Dünya

Artıq beş aydır ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Xüsusi karantin rejiminin tələbləri, ciddi sosial izolyasiya tədbirləri vətəndaşlarımızın sağlamlığının qorunması, pandemiyanın sürətlə yayılmasının qarşısını alır. Təbii ki, sosial təcrid bir çoxumuzun normal həyat şərtlərində müəyyən məhdudiyyətlər yaradıb. Normal həyatdan ayrılmaq, yeni qaydalara, dəyişikliklərə uyğunlaşmaq müəyyən narahatlıqlar yaradır. Nəticədə yaranan stres, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, gərginləşən psixoloji vəziyyət  insanların psixoloji vəziyyətinə təsir göstərir. Əsasən, immun sisteminin və maddələr mübadiləsinin pozulması ilə özünü göstərən diskomfortluq hissi psixoloji çətinliklərin meydana gəlməsi ilə nəticələnə bilir.

Pandemiyanın geniş yayılması ilə əlaqədar özünü narahat, təcrid olunmuş və məyus hiss edən əməkdaş və tələbələr təbiq edilən qabaqlayıcı tədbirlərə əməl etməklə, ilk növbədə, özlərini virusdan qoruya bildilər. Mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması nəticəsində bir çox tələbələr gənclik dövrlərinin ən böyük anlarından, eləcə də dərslərdə iştirakdan və dostları ilə ünsiyyətdən məhrum oldular. Yaz semestrinin yay imtahan sessiyasının karantin dövrünə düşməsi isə, bəzi tələbələrin imtahan həyacanını, stresini artırmış oldu.

Elə bu səbəbdən, Bakı Dövlət Universiteti (BDU) əməkdaş və tələbələrin psixoloji narahatlıqlarının dəf edilməsi istiqamətində əhəmiyyətli addımlar atdı. Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da yaradılan Psixoloji Yardım Sektoru öz fəaliyyətini onlayn şəkildə sistemli quraraq müntəzəm olaraq tələbələrlə, əməkdaşlarla əlaqələr yaratdı, onların fərdi psixoloji problemlərinin aradan qaldırılmasına peşəkar dəstək göstərdi.

Xüsusi karantin rejimi dövründə Psixoloji Yardım Sektoru tələbə və əməkdaşların məlumatlandırılması, psixoloji vəziyyətinin yaxşılaşdırılması, psixoloji terapiya və dəstək məqsədi ilə COVID-19 virusundan qorunma üsulları haqda, bu dönəmdə stresin yaranma səbəbləri və mübarizə yolları, düzgün yuxu rejiminin təşkili, motivasiyanın formalaşdırılması, o cümlədən, asudə vaxtın səmərəli şəkildə dəyərləndirilməsi kimi mövzularla bağlı ali məktəbin rəsmi veb səhifəsində (bsu.edu.az) məlumatlar yayımladı, sosial şəbəkələr vasitəsilə gündəlik paylaşımlar, canlı yayımlar təşkil etdi.

Sektor 2019/2020-ci tədris ilinin yaz semesteri müddətində 250-dən çox tələbə və əməkdaş müraciətinə baxaraq, onlara peşəkar yardım edib. Müraciətlərin əksəriyyəti stress, depressiya, həyəcan, təşviş, yalnızlıq sindromu, yuxu pozuntuları, ailədaxili münasibətlərin pozulması ilə əlaqədar olub. Psixoloji Yardım Sektoru öz növbəsində 30-dan çox tələbəyə, 10-a yaxın əməkdaşa fərdi konsultasiya təşkil edib. Həmçinin sektorun sosial şəbəkə hesabı üzərindən mövcud vəziyyətlə əlaqədar imtahan sessiyasında tələbələrdə yaranmış əlavə stres amillərini, imtahan gərginliyini aradan qaldırmaq, onların gələcək məqsədlərinə qətiyyətlə addımlamaq yolunda motivasiya və ruh yüksəkliyi yaratmaq üçün gündəlik paylaşımlar və canlı yayımlar tərtib edilib.

Yeni tədris ilində təşkil olunması planlaşdırılan təlimlərə qatılmaq üçün isə 80-ə yaxın tələbənin müraciəti qeydə alınıb.

(Aqreqrator.az)

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər