Gündəm


Göyçay səhiyyəsində hərc-mərclik... - hamilə qadının başına elə oyun açdılar ki…

“Göyçay Rayon Mərkəzi Xəstəxanasında hərc-mərclik, korrupsiya, rüşvət, məsuliyyətsizlik pik həddə çatıb. Belə ki, həyat yoldaşım 1993-cü il təvəllüdlü Qafarova Günel Şahin qızını 28.06.2022-ci il tarixdə saat 12-30 radələrində keçirdiyi hamiləlik dövrü səbəbilə (hemotoma) ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsinə aparmışdım. İlkin qeydiyyatın ardınca onu xəstəxananın Ginekologiya Şöbəsinə yerləşdirdilər. Həkim müayinəsindən dərhal sonra USM müayinəsi məsləhət görülür və həyat yoldaşım Güneli həkimin kabineti ilə yanaşı olan USM müayinə otağına yönəldirlər”. Dia.az xəbər verir ki, bunu Reportyor.info-ya şikayət məktubunda Günel Qafarovanın həyat yoldaşı yazıb. Onun sözlərinə görə, saat 12:52 radələridir, xəstə ağrılardan və qanaxmadan qıvrıla-qıvrıla qalıb, lakin vəziyyətindən aslı olmayaraq otağın qarşısında növbə gözləməkdədir.

“Ardıcıl şəkildə dəfələrlə zəng edirəm, zəngimə cavab vermir. Nəhayət saat 14-30 radələrində etdiyim zəng zamanı mənə “Hələki USM otağında növbəmi gözləyirəm” dedi. Buna əsəbləşək telefonu söndürdüm, təcili olaraq özümü Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırdım. Birbaşa baş həkim Ləman Hacıyevayanın və direktor Yaşar Əhmədovun otağına girərək onlara öz iradımı bildirdim. Mənə bildirdilər ki, məsələni araşdırıb doktor Gülnarə Osmanova barəsində lazım olan tədbirləri görəcəyik. Ancaq mən, onların tədbir görəcəyinə ehtiyac duymadım. Çünki artıq neçənci dəfə idi ki, belə halların şahidi olmuşdum. Bu necə özbaşınalıqdır ki, saat 12-52 radələrindən UMS gözləyən ağır xəstən ta ki, 14-35 radələrində müayinəyə buraxılır”-məktubda qeyd olunub. Şikayətçi deyir ki, belə davranış Cinayət Məcəlləsinin 314-cü maddəsində göstərilən “Səhlənkarlıq” kimi qanunsuzluğa əsas verir: “Üstəlik də yataq şəraitində müalicə tövsiyə olunur. Bu azmış kimi, İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olan USM üçün 6 (altı) manat məbləğində pul (rüşvət) alırlar, mənim rəhbərliklə iradımdan sonra isə qorxuya düşərək həmin pulu geri qaytarırlar. Bildiyiniz kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci maddəsilə sabitdir ki, bu əməl “Rüşvət alma (passiv rüşvətxorluq)” hesab olunur.

Cənab Prezident! Yuxarıda qeyd etdiyim özbaşınalıqlar, rüşvət hallarının çoxalması xəstəxana rəhbərliyinin təcrübəsiz və ya məsuliyyətsizliyindən irəli gəlir. İndi Sizə, irəli sürdüyüm iddianı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə əsaslandıracağam. Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsində “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır”. Məlumunuz olsun ki, direktor Yaşar Əhmədov 2-ci qrup əlildir. ““Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı maddə 2.2. əsasən “İkinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın” qeyd olunmuşdur.

İcbari Tibbi Sığorta, yaxud da TƏBİB vakant yerə təyin edəcəyi yeni direktoru müsabiqə vasitəsi ilə seçə bilərdi. Axı Göyçay 120 000 (yüz iyirmi min) əhalisi olan bir rayondu və bəzi ətraf rayonlardan belə Göyçay Rayon Mərkəzi Xəstəxanasına xəstələr gəlməkdədir. Lakin olduqca maraqlı və eyni zamanda müəmmalı məsələdir ki, rayonumuzda heç də 2-ci qrup əlillik statusu olmayan, savadlı, idarəçilik sisteminə mükəmməl yiyələnmiş kadrlar kifayət qədər olduğu halda, 2-ci qrup əlil insanı rəhbər vəzifəsinə təyin edirlər. Sizcə də bu, qaranlıq məsələ deyildirmi? Aqibət isə xəstəxanada olan özbaşınalıqların artması ilə nəticələnmişdir.

Cənab Prezident! Sizdən Göyçay rayon sakini, ictimai fəal və ən əsası qanunsuzluqlarla üzləşən vətəndaş kimi çox xahiş edirəm, dr. Gülnarə Osmanovanın həyat yoldaşıma qarşı olan davranışı, rüşvət alması tərəfinizdən obyektiv araşdırılsın, bütün bu özbaşınalıqlara səbəb olan Yaşar Əhmədovun hansı müəmmalı yollarla rəhbər vəzifəsinə gəldiyi ortaya çıxarılsın.

Sizə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, haqq şikayətim tezliklə mənim də iştirakımla araşdırılacaq və tədbirlər görüləcəkdir”.

Tel: (055) 426 06 03
azerinfo.az

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər