Gündəm

"Bəs, Amerika Qarabağ nizamlama prosesinə hansı statusla qatılmalıdır?" - Fərqli mövqe...

MUMtv.az: - Azərbaycan xalqının və dövlətinin Minsk Qrupu həmsədrliyi ilə bağlı mövqeyi və baxışı birqiymətlidir. Onlar 30 il ərzində ancaq erməni tərəfinin başını sığallama siyasəti yürüdüblər və işğalın davam etməsi və Azərbaycan torpaqlarının xarabaya çevrilməsini gizlətməklə və pərdələməklə erməni cinayətlərini faktiki olaraq bu günə qədər ört -basdır etməyə çalışıblar. Hər üç həmsədr ölkələrin səyləri bir-birini tamamlayıb. Onların fakt toplama missiyalarının Azərbaycanın kənd və şəhərlərinin ermənilərin yer üzündən silməsini gizlətdiyi üçün Azərbaycan onlara qarşı korrupsiya ittihamı ilə beynəlxalq iş aça bilər.

Amma, ABŞ dövlət katibinin Qafqaz üzrə xüsusi məsləhətçi təyin etməsi və o cümlədən, onun ATƏT Minsk qrupunda həmsədr yerini tutması ilə bağlı təyinatına Azərbaycan xarici işlər nazirliyinin münasibəti ziddiyyətli ifadələr ilə təəccüb doğurur. Hesab edirəm ki, bu təyinata edilən reaksiya heç də Azərbaycanın indiki kövrək vəziyyətinə fayda gətirməz. XİN-nin “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər” ifadəsi, əlbəttə ziddiyətli yanaşmadır. Əgər Azərbaycan ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması proesində iştirakını alqışlayırsa, o zaman onlar Qarabağ üçün yaradılmış Minsk qrupu üzvü və ya həmsədri kimi görüşlərə qatılacaq. Belə deyilsə, o zaman hansı statusda qatılacaq? Bilmək lazımdlr ki, Minsk qrupu ATƏT tərəfindən ləğv edilməyib və Rusiyanın birtərəfli vəsitəçiliyindən qurtulmaq üçün Azərbaycan da ona 1992-ci ildə ikiəlli səs verib. Bu günə qədər də Minsk qrupu qüvvədədir və onun fəaliyyəti üçün ATƏT hər il yüksək maliyyə ayırır. Azərbaycanın Minsk Qrupunun ləğv edilməsi ilə bağlı ATƏT qarşısında təklif qoyduğu da məlum deyil. Bu barədə XİN izahat versə daha da faydalı olar. Rusiyanın ABŞ və Fransa ilə indiki dönəmdə birgə işləməməsi ucbatından Minsk Qrupunun fəaliyyəti iflic olub, amma Minsk qrupu buraxılmayıb.

Bu baxımdan keçmiş Amerikan vasitəçisi dəyişdiyindən bu vakansiya da boşdur və təyin edilən şəxs təkcə Azərbaycan - erməni məsələsi ilə deyil, həm də Gürcüstanın Abxaz və Osetiya münaqişələri ilə də bağlı sorumludur. Biz burada qıcıqlandırıcı tərzdə hərəkət etməməli, əslində buna ABŞ höküməti daxilində gedən rotasiyalı kadr dəyişikliyi kimi – boş vakansiyanın doldurulması kimi yanaşmalıyıq. Minsk qrupu ləğv edilməyibsə, bizim bu cür bəyənatımız artıq ABŞ dövlət departamentindəki kadr dəyişikliyi məsələlərinə müdaxilə etmək kimi qələmə verilə bilər.

Ukrayna savaşına baxmayaraq, ABŞ tərəfinin bu məsələdə Rusiya ilə birgə işləmək çağırışları onların bu məsələdə yenə də eyni fikirdə olmasından doğur. Rusiya bu çağırışları hələlik qulaqardına vursa da, düşünürəm ki, onların yenidən birgə işləməsi zaman məsələsidir. Bu işdə Rusiya tələsmir, çünki hesab edir ki, bölgəyə özü nəzarət edir. Nə zaman lazım bilsə, o zaman ABŞ və Fransa ilə fəaliyyətləri bərpa edəcək. Bu baxımdan bizim diplomatiya daha da diplomatik olmalı, yalnız sahədə öz işini görməlidir. Sahədə güclü olursa, bizə olan təsir və təzyiqlərin də faydası olmaz. Biz yalnız Ermənistanla birbaşa danışıqlara getməklə Minsk qrupunu tam təcrid edə bilərik.

İkincisi, nəzərə almaq lazımdır ki, indiki ABŞ hökümətinin ən yüksək rəhbərliyi ABŞ tarixində olmayan dərəcədə erməni dairələri ilə çox yaxın münasibətdə və rəğbətdə olan şəxslərlə təmsil olunur. Və onlar da bu dairələrin tələblərini irəli daşımağa çalışır. Biz qarşıdakı iki ildə Amerikadan yeni tələblərlə üzləşəcəyik,ona görə də biz daxildə möhkəmlənməliyik, ancaq Qarabağda suverenliyi bərpa edən təşəbbüslərlə məşğul olmalıyıq..

Elxan Mehdiyev, Tanınmış konfliktoloq //moderator.az//

Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər