Gündəm

"Zəngəzur dəhlizi tezliklə istifadəyə veriləcək" - Deputat

Ermənistanın regionda formalaşan yeni düzəni pozmaq cəhdlərinə baxmayaraq bölgənin yeni iqtisadi xəritəsi formalaşmaqdadır.

"MUMtv.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, “Qisas” əməliyyatından 1 gün sonra İrəvan Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan edib:

"36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də qarşı tərəf prosesi yubatmağa çalışırdı. Son qarşıdurmadan sonra isə rəsmi İrəvan mövcud reallığı bir daha qəbul etmək məcburiyyərində qaldı. Azərbaycan dəhlizə alternativ yolun tikintisini artıq tamamlamaq üzrədir. Ermənistan baş naziri bu arada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqənin bərpa ediləcəyini bildirdi. İrəvanda artıq anlayırlar ki, üçtərəfli razılaşmada nəzərdə tutulanların yerinə yetirilməsinin alternativi yoxdur. Öhdəliklərə əməl edilməlidir".

Deputat bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki hissəsinin tikintisinin 57 faizi isə artıq tamamlanıb:

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir. Bütün bunlar, Laçın dəhlizinə alternativ yolun və Zəngəzur dəhlizinin tezliklə istifadəyə veriləcəyindən xəbər verir. Bu isə region üçün yeni reallıqların başlaması demək olacaq. Dəhliz 1.2 tirlyon dollarlıq nominal ÜDM-i olan Türk dünyasını quru yolu ilə birləşməsinə imkan verəcək. Azərbaycan gücünü bir daha nümayiş etdirdi. Bu, revanişt meyillərin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanınmasının və davamlı sülhün alternativi yoxdur. Başqa alternativlər haqda düşünmək isə Ermənistanın elə özü üçün ziyanlı olacaq".



Son xəbərlər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Bütün xəbərlər