Gündəm

  

Ekspert deyir ki, dünyada gedən proseslər fonunda Rusiyanın Cənubi Qafqazdan vurulub çıxarılması və onu burada NATO-nun əvəzləməsi  mümkündür, amma...

İlin əvvəlindən başlayaraq, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı proseslər davam etdirilir. Düzdür, İrəvanın “Fransa” meydanında var-gəl edən revanşistlər ara-sıra “Ermənistanda türklərə yer yoxdur” kimi sarsaq şüarlar da bağırırlar, amma Türkiyə ermənilərin tarix boyu bütün etdiklərinə rəğmən növbəti dəfə Ermənistana şans verməkdə qərarlıdır.
Xəbər verildiyi kimi, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - Serdar Kılıçla Ruben Rubinyan arasında növbəti görüş olub və görüşdə iki ölkə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına razılıq verilib. Hələ ki bu anlaşmanın hansı həddədək reallaşacağı bəlli deyil, hər hansı təxribatçı addımların olması da istisna deyil, hər halda, erməni tərəf anlaşmaları pozmaqda mahirdir, öz xeyirlərinə olsa belə...
Bu arada Ermənistanda sensasion iddialar yayılıb. Erməni politoloq Qarnik Davtyan iddia edir ki, Nikol Paşinyan iqtidarı sensasion addımlara hazırlaşır. “Ermənistan hakimiyyəti şok plan üzrə hərəkət edir. Bəzi mötəbər mənbələrdən aldığım məlumatlara əsasən, yaxın vaxtlarda Nikol Paşinyan Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılması barədə Kremlə nota göndərəcək. Bundan sonra baş verənlər isə həqiqətən də bütün dünya üçün şok effekti yaşadacaq. Nikol Paşinyanın hazırda qarşısında duran əsas vəzifə Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılmasıdır. Buna nail olduqdan sonra Ermənistana NATO qüvvələrinin hərbi bazası dəvət olunacaq. NATO isə bu işi Türkiyəyə həvalə edəcək. Ankara elə Gümrünün özündə hərbi baza yerləşdirəcək”.
Ermənistanda erməni namusunu qoruyan vahid - 102-ci rus hərbi bazası  (ARAŞDIRMA)
Ermənistanın “Hayeli” nəşri isə yazır ki, əslində Rusiyanı Türkiyə və Azərbaycanla münasibətlər daha çox maraqlandırır: “Bunun bir neçə səbəbi var. Əvvəla, Moskva Azərbaycanın davranışı ilə yanaşı Türkiyə amilini də nəzərə alır. Və bu gün Türkiyə və Azərbaycan Rusiya-Ukrayna münaqişəsində bir-birini tamamlayan mövqe tutmaq qərarına gəliblər. Beləliklə, Ankara öz silahlarını Ukraynaya aktiv şəkildə satır, eyni zamanda Rusiyaya qarşı sanksiyalar siyasətinə qoşulmur. Ankara bir neçə problemi eyni vaxtda həll etmək üçün Finlandiya və İsveçin NATO-ya üzv olmasını əngəlləyir. O, Qərbdəki Suriya kürd hərəkatını qeyri-legitim etməyə çalışır. Eyni zamanda Ankara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin üçün necə tərəfdaş olduğunu öyrənməkdən ötrü Moskvaya mesaj göndərir. Bununla da Ankara Azərbaycan üçün, xüsusilə Qarabağ, dəhliz məsələsində daha müsbət şərtlərə nail olur. Ən əsası isə Bakının Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq imkanlarını artırır. Xüsusilə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mövqeyi ilə Bakı belə imkanı olmayan Ermənistandan fərqli olaraq Qərbdəki imicini artırır. Bundan sonra Qərb Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün İrəvanın deyil, Bakının maraqlarını nəzərə alan gündəliyi təklif edir. Buna Rusiya-Qərb münaqişəsini də əlavə etsək, Bakı Moskva ilə siyasi alverə girməkdən əlavə bonus alır. Ermənistana gəlincə, Nikol Paşinyanın israrlı səyləri sayəsində Ermənistan maraqları o qədər də nəzərə alınmayan siyasi futbol topuna çevrilib”. Nəşr qeyd edir ki, bu halda Azərbaycan-Türkiyə tandeminin qarşıdakı dövr ərzində Ermənistan üzərində təsiri artacaq. Hətta iş o yerə gəlib çata bilər ki, Ermənistanın təhlükəsizliyi elə Azərbaycan-Türkiyə tandeminə həvalə edilsin. Məsələ burasındadır ki, Bakı və Ankaranın rəhbərliyi ilə yeni regional geosiyasi konfiqurasiyanın qurulması prosesi gedir. Regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandemi ilə davam edəcək yeni regional düzənin başlanğıcı Ermənistanda da sezilir. Bu da perspektivdə Ermənistanın Azərbaycan-Türkiyə tandemi ilə sıx əməkdaşlığını, bundan başqa çıxış yolunun olmamasını qaçılmaz edir. Erməni politoloqunun Rusiya qoşunlarının Ermənistandan çıxarıla biləcəyi ilə bağlı iddiası indilikdə real görünməsə də, “Ermənistanın təhlükəsizliyi Azərbaycan-Türkiyə tandeminə həvalə edilə bilər” iddiası maraq doğurur. Hər iki iddia barədə ekspertlərimizin fikirləri fərqlidir.
