Gündəm

Sülh sazişi yaya qədər imzalanacaq? - GƏLİŞMƏ


Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlərin qurulması üçün ilk addımlar yanvarın 20-nə qədər atılacaq.

Türkiyə KİV-lərində yer alan xəbərlərə əsasən, Ankarada Ermənistanla münasibətlərin qurulması məsələləri ilə məşğul olacaq işçi qrupun 2022-ci il yanvarın 20-nə qədər formalaşacağı gözlənilir. İki ölkə arasında münasibətlər qurmaq üçün tərəflər 2022-ci ilin may ayına qədər üçmərhələli yol xəritəsi işləyib hazırlayacaq. 2022-ci il yanvarın 15-dən başlayaraq işçi qrup və katiblik formalaşacaq, bu katiblik birbaşa Paşinyanla işləyəcək.

İrəvan Türkiyə ilə əlaqələri olan şəxslərin sırasından xüsusi nümayəndə təyin etməyi və işçi qrupunun üzvlərini seçməyi planlaşdırır. Xüsusi nümayəndələr tərəflər arasında konsensus əldə olunduqdan sonra elan ediləcək.

Məlumatlara əsasən, Türkiyə və Ermənistan arasında ilk növbədə çarter reysləri başlayacaq. Azərbaycan-Türkiyə-Naxçıvan dəhlizinin açılması da danışıqlar masasının əsas gündəmini təşkil edir. Ankara bu dəhlizin təxminən may-iyun aylarında açılmasını istəyir.

Üçüncü mərhələ isə iqtisadi münasibətlərdir. Bu məsələdə hadisələrin iyul ayından başlayaraq inkişaf edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin qurulması üçün xüsusi nümayəndələrin təyin ediləcəyini, çarter reyslərinin başlayacağını açıqlamışdı.

Nazir həmçinin, rəsmi Bakının İrəvanla əhatəli sülh sazişi ilə bağlı çağırışları xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb: “Bu çağırışlar məsələyə Azərbaycanın da, Türkiyənin da yanaşmasını əks etdirir. Bizim niyyətimiz bəllidir. Azərbaycanın bir məqsədi olub, o da Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarını geri qaytarmaqdır. Nəticə olaraq sülh sazişinə çağırış edən məhz Bakıdır, Azərbaycanın mövqeyi nəzərə alınır".

Həmin vaxta qədər Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanması mümkündürmü?

DİA.AZ xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, son zamanlar Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində addımlar müşahidə edilir:

“Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu da açıqlama verib. İki ölkə arasında üçmərhələli yol xəritəsinin hazırlanması da olduqca mühümdür. Bu isə bir sıra istiqamətləri özündə ehtiva edir. Tərəflər arasında gələn ilin may ayına qədər üçmərhələli yol xəritəsinin hazırlanması ehtimalı gündəmdədir. Həmçinin, o vaxta qədər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına dair böyük ümidlər var. Eyni zamanda, Türkiyədə yaşayan ermənilərin də Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı açıqlamalarını görürük. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə-Naxçıvan dəhlizinin açılması gündəmdədir. Bununla bağlı isə Soçi və Brüssel görüşlərində nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasının əhəmiyyəti vurğulanıb”.

Həmsöhbətimiz deyib ki, daha əvvəlki illərdə də Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması gündəmə gəlmişdi: “Lakin həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı üçün bu proseslər reallaşmadı. Hazırda isə Azərbaycan və Ermənistan arasında müharibə bitib. Üstəlik tərəflər arasında sülh müqaviləsinin imzalanması gündəmdədir. Ona görə də Türkiyə də Ermənistanla münasibətlərini normallaşdıra bilər. Təbii ki, mövcud vəziyyətdə Türkiyə-Ermənistan münasibətlərinə olan addımlar rəsmi Bakı ilə uyğulaşdırılmış şəkildə həyata keçirilir. Türkiyənin xarici işlər naziri məhz bu barədə də açıqlama verib. Düşünürəm ki, indiki proseslər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına böyük ümidlər yaradır. Azərbaycan Prezidenti İlham Əliyev də Brüsseldə İspaniya mətbuatına müsahibəsində də Ermənistanla sülhə hazır olduğumuz geniş şəkildə vurğuladı”.

Politoloq əlavə edib ki, erməni siyasətçilər də revanşist fikirlərindən əl çəkməlidirlər: “Hər iki dövlət qonşudur. Ona görə də münasibətlərimizdə daha çox iqtisadi prioritetlərin əsas götürülməsinə və məsələlərə xalqların rifahını düşünərək inkişaf zəminində baxmağa sövq edir. Onlar revanşist fikirlərindən əl çəkməli və nəticəyönümlü düşünməlidirlər. Fikrimcə, birgəyaşayışın ilkin konturları müəyyənləşməli və müharibəyə hazırlaşmaq meyillərindən daha güclü olmalıdır. Yalnız bu halda sülhün dayanıqlılığı bərqərar olar”.

Son xəbərlər

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bütün xəbərlər