Gündəm

Göyçay səhiyyəsində acınacaqlı mənzərə
Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim qəbuluna düşməyin mümkün olmadığı bildirilir.
Bu barədə Gözətçiyə sözügedən rayonun sakini Elşən Süleymanov məlumat verib.

E.Süleymanov iddia edir ki, ətraf rayonlarda xəstəxanalar koronavirus pandemiyasına görə bağlanıb və həmin xəstəxanalarda ancaq COVİD-19 virusuna yoluxmuş insanları qəbul edirlər. "Buna görə də Ucar, İsmayıllı, Ağsu və Ağdaş rayonlarının əhalisi də Göyçay Rayon Mərkəzi Xəstəxanasına üz tuturlar. Göyçayın 100 mindən çox əhalisini nəzərə alsaq, adını çəkdiyim rayonların sakinlərini də əlavə etsək, bu xəstəxana yarım milyon əhaliyə xidmət göstərməlidir. Həmçinin xəstəxana 44 günlük Vətən müharibəsi zamanı yaralanmış əsgərləri də qəbul edir. Bütün bunlara görə xəstəxanaya müayinə və müalicə olunmaq çətinləşib.”

Şikayətçi deyir ki, xəstəxanada sıxlıq səbəbindən virusa yoluxmamaq üçün insanlar arasında saxlanılmalı olan bir metr yarım- iki metrlik sosial məsafə qaydalarına da əməl etmək mümkün deyil.

Elşən Süleymanov deyir ki, Rayon Mərkəzi Xəstəxanasının tabeliyindəki uşaq xəstəxanası da uzun illərdir fəaliyyət göstərmir. "Rayonun uşaq xəstəxanası, dəri-zöhrəvi dispanseri da mərkəzi xəstəxanaya birləşdirilib. İndiki şəraitdə uşaq xəstəxanasını bərpa etmək olar. Bu da xəstə sıxlığı ilə bağlı yaranmış çətinlikləri aradan qaldıra bilər. Buna görə əlaqədar dövlət qurumlarından xahiş edirik ki, Göyçay sakinlərinin təkliflərini nəzərə alsınlar.”

Gözətçi məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxladı. Qurumdan bildirilib ki, məsələ araşdırılacaq və əlavə məlumat veriləcək.

Hüquqşünas Murad Ağazadə hesab edir ki, əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindən və beynəlxalq öhdəliklərdən biridir. "Bu sahədə insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyətliliyidir.”

Hüquqşünas qeyd edib ki, "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə əhalinin sanitariya-epidemioloji salamatlığı dövlət sanitariya-epidemioloji xidmətinin nəzarəti altında bütün hüquqi və fiziki şəxslər tərəfindən gigiyenik, əksepidemik tədbirlər kompleksini həyata keçirməklə, qanunvericiliyə uyğun olaraq təmin edilməlidir.

Göyçay səhiyyəsində acınacaqlı mənzərə

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər