Gündəm

Brüssel görüşü öncəsi İrəvan prosesi pozur: Ermənilər nəyə güvənir? - İNCƏLƏMƏ...

MUMtv.az: - Üçtərəfli İşçi Qrupun dekabrın 1-də Moskvada keçirilən iclasında razılaşmaları formalaşdırmaq mümkün olmayıb.

Bunu dekabrın 2-də “Azadlıq” radiosuna Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən deyib. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri faktiki olaraq Bakını Moskva görüşünü pozmaqda ittiham edib. “Biz yolları açmağa, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq.

Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilək, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”, – Qriqoryan bildirib. “Belə olan halda niyə tərəflər razılığa gəlmədi?” sualına Qriqoryan bildirib ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir. “Hesab edirəm ki, Azərbaycan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək elə bir siyasi iradə nümayiş etdirə bilməz”.

Xatırladaq ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu baş verməyib.

Maraqlıdır ki, Ermənistanın yenidən dəhliz məsələsindən boyun qaçırması nəyə hesablanıb? Brüssel görüşü öncəsi erməni tərəfi kimə güvənir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın güvənc yeri Qərbdir:

"Ümumiyyətlə, Soçi Bəyannaməsinin imzalanması və İşçi Qrupunun bundan sonra bu istiqamətdə müəyyən məsələləri həll edəcəyi deyilirdi. Həftə ərzində də bununla bağlı açıqlama veriləcəkdi. Amma İşçi Qrupunun iclasında Ermənistan prosesi pozub. Ermənistan tərəfi konkret olaraq, dəhlizdən imtina edir və bu məsələdə Qərbə güvənir. Çünki bəzi güclər Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ermənistan da buna uyğun davranış sərgiləyir. Baxmayaraq ki, hətta Rusiya Prezidenti Vladimir Putin də görüşdə dəhliz ifadəsini işlədib, bununla belə, Ermənistan dəhliz şərti ilə razılaşmaq istəmir. Ermənistan tərəfi köhnə Sovet yollarının işlənməsini önə çəkir”.

Ekspertin fikrincə, Ermənistanın bu imtinası Rusiyanın da maraqlarına cavab verir:

“Rusiya konkret olaraq məsələni uzatmağa çalışır. Amma Azərbaycan müəyyən təzyiqlər etməlidir. Bütün bunlara baxmayaraq, dəhliz məsələsi həllini tapacaq. 10 noyabr birgə Bəyannaməsinin 9-cu bəndində də dəhliz məsələsi var. Ermənistan prosesi uzatmağa çalışsa da, müəyyən danışıqlardan sonra Azərbaycanla dəhliz məsələsi üzrə razılaşacaq".

Son xəbərlər

Qeyri-adi məxluq alimlərin diqqətini çəkdi - FOTO

Oliqarx-başçı ilə bağlı qərar verilir… – Ramiz Mehdiyevin yadigarıdır…

Son bir ildə Azərbaycanda tibbi xidmətlər nə qədər bahalanıb? – Siyahı

İsrail Fələstin ərazisinin ən böyük hissəsini ələ keçirib

İlham Əliyev Cozef Baydeni təbrik edib

Laçının yenilənən Sus kəndi… - VİDEO

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə QƏRARLAR

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Bildiyiniz abidələrin – Bilinməyən tərəfləri

Şahzadə Harri kral ailəsi ilə barışmaq üçün üzr istəməlidir

"ABŞ-də buna görə müharibə olacaq" - Keçmiş Pentaqon rəsmisi

Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI? - Zabratın bitməyən "zibil dərdi"...

Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...

Prezident Pakistana səfər edəcək

Səbuhi Abbasov Mingəçevirdən namizəd olacağını açıqladı

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

Paşinyan ABŞ senatoru ilə sülh müqaviləsini müzakirə etdi

Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam” – Rahil Nəcəfovun cinayət işi // FOTO

Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA

"Aİ Ermənistan-Azərbaycan münasibətlərinə dəstək verməyə çalışır" - Səfir

Sabah 36 dərəcə isti olacaq

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmə oldu - VİDEO

İctimai nəqliyyatda həftəlik və aylıq kartlar tətbiq edilsin - TƏKLİF

Ali Məhkəmənin hakiminə yeni vəzifə verildi

İlham Əliyev Qazaxıstana səfər etdi

Ərdoğan Qazaxıstana getdi

Övladlarını vətənə qurban verənlər, övladlarına xaricdə lüks həyat yaşadan məmurların qapılarında boynubükük qalıblar - VİDEO

Bütün xəbərlər