Gündəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən rusiyalı həmkarı Vladimir Putinlə danışıb. Bir gün əvvəl isə Türkiyə lideri ilə Ukrayna dövlət başçısı Zelenski arasında telefon danışığı olmuşdu. Liderlər nümayəndə heyətlərinin İstanbul görüşünü və proseslərin gələcək perspektivlərini müzakirə ediblər. MUMtv.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ankara tərəflər arasında vasitəçi olmaqda, onları diplomatiya masası arxasına gətirməkdə və müharibəyə son qoymaqda israrlıdır:

"Savaşın bitməsinin Türkiyəyə vəd etdiyi dividentlər bəllidir. Yəqin ki, yaxın vaxtlarda prezidentlərin görüşü ilə bağlı razılıq əldə olunacaq. Amma bu, Qərb üçün arzuolunan deyil. İndi həm də Türkiyə ilə Qərb arasında mübarizə gedir. Qərb ölkələrinin tərəfləri cilovlamaq əvəzinə, Rusiyanı daha da aqressivləşdirmələri, Ukraynanı silahlandırmaları bunu deməyə əsas verir. Kremlə tətbiq olunan sanksiyaların məqsədi müharibəyə son qoymaq yox, həmin dövləti zəiflətməkdir. Bu müddət ərzində Ukraynanın nə qədər zərər görəcəyi isə ABŞ və müttəfiqlərini maraqlandırmır”.

Müsahibimiz deyib ki, Qərb müharibənin davam etməsi üçün çox şey etməyə hazırdır:

"Bu mənada Türkiyəyə təzyiqlərin artması ilə yanaşı, yaxın günlərdə süni formada savaşın daha fəal fazasının başlanması da mümkündür. Bu nöqteyi- nəzərdən Vaşinqtonun Kiyevə dəstəyinin artması da istisna deyil. Moskva zəiflədiyini, döyüş şəraitinə nəzarəti itirdiyini gördükcə qıcıqlanacaq, soyuqqanlı düşünmək istəməyəcək. Beləliklə, sülh ehtimalı aşağı düşəcək. Bu mənada proseslər Türkiyənin, yoxsa Qərbin daha cəld tərpənəcəyindən, hansının daha effektiv addımlar atacağından asılıdır.

Bütün hallarda müharibəyə ən qısa vaxtda son qoyulması və Qərbin planlarının puç olması ehtimalı daha çoxdur. Çünki birincisi, savaşın uzanması nə Moskvaya, nə də Kiyəvə sərf edir. İkincisi, Türkiyə hər iki tərəflə yaxşı münasibəti olan, "dil tapan" və etibar qazanmış, bəlkə də, yeganə ölkədir. Yəni Putin də, Zelenski də Ərdoğanın çağırışlarına etinasız yanaşmaq istəməzlər. Üçüncüsü, Türkiyə NATO-nun əsas üzvlərindən biridir. Alyans daxilində Ankara ilə hesablaşırlar. Bir sözlə, yaxın həftələr həlledicidir. Proseslər artıq təkcə Rusiya ilə Ukrayna arasında müharibə yox, həm də Qərblə Türkiyənin mübarizəsidir”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər