Gündəm
Gündəm / Cəmiyyət / Hadisə / Səhiyyə
Zaqatalada qadının reanimasiyada ölməsi ilə bağlı cinayət işi başlanıldı
Zaqatala rayonun Çökək kənd sakini 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə "MUMtv.az"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.