Gündəm

Azərbaycan Laçın dəhlizini BAĞLAYA BİLƏR
Ermənistan Zəngəzur dəhlizinin açılmasını yubatmağa çalışır. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında ölkə başçısı İlham Əliyev də dilə gətirdi. Prezident onu da qeyd etdi ki, Azərbaycanın Ermənistanı Zəngəzur dəhlizini açmağa təhrik edəcək imkanları da kifayət qədərdir.

Bəs Azərbaycan Ermənistanın "Nuh deyib peyğəmbər demədiyi” halda rəsmi Bakı İrəvana qarşı hansı sərt addımları ata bilər. Yəni, hazırda Bakının əlində bu cür imkanlar varmı?

Rusiyalı ekspertlər hesab edir ki, Nikol Paşinyan Zəngəzur dəhlizini açmamaq üçün Bakıya və Moskvaya qarşı son kartlarını oynayır. Rusiyalı ekspertlər bu yolun gec-tez açılacağını dilə gətirirlər.

Azərbaycanlı politoloqlar isə hesab edir ki, Naxçıvanla dəhlizi açmaq, müharibədə məğlub olan ölkənin "qolunu burub yola gətirmək üçün” rəsmi Bakının əlində bir sıra rıçaqlar mövcuddur.

Millət vəkili Rasim Musabəyov Publika.az-a açıqlamasında söyləyib ki, Ermənistanın Zəngəzur dəhlizinin açılmasına törətdiyi maneələr ondan ibarətdir ki, İrəvan üçün məqbul sayılmayan, ancaq məcburən imzaladığı 10 noyabr üçtərəfli bəyanatını öz istədiyi şəkildə yozmağa çalışacaq. Deputatın fikrincə, hazırda Ermənistan öz ordusunu Azərbaycan torpağından çıxarmaq əvəzinə, çalışır ki, orduda vaxtı bitmiş hərbçilərinin yerinə bizim ərazilərə yenidən kontingent göndərsin:

"Yenidən yeni çağırışla hazırda Azərbaycanın nəzarətində olmayan ərazilərə hərbçilər göndərməyə cəhdlər göstərir. Bu isə bizim üçün məqbul deyil. Azərbaycan bunun qarşısını alır. Amma ermənilər bu cür cəhdlərinə davam edir. Ermənistan hesab edir ki, hələlik onların Rusiyaya daşıyacağı heç nələri yoxdur. Nə sənayesi, nə də iqtisadiyyatı var. Hər şey ölüb. İrəvan hesab edir ki, hazırda Zəngəzur dəhlizinin açılması daha çox Bakıya lazımdır. Ona görə də "yox” deməklə Zəngəzur dəhlizini alver predmetinə çevirmək istəyirlər”.

Rasim Musabəyov vurğulayıb ki, Naxçıvanla dəhlizin açılması məsələsi üçtərəfli bəyannamədə də öz əksini tapıb. Yəni, Naxçıvanla Azərbaycanı birləşdirən dəhliz olmalıdır:

"Bu avtomobil yoludursa, Qarints-Şahbuz yoludur. Bu yol sovetlər dönəmində də olub. Digər alternativ yol isə Mehridəndir. Onun da qarşısını "mız-mız”la almağa çalışırlar. Ortalıqda müəyyən resurslar mövcuddur. Erməniləri ağıla gətirmək üçün Azərbaycanın əlində müəyyən resurslar var. Birinci növbədə Rusiya bu yolun açılmasında maraqlıdır. Moskva sabitliyin qorunub-saxlanmasında da maraqlı olduğunu gizlətmir. Biz sülhməramlıların Azərbaycan ərazilərinə logistika daşınmasını çətinləşdirə bilərik”.

Deputatın sözlərinə görə, ermənilər çox "hoppanıb düşərsə”, Azərbaycanın Laçın dəhlizini də bağlaması mümkündür: "Təbii ki, bu gərginliyi artıracaq. Amma Ermənistanı ağıllandırmaq üçün Azərbaycan məcburiyyət qarşısında qalarsa, bu cür sərt addımları da ata bilər. Hələ ki, biz vəziyyətin bu cür ola biləcəyini göstərməyə çalışaraq Ermənistanı ağıllandırmaq yolunu tutmalıyıq. Həmin sərt addımları həyata keçirmək hələ ki, tezdir”.

Görünən odur ki, Naxçıvanla dəhlizin açılması və bölgənin ticari əlaqələrinin inkişafı üçün Zəngəzur dəhlizinin açılmasını çox gözləməyəcəyik. Ən azından burada Türkiyə və Rusiya amili də var. Rusiya öz for-postunun qulağını buraraq onu yola gətirəcək.

Türkiyə də Ermənistana qarşı müəyyən sərt tədbirlər almaqla İrəvanın Zəngəzur daşını ətəyindən tökəcək. Azərbaycanın Laçın dəhlizini bağlaması isə təkcə Ermənistanı yox, eləcə də Rusiyanı çətin vəziyyətə sala bilər. Bunu Kreml də, İrəvan da çox yaxşı anlayır.
 

Son xəbərlər

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bütün xəbərlər