Gündəm

Qərb Rusiyaya hücuma keçib:
MUMtv.az: - Qərb cəbhəsindən Rusiyaya qarşı təzyiqlər indi daha kompleks şəkil almağa başlayıb. "Yeni Müsavat” yazır ki, Birləşmiş Ştatlar ABŞ prezident seçkisinə müdaxilə, kiber hakerlik, Ukraynanın təhdid edilməsi və digər zərərli hərəkətlərinə görə cəzalandırılmasını nəzərdə tutan sanksiyalar tətbiq edib. Vaşinqton həmçinin Rusiyanın 10 diplomatını ölkədən çıxarıb.

Rusiya buna cavab olaraq ABŞ-ın 10 diplomatına ölkəni tərk etməli olduqlarını bildirib və Birləşmiş Ştatların səfirinin məsləhətləşmələr üçün vətənə qayıtmasını təklif edib. Amerika həmçinin Rusiyaya qarşı informasiya və psixoloji hücumla təzyiq göstərməkdədir. Rus diplomatların qovulması, Böyük Britaniya ilə Fransanın Rusiya ilə bağlı mövqeləri də Ağ Ev rəhbəri Cozef Baydenin Moskvanı hərbdən öncə məğlub etmək fikrində olduğunu deməyə əsas verir.

Fransa prezidenti Emmanuel Makron da bildirib ki, dünya qüdrətləri Rusiya ilə münasibətlərdə "aydın qırmızı xətlər” çəkməli və bu xətləri keçərsə, Moskvaya qarşı sanksiyaların tətbiq edilməsi ehtimalını nəzərdən keçirməlidir. Makronun açıqlamaları Fransanın Rusiya ilə bağlı əvvəlki mövqeyindən uzaqlaşaraq, müttəfiqi ABŞ-ın mövqeyinə yaxınlaşdığını göstərir.

2017-ci ildə prezident seçilməsindən sonra Fransa lideri dünyanın ən ciddi böhranlarının həllində Rusiyanın dəstəyini almağa ümid edərək, Rusiya ilə Qərb arasında inamsızlıq səviyyəsini azaltmağa çalışırdı. Makronun açıqlamaları indi Birləşmiş Ştatlar və Rusiya arasında 1989-cu ildə "soyuq müharibə”nin bitməsindən sonra ən ciddi gərginliyin yaşandığı vaxta təsadüf edir.

Bütün bunlar isə informasiya və psixoloji hücumdur. Bu, Amerikanın 2003-cü ildə İraqa hücumundan öncəki vəziyyəti xatırladır. Amma Rusiya İraq, Putin Səddam deyil. Pentaqon tank-topla, qoşunla Rusiyaya hücum edə bilməz. Sadəcə, ABŞ-NATO koalisiyası Putini Ukraynada təxribata çəkib, əzmək istəyir. Təhlilçilərin fikrincə, Putin ağıllı oynayır, bu təxribata hələ ki getmir. Getmədikcə də Qərbdən üstünə daha çox siyasi-psixoloji və diplomatik hücum gəlir.

Navalnının tərəfdarlarının yenidən aktivləşməsi də (aprelin 21-nə aksiya təyin ediblər - E.S) bu planın tərkib hissəsi ola bilər. Rusiyanı həm də daxildən sarsıtmaq, qarışdırmaq cəhdləri istisna deyil. Bu ilin yanvarında da Navalnının Putin və ətrafı haqda məlum filmi izlənmə rekordu qırdı, müxalif bloger ölkəsinə gələn kimi hava limanında qandallandı, həbsə göndərildi.

Ardınca Rusiyanın bir neçə şəhərində Navalnı tərəfdarları aksiyalara start verdi. Həmin vaxt Putin Navalnı hücumunu dəf etdi. Görünür, özü türmədə olsa da, Qərb Navalnı amilindən Putinə qarşı istifadə etməkdə maraqlıdır. Həbsdə olan rusiyalı müxalif bloger Aleksey Navalnının aclıq aksiyası keçirməsi və ona tibbi yardım edilməməsindən dolayı səhhətinin kəskin pisləşməsi barədə məlumat artıq iki gündür dünya mediasının gündəmindədir.

Dünya mediasının mövzunu gündəmdə saxlamasının səbəbi isə Qərbin böyük güclərinin bu barədə ardıcıl açıqlamalar verməsidir. Ancaq olduqca maraqlı açıqlamalar gəlir. Məsələn, 44 yaşlı Navalnının yalan, ya doğru, artıq canı ilə əlləşdiyi haqda vəkilinin sözlərinin ardınca ABŞ-dan Rusiyaya edilən çağırışda seçilən ifadələr sanki qəsdən, düşünülmüş şəkildə Kremli qıcıqlandırmağa yönəlib. Yoxsa "Navalnı təcridxanada ölərsə, Rusiya beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşıyacaq”, - deyib, ardınca "müxtəlif tədbirləri nəzərdən keçiririk” misalı hədələyici ton diplomatiya və dövlətlərarası münasibətlərdə qətiyyən keçərli deyil - illah ki, Rusiya kimi dövlətə və Putin kimi liderə.

Ekspertləin fikrincə, ABŞ və Qərb isə Rusiyaya münasibətdə ən aqressiv ifadələri qəsdən seçir ki, Rusiya icra etməsin, fəsadlar yaransın və Rusiyaya əlavə sanksiya və "dövlətlər bloku” formalaşdırmaq üçün imkan qazanılsın. Yəni Navalnının səhhəti kimsəni narahat etmir; Navalnının Putini devirəcəyi də kimsənin ağlına gəlmir - real sorğularda reytinqi 1,5 faizə çatmayan bloger Putinə nə edə bilər ki!

Sadəcə, Navalnının ölümü, məsələn, SVİFT-dən Rusiyanın çıxarılması və yaxud Şimal Axını-2-yə son zərbəni vurmaq üçün Almaniyaya aşırı təzyiq fürsəti verərdi.

Bəs Rusiya Qərbdən və başda ABŞ-dan üzərinə gələn bu hücuma qarşı koalisiya qurub, gücə güclə cavab verə biləcəkmi? MDB ölkələrindən hansılar onu sonadək müdafiə edəcək? Azərbaycanın mövqeyi necə olacaq?

Deputat Razi Nurullayev "Yeni Müsavat”a bildirdi ki, Qərb dünyasının Rusiyaya təzyiqləri sıxma-boğma həmlələridir. Onun fikrincə, dünya və insanlar yeni müharibəyə hazır deyil, o baxımdan iki böyük güc arasında hərbi münaqişə gözlənilmir. R.Nurullayev hesab edir ki, Qərb və Rusiya maraqlar məsələsində ümumi dil tapa bilmirlər, ona görə Moskvaya təzyiqlər davam edir: "Ancaq güman edirəm ki, bu addımlar qarşılıqlı olacaq. Rusiya boş oturmur və artıq onların diplomatlarını ölkədən çıxarır”.

Deputatın sözlərinə görə, ABŞ-Rusiya münasibətlərinin kəskinləşməsinin hərbi nəticələri başqa ölkələr üzərindən ola bilər: "Bu da reallıqda Ukraynadır. Əgər Kiyev separatçıları öz ərazilərindən təmizləmək istəsə, Rusiya buna imkan verməcəyək, prosesə üçüncü ölkələr iştirakçı olaraq qoşulacaqlar. Yəni müharibə belə ola bilər. Amma böyük savaş gözləmirəm. Bu, regionda ciddi problemlərə gətirib çıxara bilər”. R.Nurullayev deyir ki, Azərbaycan zamanında və doğru yerdə addım atdı, Qarabağ məsələsini çözdü: "İndiki vəziyyətdə çətin olardı, bəlkə heç mümkün olmazdı. Ona görə Azərbaycan geopolitik vaxtdan yaxşı istifadə edə bildi”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin "Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ və Qərbdəki müttəfiqləri Rusiyanı özünə düşmən elan ediblər: "Bu düşmənçiliyin məqsədi dövləti zəiflətmək, dağıtmaqdır. Bu səbəbdən Amerika əvvəlcə iqtisadi sankiyalar tətbiq etdi və Qərb müttəfiqləri ilə bu sahəni genişləndirdi. Lakin Rusiya buna məhəl qoymadı və ardınca diplomatik sahədə hücumlar gəldi. ABŞ və Qərb dövlətlərində rus diplomatlarına etimadsızlıq elan edildi, onların ölkədən çıxarılmasına qərar verildi. Bu, Amerikanın diplomatik sahədə hücumudur. Bunun ardınca hərbi əməliyyat reallaşa bilər”.

Siyasi şərhçi bildirib ki, ABŞ-ın niyyəti Ukraynada hərbi münaqişəni qızışdırmaq, Rusiyanı prosesə cəlb etməkdir: "Amerika və Qərb dövlətləri də bu müharbəyə cəlb edilərsə, üçüncü dünya müharibəsi başlaya bilər. Beləliklə, Vaşinqton Moskvaya qarşı iqtisadi sanskiyalara, sonra diplomatik həmləyə keçdi, növbəti dalğası hərbi münaqişədir. Amerika Rusiyanı özünə düşmən hesab etməklə pilləli hücum taktikasını həyata keçirir. Təbii ki, Rusiya bu hücumlara biganə qalmayacaq. O da adekvat reaksiya verəcək, ölkədəki Qərbin diplomatlarını ərazisindən çıxaracaq. Azərbaycan isə illər ərzində balanslaşdırılmış siyasət yürüdüb. Bu məsələdə də rəsmi Bakı bitərəf mövqeyini qorumalıdır, vasitəyə çevrilməli deyil”.

Son xəbərlər

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Bütün xəbərlər