mumtv.az
mumtv.az

Göyçayda ilginc MƏMUR ÖZBAŞINALIĞI... - Nazirə müraciət olundu

8-10-2021, 09:32

Göyçayda ilginc MƏMUR ÖZBAŞINALIĞI... - Nazirə müraciət olundu


MUMtv.az: - Göyçay şəhəri Həbibi küçəsi ev 25 sakini 1-ci Qarabağ müharibəsi veteranı Mahmudov Elbrus Murad oğlu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Cənab Nazir, 2 aydır ki, sizə həm «Azərpoçt» həmdə elektron poçtu vasitəsi ilə şikayət ərizələri göndərirəm.Ancaq tərəfinizdən mənə heç bir cavab verilmədi, əksinə etdiyimiz haqlı şikayətlərə görə bizim özümüzü cəzalandırdılar. Olsun ki, məlumatınız yoxdur ona görə mətbuat vasitəsi ilə sizə müraciət etməyi qərara aldım.
Vəzifə səlahiyyətlərindən sui-istifadı edib mənim həyat yoldaşıma qarşı qanunszuluq etmiş vəzifəli şəxslərin barəsində Sizə şikayət ərizəsi ilə müraciət etmişdim.Çox təssüf olsun ki, hər şey əksinə oldu.Şikayət etdiyimiz üçün 29 sentyabr 2021-ci il tarixdə həyat yoldaşımın əmək müqaviləsinə qərəzli və qanunsuz olaraq xitam verildi. Baxmayaraq ki, buna heç bir qanunu əsas olmayıb.Həmin idarədə həyat yoldaşımdan başqa 13 nəfər əmək müqaviləsi ilə işləyir.Ancaq şikayət ərizəsi ilə mərkəzi orqanlara o cümlədən də sizə müraciət etdiyi üçün tək mənim həyat yoldaşımın əmək müqaviləsinə xitam verilmişdir.Bu açıq-aşkar qanunsuzluq və özbaşınalıqdır ki, müharibə veteranı ailəsinə, nöqsansız işləyən işçiyə qarşı ediblər.
Qeyd edim ki, mən 1-ci Qarabağ müharibəsində iştirak edib torpaqların azadlığ uğrunda qəhrəmancasına döyüşmüşəm.Buna görə mənə Qarabağ müharibəsi veteranı adı verilib.
Bildirirəm ki, həyat yoldaşım Mustafayeva Sevinc Soltan qızı Göyçay Peşə Hazırlıq Mərkəzində təlim -tədris Şöbəsinin böyük mütəxəsisi vəzifəsində işləyirdi. 2010 -cu ildən rayon İcra Hakimiyyəti məsləhət gördüyü üçün Məşğulluq Mərkəzi tərəfindən Göyçay Regional Peşə Tədris Mərkəzinə tədris istehsalat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2019 -cu ildə struktur dəyişikliyə görə yəni idarənin adı dəyişdirildiyi üçün həmin mərkəzdə direktor müavini vəzifəsində çalışmışdır.
15 aprel 2021- ci il tarixdə idarənin adı dəyişdiyi üçün həyat yoldaşımdan ərizə alıb işdən azad etdilər. 24 iyun 2021-ci il tarixdə Göyçay Peşə Hazırlıq Mərkəzində təlim tədris şöbəsinin böyük mütəxəsisi vəzifəsinə təyin olunub.
Həyat yoldaşım Sevin Mustafayevaya Peşə Departamentinin sdəri Fuad Mehdizadə və Kadrlar Şöbəsinin məsul vəzifəli əməkdaşı Rəna Şərifova təzyiqlər göstərirlər ki, ərizə yazıb işdən çıxsın.Əks təqdirdə onun barəsidə cinayət işi bşlanılması tədbiri ilə onu hədələyirdilər. Səbəb kimi qeyd edilir ki, qızın Rəvanə Mahmudova direktor müavini vəzifəsinə çalışdığın idarədə işləyib. Həyat yoldaşım isə onlara izah edib ki, mən həmin idarədə direktor müavini olmuşam mənim işə işçi qəbul etməyə səlahiyyətim olmayıb, qızım həmin xadimə vəzifəsinə "DOST" İş Mərkəzi MMC-nin əmək müqaviləsi əsasında təyin edilib ki, bütün bunlar sənədlərdə qeyd edilib.
Həyat yoldaşıma vəzifəsinin kiçildilməsi üçün ərizə yazmağa məcbur ediblər.Bundan sonra O, ərizə yazıb müvafiq işlə təmin edilməyini göstərib.Həmin ərizəni Kadrlar Şöbəsi tərəfindən verilən forma əsasında yazmışdır.Bundan sonra həyat yoldaşımı idarənin direktoru müavini vəzifəsindən kiçildib böyük mütəxəsis vəzifəsinə təyin etdilər.
Heç bir şəxs öz vəzifəsinin kiçildilməsi üçün ərizə ilə rəhbərliyə müraciət etməz.Bunu isə həyat yoldaşım Sevinc Mustafayevaya məsul məzifəli şəxslər Peşə Departamentinin sdəri Fuad Mehdizadə və Rəna Şərifova ediblər.
Həyat yoldaşım Sevinc Mustafayevanın bu barədə etdiyi şikayət ərizəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Daxili nəzarət və audit şöbəsində uzun müddətdir ki, araşdırma aparıldı.

Sonra nə baş verdisə həmin araşdırma sənədləri qanunsuz olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətinin Agsu regional ərazi şöbəsinin rəisinə göndərilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin Agsu regional ərazi şöbəsinin bu işi araşdırması qanuna müvafiq deyil həmin işin o idarəyə heç bir aidiyyatı yoxdur.
Buda onu deməyə əsas verir ki, şikayət ərizələrimiz obyektiv araşdırılmayıb, korrupsiya faktları ört-basdır edilib.Çünki barəsində şikayət etdiyim həyat yoldaşıma qarşı qanunsuzluq etmiş Peşə Departamentinin sdəri Fuad Mehdizadənin təsir gücü böyük olduğu üçün qanunlar ayaqlar altına salınaraq tapdanıldı. Nəticədə də şər qüvvə korrupsiyaya qurşanmış vəzifəli şəxs qalıb gəldi.
Ulu öndər Heydər Əliyev deyib ki, "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə"
Bəli belədə oldu günahkar Peşə Departamentinin sdəri Fuad Mehdizadə cəzasız qaldı, həyat yoldaşımın isə günahı olmadan işdən qanunsuz çıxarılmaqla cəzalandırldı.
Xüsusi olaraq qeyd edim ki, həyat yoldaşımın şikayət ərizəsi üzrə daxili audit şöbəsində aparılan araşdırma zamanı tələb olunan sorğuya Göyçay Peşə Hazırlıq Mərkəzinin direktoru Bəhmən İmranovun 06 sentyabr 2021-ci il tarixli məktubu Fuad Mehdizadənin və Rəna Şərifovanın korrupsiya cinayətlərini tam subut edib.Həmin məktubu sizə göndərmişəm və mətbuatda nümayiş etdirirəm.
Biz gözləyirdik ki, şikayət ərizəmiz obyektiv araşdırılacaq vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya əməlləri ilə məşğul olan şəxslər barəsində qanunu tədbirlər görüləcək.
Ancaq hələdə şikayət ərizəmizə baxmayıblar heç bir qərar çıxarılmayıb.Şikayət etdiyimi üçün əksinə bizim özümüzü cəzalandırdılar.

Mən buna görə stress keçirirəm narahat oluram. Mənim həyat yoldaşım Sevinc Mustafayevanın əmək müqaviləsinə heç bir qanunu əsas olmadan qərəzli olaraq xitam verilmişdir.Həyat yoldaşım heç bir qanun pozuntusuna yol verməyib.
Həmin idarədə fəaliyyətində ciddi nöqsanlara yol verən işçilər var ki, onlar gözün üstə qaşın var deyən yoxdur.Əksinə onların vəzifəsi dahada artırılır, əmək müqavilılərinə xitam verilmir.
Korrupsiya cinayətinə görə həbs edilmiş 8 saylı Ekologiya və Təbi Sərvətlər İdarəsinin əməkdaşı Mübariz Hacıyevin oğlu Röyal Hacıyev Göyçay Peşə Hazırlıq Mərkəzində baş mühasib vəzifəsinə təyin olunmuşdur.
Həmçinin Göyçay Peşə Hazırlıq Mərkəzinin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbə müdiri Qoşqar Həsənov uzun müddət ünvanlı sosial yardım almasına baxmayaraq onu bu vəzifəyə təyin ediblər.Qoşqar Həsənovun qanunsuz olaraq dəfələrlə işə gəlməməsi barədə sənədlər var. Həmin işə davamiyyət tabelinin çəkilmiş fotoşəklini mətbuatda nümayiş etdirirəm.Ancaq bu qanun pozuntusuna görə heç kəs cəzalanmayıb.
Həmçinin ezamiyyə sənədi olmadan iş günlərində iş saatlarında qanunsuz olaraq tədbirlərdə iştirak edir.
Bu korrupsiya cinayətidir ki, araşdırılmasına zərurət var.Bütün bunlar subut edir ki, Məşğulluq Agentliyində qanunlar yox qaydalar işləyir.Şikayət edən cəzalandırlır qanun pozub baş əyənlər isə irəli çəkilir.
Göyçay Peşə Hazırlıq Mərkəzində nöqsanlı işləyən şəxslərin əmək müqaviləsinə xitam verilmədi ancaq şikayət etdiyi üçün həyat yoldaşımın əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir.Bu qanunsuzluq, özbaşınalıqdır ki, Peşə Departamentinin sdəri Fuad Mehdizadənin diktəsi ilə edilmişdir.Fuad Mehdizadə keçmiş nazir Sahil Babayevin kadrı olmaqla onun çirkin oyunlarını hələdə davam etdirir.
Peşə Departamentinin sdəri Fuad Mehdizadənin və Rəna Şərifovanın vəzifə cinayətləri törətmələri subut olunub onlar cəzalanmaq əvəzinə mənim həyat yoldaşım cəzalandırıldı.
Cənab Nazir xahiş edirəm sizə yazdığım şikayət ərizələrini şəxsən oxuyub qanunu və təsirli tədbirlər görəsiniz, həyat yoldaşım Sevinc Mustafayevanın əvvəlki işinə bərpa olunmasına dair ədalətli qərar çıxarasınız, vəzifə səlahiyyətlərindən sui-istifadə edib özbaşınalıqla məşğul olan Peşə Departamentinin sdəri Fuad Mehdizdənin barəsində ciddi tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA