Gündəm

Motivasiya sənin hədəf yolunda yanacağındır!

Kama Ahmad
Qadın Kouçu və Motivasiya Spikeri

Motivasiya insanın uğura gedən yolda hərəkətverici qüvvəsi və yanacağıdır.
Dəyişiklik etmək istəyən insanlar motivasiya azlığından tez-tez şikayətlənirlər, lakin istədiklərimizi əldə etmək üçün şikayətlənmək əvəzinə çarələr axtarmalıyıq. Motivasiyamızın yüksələcəyi zamanı gözləmək doğru qərar deyil.
Yaxşı bəs biz özümüz motivasiyasımızı yüksəltmək üçün nə edə bilərik?

Yüksək gözləntiləri azalt

Özümüzdən olan yüksək gözləntilər motivasiya azlığımızın səbəbi ola bilir. Bizlər tavanı o qədər yüksəyə qaldırırıq ki, nə qədər dartınsaq belə ona çata bilmirik. Bir müddət sonra tavana çata bilmədiyimiz üçün ya sınamağı buraxırıq, ya da çox yüksəyə qaldırdığımız tavana çatmağa dartınmaqdan yoruluruq və vaz keçirik. Tavanı aşağı endirməyə isə içimizdəki maksimalist mükəmməlliyyətçi izin vermir.

Hədəflərimiz üçün yüksək motivasiya ilə çalışmağımız üçün onların adekvat olması mütləqdir.
Motivasiya düşkünlüyü yaşayam insanlar səbəb olaraq tapşırıqların onlara çox böyük və çox çətin gəlməsini göstərirlər. Bu qorxu onların ertələmə səbəbinə çevrilir. Onlar qarşılarındakı tapşırığa deyil, çox uzağa baxır, hədəfin böyüklüyünün gətirdiyi təşviş onları indiki anda hərəkətdən saxlayır. Yol onlara o qədər uzun, çatmaq istədikləri yer o qədər uzaq görsənir ki, bu insanlar yola çıxmamağı qərara alırlar- bu gün ata biləcəkləri xırda addımları belə atmırlar.
Vəziyyəti dəyişməyin effektiv yollarından biri hədəfi mümkün qədər kiçiltməkdir. Kiçilmiş hədəf beyin üçün bir o qədər qorxulu gəlmir, insan ertələmədən etməli olduğunu edir. Çətini isə başlamaqdır. Araşdırmalar deyir ki, hərəkətə keçmiş insan 85% ehtimalla başladığını sona çatdırır.

Mükəmməlliyyətçiliyinin fərqində ol və nəzarət altında saxla

Mükəmməlliyyətçilik bir çox yarım qalmış işlərin, layihələrin və ümümiyyətlə, insan motivasiyasının qatilidir. Mükəmməlliyyətçilikdən əziyyət çəkən insan hər hansı bir işə başladıqda müəyyən müddət böyük həvəslə çalışır, lakin bu və ya digər səbəbdən etməli olduğunu bir və ya bir neçə gün etmədikdə başladığını yarım qoyur. Niyə? Çünki, reallıq onun beynində çizdiyi ideal ssenariyə uyğun olmadı. Mükəmməlliyyətçiliyin fərqində olmaq, mükəmməl deyil, davamlı olmağa çalışmaq, hər şey istədiyiniz kimi ideal getmədikdə vaz keçmədən davam etməyə özünüzü məcbur etmək sizə hədəfə doğru gedən qatarınızı yenidən relslərin üzərinə çıxarmağa kömək edəcək! Unutmayın, tamamlanmış qeyri-mükəmməl iş, heç görülməmiş və ya yekunlaşmamış ideal işdən daha yaxşıdır!

Özünə mərhəməti tətbiq et

Bundan öncə qeyd etdim ki, bizim motivasiya azlığımızın səbəbi özümüzdən olan yüksək gözləntilərimiz ola bilir. Gözlədiyimiz yüksəkliyə qalxa bilmədikdə özümüzə qarşı amansızlaşır, özünü tənqid, danlama və günahlandırma mexanizmlərini işə salırıq. Özümüzə qarşı olan bu neqativ münasibət motivasiyamızı aşağı salır. Özünə sevgi və mərhəməti tətbiq edərək motivasiyanmızı yüksəldə bilərik.

Qəbul etdiyin informasiyaya qarşı diqqətli ol

Şon Enkorun təqdiqatlarına əsasən səhərlər cəmi 3 dəqiqə neqativ enerji (xəbər, mesaj oxumaq, söhbət etmək) aldığınız zaman gün üçün olan motivasiyanız aşağı düşür və 50% ehtimalla 8 saat sonra siz "Bu gün pis gün idi" deyirsiniz.

Özünü müqayisənin fərqində ol

Hər hansı bir hədəfə doğru çalışdıqda bizimlə birgə eyni hədəfə sahib insanlarla özümüzü müqayisə etmək motivasiyamızı aşağı salır. Mükəmməlliyyətçilik və müqayisə vərdişi olan insan kimdənsə daha aşağı nəticə göstərdiyi üçün acıqlanır, daxili tənqidçisi işə düşür - ona yetərli olmadığını, yetəri qədər çalışmadığını deyir. Bu dağıdıcı, daxili söhbət onun motivasiyasını aşağı salır və təşvişə salır. Müqayisənin fərqində olmaq, destruktiv daxili söhbət başaladıqda bu səsə “dur” deyə bilmək, eyni hədəfə malik olduğunuz insanlarla hədəflərinizi müzakirə etməməyə çalışmaq motivasiyanızı yüksək saxlamağa kömək edəcək.

Müsbətə fokuslan

Rəhbərinizdən, kolleqalarınızdan, müştərilərinizdən aldığınız pozitiv rəyləri toplamaq, ruhdan düşdükdə onları oxumaq sizə müvəffəqiyyətlərinizi, gücünüzü xatırladacaq və yeni uğurlar üçün motivasiyanızı yüksəldəcək.

Ali məqsəd tap

Ali məqsədələrə xidmət edən insanın motivasiyası mənəvidir. Hədəfiniz xidmət etmək, cəmiyyətə və insanlığa fayda vermək, insanların həyatını yaxşıya doğru dəyişdirmək, Tanrının rəğbətini və sevgisini qazanmaq, həyat missiyanızı yerinə yetirmək olduqda motivasiyanız tükənməyəcək.

Arzularını həyata keçirmək üçün gözlədiyin mükəmməl an heç vaxt gəlməyəcək.
Mükəmməl an hərəkətə keçdiyin andır. Hərəkətə keç!


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər