Gündəm



MUMtv.az: - Göyçay rayonu Qarayazı kənd sakini hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu tərəfindən GundemXeber.Az-a ilginc müraciət daxil olub. Loğman bəyin redaksiyamıza ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

"Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin törətdiyi cinayətə görə məni şərləyib həbs ediblər. Bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlamışam.
Mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur. Həmin pulları mən yox icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlarım var.
Mən 2015-ci il tarixdə Göyçay rayon Sanitar-Təmizlik idarəsinin rəisi vəzifəsinə təyin edilmişəm.
Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.
Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb.
Əgər istintaq düzgün aparılarsa bu subut olunacaq. Çünki çoxlu sayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay rayon Sanitar-Təmizlik idarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza ediblər. Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü edib. Bu cinayətləri birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər.Onlar isə hazırda qorxularından susublar. Ancaq ortada konkret subutlar var.
Mən Mehdi Səlimzadənin bu işə son qoymasını təkidlə tələb etdim deyə məni qanunsuz işdən çıxartdı. Hətta mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim. Ağdaş rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.17 sentyabr 2021-ci il tarixdə cinayət işim üzrə hazırlıq məhkəməsi keçirildi.Mən məhkəmə hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başlamağımı elan etdim.
Bir daha mətbuat vasitəsi ilə elan edirəm cinayət ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlar var. Bu gün həbsdə mən yox Mehdi Səlimzadə olmalıdır.
Həmin pullar isə hazırda sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsi ilə Mehdi Səlimzadəyə çatdırılıb. Bundan əvvəl isə onun pul yığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi. Aralarında pula görə narazılıq oldu deyə onu uzaqlaşdırdı. Mehdi Səlimzadənin bütün fəaliyyəti ağır cinayətlərlə doludur.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciət edib xahiş edirəm, məni qanunsuz həbs ediblə,r mənim şikayətimi obyektiv araşdırın törətdiyi ağır cinayətə görə həbsdə Mehdi Səlimzadə özü olmalıdır."//GUNDEMXEBER.AZ

Son xəbərlər

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Bütün xəbərlər