol dəstəsi demək deyil. Bunlar ziyalı ordusudur, dövlətin gördüyü işləri təbliğ edən jurnalist ordusudur. Yaxşı olardı ki, Qərb belə bir halda gənc dövlətə, müharibədən çıxan xalqa dəstək olsun və özlərinin bir nömrəli düşmən hesab etdiyi dövlətin təsirinə düşməsin. Bunun əksinə, bizə badalaq vururlar ki, totalitar quruluşundan xilas olan dövlət yenidən həmin təsir altına düşsün. Bütün bunlar Qərbin bölgədəki prosesləri yaxşı bilməməsinin nəticəsidir”.
"Yeni Müsavat”

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər