Gündəm

14 yaşlı dünya çempionu: Şahmat tacını Azərbaycana gətirmək istəyirəm
 
 
 
 
 
 
 
 
 

 
 
 

Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında qələbə qazanan Aydın Süleymanlı Oxu.Az-a danışıb.

Onun sözlərinə görə, şahmata marağı bağçaya gedəndə başlayıb:

"Orada daxili turnir keçirildi və mən də qatıldım. 50 uşaq içində birinci yer tutdum. Həmin vaxtdan valideynlərimdən xahiş etdim ki, mənə şahmat alsınlar.

 

Gecə yatanda şahmatı çarpayımın yanına qoyurdum, səhər yuxudan oyanan kimi fiqurları düzürdüm, gedişlər düzəldirdim. Ailəm mənim şahmata marağımı gördü və məni şahmat dərnəyinə yazdırdılar”.

A.Süleymanlı yeniyetmələr arasında ikiqat Avropa çempionudur. O, 2013-cü ildə Monteneqronun Budva şəhərində keçirilmiş qitə birinciliyində səkkiz yaşlı şahmatçılar arasında birinci olub.

Həmin ilin dekabrında şahmat üzrə dünya çempionatında eyni yaş kateqoriyasında üçüncü yeri tutub. 2014-cü ilin noyabrında 10 yaşlı şahmatçılar arasında blits və rapid növləri üzrə Avropa çempionatında hər iki yarışın qalibi olub. 

Şahmatçı bildirib ki, xarici ölkədə ilk yarışa beş yaşı olanda qatılıb:

"Beş yaşımda Rumıniyada yarışa qatıldım. Həmin vaxt anama işdən icazə verilmədi. Mən yarışa müəllimlə tək getməli oldum. İki həftə valideynlərimdən kənarda qaldım. Xarici turnir idi, altıncı yerdə qərarlaşdım, amma bu, məni qane etmədi. Daha sonra öz üzərimdə işləməyə başladım”.

Dünya çempionu 249 saylı tam orta məktəbin doqquzuncu sinif şagirdidir. O, 2017-ci ildə Rumıniyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionatında da qalib gəlib. O, şahmatla yanaşı, dərslərini də yaxşı oxuyur. 

2018-ci ildə Bakı məktəblilərinin I Forumu keçirilib. Aydın Bakı məktəblərindən 40 ən istedadlı şagird siyahısında yer tutub.  

Aydın Süleymanlı qalib olması münasibətilə ona gələn təbriklərdən də danışıb:

"Biz vətənə qayıdan zaman atam aeroportda mənə dedi ki, Aydın, səni Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qalib olmağın münasibətilə təbrik edib. Düzü, inanmadım və dedim ki, zarafat edirsən.

Telefonu açıb təbriki görən zaman inandım. Bu təbrik məni qürurlandırdı. Mən yarışda dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanacağıma inanırdım, amma bu qələbənin bu qədər ictimailəşməsi gözlənilməz oldu.

Təbriklər mənə motivasiya verdi, üzərimdə daha çox çalışacağam ki, mənə olan ümidləri doğruldum, bayrağımızı xarici ölkələrdə dalğalandırım”.

Doqquzuncu sinif şagirdinin hədəfi elit qrossmeyster olmaq və şahmat tacını Azərbaycana gətirməkdir.

Qeyd edək ki, bir neçə gün əvvəl təcrübəli qrossmeyster Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunu əldə edib. 


Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər