Gündəm

Sahil Babayev üçün ARZUOLUNMAZ DÖNƏM... - İLGİNC İDDİALAR...

MUMtv.az: - Son illər dövlətimizə və dövlətçiliyimizə zərbə vuran, vətəndaşları dövlətdən narazı salan və korrupsiyaya bulaşmış xeyli sayda məmur vəzifəsindən uzaqlaşdırılıb.
Nəinki vəzifəsindən uzaqlaşdırılıb, hətta qanunusuz əmlakı müsadirə olunaraq həbs olunan məmurlar da az deyil.
Hansı ki, bir neçə il əvvəl, bu məmurlar az qala özlərini toxunulmaz hesab edirdilər.
Biz Gündəlik-Bakı olaraq dəfələrlə Ağcabədinin sabiq, Masallının işdən yenicə azad olunmuş, öz röyalarında Göyçayın icra başçısı olmaq yuxusunu görən, eks icra başçısı Şahin Məmmədovun əməlləri barədə yazmışıq.
Biz hətta Şahinin illər öncə mənsub olduğu dini təriqəti gizlətmək üçün media mənsubuna nə təklif etməsini də bilirik. Hətta mediada "yanıbalalı camış" söhbətidə eşidilmişdir.
Amma Gündəlik-Bakının dəst-xəttinə uyğun olaraq bizim üçün kiminsə etnik, dini, regional mənsubiyyəti deyil, dövlətə və dövlətçiliyə bağlı olması önəmlidir.
Məsələn, xeyli müddətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin minlərlə təqaüd alan vətəndaşları, təqaüddən məhrum etməsi və əvəzində yeni saxta taqaüdçülər ordusu yetişdirməsi barədə yazmışıq.
Deməli, sən minlərlə vətəndaşı, bu on minlərlə ailə üzvü deməkdir, dövlətdən narazı sal və əvəzində özün üçün saxta təqaüd biznesi qur.
Biz bunları yazanda başqaları kimi, Sahil Babayevin nənəsinin erməni olması, babasının hansı mövzuda kitab yazması barədə deyil, dövlətçiliyə zərbə vurması barədə yazmışıq.
Biz başqalarından fərqli olaraq Bərdə sakini olan təqaüdçünün nazirə müraciət edərək “Əgər pensiyamı kəssən, gedib qəbristanlıqda yatan nənən Lusiya Sergeyevna Munasyanın qəbri üstündə aksiya keçirəcəm” fikrini tirajlamamışıq.
Amma əvəzində cənab nazirin həkimlərlə əlbir olaraq saxta təqaüdçülər ordusu yaratmasını ciddi şəkildə təhlil edərək ortaya qoymuşuq.
Bir daha qeyd etmək istəyirik ki, bizim üçün nə Şahin Məmmədovun hansı dini təriqətə qulluq etməsi, nə də Sahil Babayevin nənəsinin erməni olması, Mirzə Melkumyanla qohumluğu maraqlı deyil.
Bizim üçün maraqlı olan hansısa təriqətə deyil, dövlətə qulluqdur.
Bəli, illər uzunu yazdıqlarımız öz təsdiqini tapır.
Və cənab Prezident İlham Əliyev Masallının icra başçısı Şahin Məmmədovu vəzifəsindən uzaqlaşdırdı.
Gündəlik-Bakının təhlili onu göstərir ki, Şahin Məmmədovu da həbs olunan və əmlakı müsadirə olunan icra başçılarının talehi gözləyir.
Gündəlik-Bakıya daxil olan digər məlumata görə, nazir Sahil Babayev də yaxın zamanda vəzifəsindən uzaqlaşdırılacaq.
Ümumiyyətlə, yaxın zamanda ölkədə ciddi kadr islahatlarının aparılması gözlənilir. //gundelik-baku.com//

Son xəbərlər

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM

Bu şəxslərə 2000 manat birdəfəlik yardım veriləcək

Kamal Kılıçdaroğlunun həbsi istənildi

Bu ölkə diplomatlarını İsraildən çıxardı

Ağdam rəhbərliyinin başdangetdi "quruculuq" işləri

Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi

“AzerGold” QSC-nin yeni istiqrazlarının ilk faiz ödənişi olub

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Bütün xəbərlər