Gündəm

10 Avropa ölkəsi Rusiyaya 346 milyon avroya silah satıb - ARAŞDIRMA

Avropa İttifaqının 2014-cü ildən bəri tətbiq etdiyi silah embarqosuna baxmayaraq, Fransa, Almaniya, İspaniya və İtaliya da daxil olmaqla 10 Avropa ölkəsi Rusiyaya ümumilikdə 346 milyon avro dəyərində silah ixrac edib.

"MUMtv.az" xəbər verir  ki, bu ölkələr arasında ən çox silah satan ölkə 152 milyon avro ilə Fransa olub.

Bu silah satışı və tədarükü 2014-cü ildən Krımın Rusiya tərəfindən qanunsuz ilhaqı səbəbindən Aİ-nin Rusiyaya silah embarqosuna baxmayaraq həyata keçirilib. 
“Disclose” media qurumunun xəbərinə görə, Fransa 2015-2020-ci illərdə Rusiya ordusunu ən son texnologiyalı hərbi texnika ilə təchiz edərək, bununla da Rusiya quru və hava qüvvələrini modernləşdirib. Fransa 2015-ci ildən bəri Rusiyaya 76 döyüş texnikası tədarük edib. Bu avadanlıqların dəyərinin 152 milyon avro olduğu bildirilir. Rusiyaya satılan avadanlıqlar arasında 1000-dən çox Rusiya tankını təchiz etməyə yönəlmiş termal kameralar, Rusiya Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri və helikopterləri üçün naviqasiya sistemləri var. Bu avadanlıqlar Fransa dövlətinin ən mühüm tərəfdaşı olduğu "Thales" və "Safran" şirkətləri tərəfindən satılıb.
Termal kameralar gecə saatlarında insanları hədəfə ala və 10 kilometr məsafədən nəqliyyat vasitələrini aşkarlaya bilir. "Thales"in sözlərinə görə, bu kameralar atəş açmaq qabiliyyətinə malikdir. Fransanın 2020-ci ilə qədər Rusiyaya silah və döyüş təyyarələri satıb təhvil verdiyi və bunların Ukraynadakı müharibədə istifadə edildiyi iddia edilib. Bu satışların 2014-cü il avqustun 1-dən etibarən Avropa İttifaqının (AB) Rusiyaya qarşı tətbiq etdiyi silah embarqosuna baxmayaraq həyata keçirildiyi vurğulanıb. 
Almaniya 121,8 milyon avro ilə Avropa ölkələri arasında Rusiyaya ən çox silah satan ikinci ölkədir. İtaliya həmçinin Rusiyaya İveco şirkətinin istehsalı olan 22,5 milyon dəyərində döyüş maşınları ixrac edib. İtaliyanın LA7 telekanalının məlumatına görə, bu maşınlar  Ukraynada gedən müharibədə görünüb. İtaliya hökuməti Aİ-nin silah embarqosuna görə bu avtomobilləri mülki şirkətlərə satıb.
Digər Avropa ölkələri Fransa, Almaniya və İtaliyadan daha az dəyərli silah ixrac edib. 
Avstriya 2015-2019-cu illər ərzində Rusiyaya müntəzəm olaraq hər il atıcı silah göndərir. Bolqarıstan 2016 və 2018-ci illərdə 16,5 milyon dəyərində döyüş gəmisi, Finlandiya, İspaniya, Slovakiya və Xorvatiya isə yalnız bir dəfə silah tədarük edib. 

Son xəbərlər

Bəzi şəxslərin pensiyasına əlavələr yeni qaydada hesablanacaq

İşıqforun qırmızı işığında keçən və "protiv" sürənlərin cərimələri ARTIRILIR

Prezident Belarusla bağlı protokolu TƏSDİQLƏDİ

Bu tibb müəssisəsində rüşvət faktı - VİDEO

Abşeronda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

"Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Bu halda telefonla danışmayın - Əhaliyə xəbərdarlıq

“Azərbaycanla sülh sazişi vacibdir” - Mirzoyan

FHN-dən əhaliyə MÜRACİƏT

Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….- DE-FAKTO

Sürücülərin diqqətinə: Taksilərlə bağlı ciddi problemlər olacaq - VİDEO

İran İsraili müharibə ilə HƏDƏLƏDİ

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət - VİDEO

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti görüşü KEÇİRİLİB

Təhlükəli səviyyədə duz işlədən ölkələr açıqlandı

Bu şəxslər dövlət qurumunu ata mülkü kimi idarə edirlər - VİDEO

Rüstəm Şahbazov bu dəfə də `YIRTACAQ`? - İDDİA...

İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır

Laçında hind filmi çəkiləcək

Milli Məclis buraxıldı, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edildi

Deputat təbbi fəlakətdən zərər çəkən insanlara maddi yardım olunmasını təklif etdi

Bu məhsullar vergi və gömrük rüsumundan azad olunur

Avtobus zolağına girənlərə cərimə balı da yazılacaq

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı qanuna dəyişiklik edildi

Parklanma qaydalarının pozulmasına görə yeni cərimələr

Dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsi qaydası dəyişdirilir

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik təsdiqləndi

Azərbaycanda yeni rüsumlar müəyyən edildi - 50 min manat

Normadan artıq yük daşıyanların cəriməsi artırılır

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Bütün xəbərlər