Qafar Çaxmaqlı: “Zəngəzur dəhlizi gələcək nəsillərə buraxacağımız ən böyük  hədiyyəmiz olacaq”
Qafar Çaxmaqlı 
Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Gümrüdəki Rusiya hava bazasının çıxarılması ilə bağlı Ermənistanda səsləndirilən fikirlər yeni deyil: “Bu, daha çox Rusiyanın bəzi məsələlərdə Ermənistanı dəstəkləməsinə hesablanırdı. Dünyada gedən proseslər fonunda Rusiyanın Cənubi Qafqazdan vurulub çıxarılması və onu burada NATO-nun əvəzləməsi  mümkündür. Amma Rusiya o qədər zəifləməlidir ki, buna müqavimət göstərə bilməsin”. Q.Çaxmaqlının sözlərinə görə, indi Rusiyanı buradan çıxarmaq çox da asan görünmür: “Bazaya Türkiyənin hava qüvvələrinin yerləşdirilməsi isə yalnız Alyansın iradəsindən asılı deyil. Üstəlik, Ermənistan rəhbərliyinin də bunu həll etmək gücündə olmadığını nəzərə almaq lazımdır. Bu məsələnin ortaya atılmasının arxa planında Ermənistanın bölgədəki maraqlarından bəzilərini təmin etmək kimi siyasi gediş dura bilər. Bu, daha çox Qarabağla bağlı dəyişməsi gözlənilən durumla bağlı ola bilər. Ermənistanın baza məsələsini gündəmə daşıması gizli planların olduğundan xəbər verir”.
Müdafiə Nazirliyi yaxın zamanda müəyyən məlumatlar verəcək” - Üzeyir Cəfərov
Üzeyir Cəfərov
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə bu iddiaların əsasının olmadığı qənaətindədir: “Zaman-zaman erməni siyasi və hərbi analitiklərimi deyək, ya ekspertmi adlandıraq, onlar bəzi ”maraqlı fikirlər və ideyalar" səsləndirirlər ki, ilk baxışdan kənardan bir qədər maraqlı görünür. Amma məsələnin dərinliyinə və ciddiliyinə bir qədər diqqət edəndə isə o “fikir və ideyalar”ın, sadəcə, diqqəti cəlb etmək üçün deyildiyinin şahidi olursan. Sonuncu, guya Rusiyanın öz qoşunlarını Gümrüdən çıxaracağı ilə bağlı Nikol Paşinyanın tələb irəli sürəcəyi ilə bağlı fərziyyələr də, sadəcə, fantastik bir romanın süjeti təsiri bağışlaya bilər. Və ardınca da guya Türkiyə qoşunlarının Ermənistanda yerləşdiriləcəyi ilə bağlı sərsəm fikir isə lap “şedevr” fantastikadır". Ü.Cəfərov Rusiya ilə Ermənistan arasında imzalanmış müqavilələrə istinad etdi: “Əvvəla, Rusiya qoşunları 2049-cu ilə qədər Gümrüdə qalmaq üçün mandat alıblar. Nəzəri baxımdan mümkündür ki, bu tarixdə aşağı-yuxarı hər hansı dəyişikliklər olsun. Amma onların yerinə guya Türkiyə ordusu yerləşdiriləcək sərsəm fikri və ideyası, sadəcə, gülüş doğurur. Bunun reallaşması üçün ən azından bir əsrdən çox vaxt lazım olacaq. Bu adam özü erməni olsa da, yəqin bu sözləri deyəndə tamam başqa fiziki halda olub. Ermənistanda Türkiyə əsgəri?! Bu, fantastika yazan yazıçının da ağlına gələ bilməyən bir məqamdır. Sadəcə, gündəmə gəlmək və belə sərsəm ideya ilə çıxış etmək ermənilər üçün adi bir davranış qaydasına çevrilib. Ona görə də, məncə, biz bu cür sərsəm fikirlərə o qədər də əhəmiyyət verməsək, daha yaxşı olar”. Bununla belə, polkovnik Cəfərov qeyd etdi ki, bölgədə yaxın dönəmlərdə çox ciddi dəyişikliklər olacağı hamıya bəllidir: “Ermənistan da bu proseslərdən kənarda qala bilməz və qalmayacaq. İndiyə kimi görmədiyimiz və inanmağı çətin olan siyasi-iqtisadi və hətta hərbi mənzərədə çox ciddi hadisələrin şahidi olacağıq. dünya da dəyişir, zaman da sürətlə bir sıra məsələləri tezləşdirir. Ona görə də Ermənilər bu yolla guya öz gələcəklərini dilə gətirməklə, həm də bir az erməni hiyləgərliklərini işə salıb ətrafdakıların reaksiyasını və fikirlərini öyrənməyə cəhd edirlər. Ermənistanın indiki və gələcək rəhbərliyi də onun fərqindədir ki, regionda nələr olacaq və ermənilər də seçimi düzgün etməlidirlər. Subyektiv fikirlərim də olsa deyə bilərəm ki, bölgədə baş verəcək ciddi dəyişikliklərin fonunda ola bilsin Rusiya qoşunları Ermənistandan daha tez çıxsınlar. Bunu isə biz yaxın illərdə daha aydın və açıq şəkildə görə və hiss edə bilərik. Amma Türkiyə əsgərinin yaxın on illiklərdə İrəvanda olması kimi fikirlər, sadəcə, boş və mənasız sözlərdir”.

Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi Tural İsmayılov isə əmindir ki, Ermənistanın geostrateji mövcudluğu artıq birbaşa Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir: “Bununla bağlı bir çox versiyalar və iddialar səslənir. Lakin mənə görə beş önəmli faktor var ki, bu, Ermənistanın Azərbaycan-Türkiyə tandeminə tabe olacağını söyləməyə əsas verir: birincisi, regiondakı əsas güc faktoru olan və Ermənistana forpost kimi yanaşan Rusiya Azərbaycan və Türkiyə ilə pandemiya və müharibə sonrası geniş əlaqələri dərinləşdirərək yeni siyasi və iqtisadi dividentlər arzu edir ki, bu halda Ermənistandan da istifadə etməyə çalışaraq ondan sabotaj üçün yararlanmaya bilər; ikincisi, Ermənistan özəlliklə 44 günlük savaşda aldığı məğlubiyyətdən sonra böyük kapital itkisi ilə üzləşib. Nə lobbi, nə də Rusiya bu prosesdə hansısa bir formada Ermənistana əvvəlki kimi maliyyə yardımları etməyəcək; üçüncüsü, Azərbaycan-Türkiyə tandeminin bütün təxribatlara rəğmən Rusiya ilə bir çox sahələrdə əməkdaşlığı və rəsmi Moskvanın indi buna hər zamankından daha çox ehtiyac duymağı Ermənistanın tabeçiliyi ilə nəticələnəcək; dördüncüsü, Ermənistanda yaşanan kəskin demoqrafik böhran ölkənin blokadadan çıxmağını zəruri edir; nəhayət, beşincisi, Ermənistan gec-tez anlayır ki, bu gün qlobal güc olan Azərbaycan və Türkiyə faktoru ilə razılaşmaqdan başqa yol yoxdur”. Ona görə də T.İsmayılov hesab edir ki, çox uzaq olmayan gələcəkdə Ermənistanın Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşacaq: “Ermənistanın təhlükəsizliyinin Azərbaycan-Türkiyə tandeminə bağlı olmağı indiki situasiyada realdır. Lakin Rusiya qoşunlarının Gümrüdən çıxarılması və NATO ilə əvəzlənməsi, sadəcə, boş və cəfəngiyyatdır. Ermənistan bunu edə biləcək siyasi iradəyə və nüfuza malik deyil”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”

Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər