Gündəm

"Atamı aparıb öldürdülər" - Mərkəzi Xəstəxananın həkimlərindən ŞİKAYƏT

MUMtv.az: - Rayon xəstəxanalarından şikayətlər bitmir.

Sonxeber.az-ın redaksiyasına daxil olan növbəti şikayət Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkimlərindəndir.

Belə ki, şikayətçi Quliyeva Pərvanə Məhərrəm qızı atasını həkimlərin öldürdüyünü iddia edir.

Onun sözlərinə görə, evdən aparıldıqda atasının vəziyyəti yaxşı olub:

"Şikayətim Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Faiq, Əziz və Aydın adlı həkimlərindən, eyni zamanda Zəfər adlı anestezioloqundadır. Atam Cəfərov Məhərrəm Abbasqulu oğlu dünyasını dəyişib. Bizi aldatdılar, dedilər ki, 5 günə sağaldıb gətirəcəklər. Atamı apardılar və heç ölüsünü də gətirmədilər. "COVİD-19"dan öldüyünü deyirlər, amma ortada nə analiz cavabı var, nə "COVİD-19" testi. Buzlaşmanın nə qədər olduğunu soruşmuşuq, cavab verməyiblər. Heç rentgen müayinəsi də etməyiblər. Evdən aparanda saturasiyası 72 idi. Bizə dedilər ki, xəstə yaxşıdır, heç nə yoxdur. Atamın vəziyyəti yaxşı olduğu halda evden çıxıb. O necə həkimdir? Nə ediblər ki, xəstəsinin alnında çapıq yaranıb, kürəyi şişib?!

Anam atamdan daha pis vəziyyətdə idi, amma sağaldı, atamı isə aparıb öldürdülər. Qardaşım Cəfərov Arzu Məhərrəm oğlu Əziz həkimə "Elə bil ki, o sənin atandır, mən də qardaşınam" deyərək ona düzünü deməsini xahiş edib. Buna baxmayaraq, atamın vəziyyətinin ağır olduğu barədə qardaşıma heç nə deməyiblər. Eşitdiyimiz yeganə söz o idi ki, xəstənin vəziyyəti yaxşıdır, orqanlarında irəliləyiş var".

Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu dərmanlarla bağlı XƏBƏRDARLIQ - Ölüm təhlükəsi yarana bilər - VİDEO

Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub - DETALLAR

Sonuncu erməni qrupu da Ağdərədən ÇIXDI

Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib... - Məhkəmə qərarının icrasına kimlər və necə mane olur?

Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Rusiyanın daxili işlər naziri İrəvanda

“AzerGold” QSC “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlayıb

Rəsmi Moskva münasibətlərin pozulmasına görə Paşinyanı günahlandırdı

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçildi

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

Azərbaycan XİN Makrona CAVAB VERDİ

Ordumuza məxsus "KamAZ" minaya düşdü - Qərargah rəisi və digər hərbçimiz şəhid oldu

"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilsin" - Deputat

Qənirə Paşayevanın SON DURUMU

Məmməd Əmin Rəsulzadənin nəvəsi insult keçirdi

“Azərbaycanlılarla heç bir problem yaşamamışam” - Xankəndinin erməni sakini

Ələzəpin yollarının "işi duaya" qalıb - VİDEO

Ermənilər Xankəndini də yandırır - FOTO

Türkiyədə zəlzələ oldu

Qarabağı tərk edən ermənilərin sayı AÇIQLANDI

Mirzoyan hindistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

"Məktəb illəri" - Təqdimat

İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO

İşləyən əlillərin bu hüquqları da VAR... - Diqqət!

Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO

Şəmkirdə bu məmuru durduran olmasa... - İTTİHAM VAR!

Gələn ilin büdcə layihələri Prezidentə təqdim ediləcək

Azərbaycan Ordusu Xocalıya daxil olub? - İDDİA

Proqnozlar Maliyyə Nazirliyini niyə "qəzəbləndirib"? - Korrupsiya, neftdən asılılıq, investisiya çatışmazlığı...

Heydər Əliyev adına Hərbi İnstitutu iə bağlı YENİ QƏRAR

Bütün xəbərlər