Gündəm

Azərbaycan hələ o vaxt da Fransaya ETİRAZ EDİRDİ... - Ekspert danışır

MUMtv.az: - “İndi vacib məsələ Avropa İttifaqının ATƏT-in Minsk qrupunu əvəzləməsidir. Fransa Minsk qrupuna Avropa İttifaqının təmsilçisi kimi seçilmişdi. O zaman Azərbaycan Fransanın Minsk qrupuna gəlməsinə etiraz edirdi. Hətta deyirdi ki, Minsk qrupunda başqa bir Avropa Birliyi ölkəsi təmsil olunsun. Almaniyanın, İngiltərənin adı çəkilirdi, Fransa arzu olunmurdu. Sonradan Fransa ilə Azərbaycan arasında danışıqlar aparıldı və Fransa Minsk qrupuna gəldi. Amma Fransa sonradan özünü elə aparırdı ki, sanki Avropa İttifaqının təmsilçisi deyil, ABŞ və Rusiya kimi bərabər üzvdür”.

Bunu Reyting.az-a professor Əli Abbasov ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, hətta bəzən Fransanın Minsk qrupunda fəaliyyəti xoşagəlməz olanda Azərbaycanda deyirdilər ki, Avropa Birliyi Fransanın yerinə başqa ölkədən nümayəndə göndərsin. “İndi gedən proseslər göstərir ki, faktiki olaraq Minsk qrupunu Avropa İttifaqı əvəz edir və normal vasitəçilik missiyası həyata keçirir”,- deyə Ə. Abbasov əlavə edib

Professor diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsindən sonra Fransa ilə Azərbaycan arasında münasibətlər normallaşıb və fransızların Qarabağda bərpa prosesində iştirak etmək istəyi yaxşı haldır.

Ə. Abbasovun fikrincə, proseslər Rusiya-Ukrayna müharibəsinin nəticələrinə gəlir:

“Bəli, hazırda nəinki biz, bütövlükdə dünyada əksər ölkələr məhz Rusiya- Ukrayna savaşının nəticələrinə baxır. Bu müharibənin nəticəsindən asılı olaraq işlər düzələ və ya daha da çətinləşə bilər”.

Ə. Abbasovun sözlərinə görə, Brüsseldə üçüncü görüş zamanı deyilirdi ki, növbəti görüşdə bir sıra məsələləri müzakirə edib format tapılmalıdır: “Əslində məsələlər müzakirə edilir, format da tapılır. Təəssüflər olsun ki, son nəticədə iş getmir, nəticə ortaya çıxmır.

Hazırda danışıqlar iki formatda - Avropa İttifaqı və Rusiya formatında gedir. Amma danışıqlar aparılsa da, heç bir formatda böyük irəliləyiş yoxdur. Danışmaq, razılaşmaq bir, razılığı həyata keçirmək ikinci məsələdir. Həm də Rusiyada bir addım atılır, sonra gözləyirlər. Eləcə də Avropa İttifaqında. Ona görə də, çoxları sentyabrı gözləyir. Deyilənə görə, məhz bu ayda Ukrayna savaşında nəsə baş verməli, Ukrayna irəli çıxmalıdır. Əgər bu baş verərsə, Rusiyada yeni siyasi proses başlaya bilər. Belə olduqda rus elitasının vaxtı olmayacaq ki, Azərbaycan, Moldova, Gürcüstan və ya Ermənistanla məşğul olsun. Bir növ 1990-cı illərin əvvəllərindəki kimi. Yəni ona oxşar vəziyyət yarana bilər. Məncə, hələlik indiki formatlarda danışıqlar və razılaşmalar mümkündür. Amma daha vacibi həmin razılaşmaların icrasıdır”.


Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər