Gündəm

AZƏRBAYCANDAN XARİCƏ ARPA DAŞINIR – “İrana və onun üzərindən İraqa ixrac edirlər...”

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası son həftələr Azərbaycandan qanunla qadağaya baxmayaraq, kütləvi şəkildə arpa şıxarılması ilə bağlı bəyanat verib.

AzPolitika.info-ya daxil olan bəyanatda deyilir:
Məlumdur ki, qlobal ərzaq bazarında gedən bahalaşma, həmçinin Ukraynada başlayan müharibənin bu prosesə artırıcı təsiri dünya ölkələrinin ərzaq təhlükəsizliyi məsələsinə diqqətini qat-qat artırıb. Beynəlxalq qurumlar böyük həyəcanla payız aylarından etibarən qlobal səviyyədə ərzaq çatışmazlığı və ciddi böhran xəbərdarlıqları səsləndirməkdədirlər.
Azərbaycan hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmən üçün minimum istehlak səbətinə daxil olan ərzaq məhsullarının, onların istehsalında istifadə olunan xammalların ölkədən ixracını məhdudlaşdırıb. Lakin bir sıra işbazlar bu məhdudiyyətdən yayınmaq üçün müxtəlif yollara əl atırlar. Bunlardan biri də dənli bitkilərin doğranaraq emal məhsulu adı altında kütləvi ixracıdır.
Quşçuluk sektoru da, heyvandarlığın digər sahələri kimi, yem təchizatında böyük ölçüdə idxaldan asılıdır. Buna görə də dünya bazarında baş verən proseslər quşçuluq təsərrüfatlarının yem təchizatında əksini tapır. Son aylarda Ukraynadan buğda, qarğıdalı, günəbaxan yağı ixracının dayanması, Rusiyanın ixraca kvota və əlavə rüsumlar tətbiq etməsi, digər ixracatçı olan Qazaxıstanın da kvotalaşamaya getməsi, həmçinin digər səbəblərdən dünya bazarında taxılın qiyməti kəskin yüksəlib. Bundan əlavə, Rusiya rublunun məzənnəsindəki möhkəmlənmə qiymətləri daha da yüksəldib. Bu bahalaşma fonunda quşçuluq müəssisələri yem tələbatının ödənməsi üçün yerli istehsal olan arpadan istifadəni genişləndirməyə çalışır. Lakin son həftələrdə biz maraqlı faktla üzləşmişik: ölkədə arpa tapmaq demək olar ki, mümkün olmur.
Araşdırmalarımız zamanı məlum oldu ki, arpanın dən formasında Azərbaycandan ixracına qoyulan qadağadan yayınmaq üçün bir sıra işbazlar onu xırdalayaraq kütləvi şəkildə qonşu ölkələrə, xüsusilə də İrana və onun üzərindən İraqa ixrac edirlər. Bu ixracı rəsmi statistikadan da izləmək mümkündür. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 2021-ci ilin ilk 3 ayında Azərbaycandan xaricə 1 kq belə “Digər arpa” ixrac olunmadığı halda, 2022-ci ilin eyni dövründə 17427,84 ton belə məhsul ixrac edilib.
Qısa bir araşdırmadan sonra biz aydınlaşdırdıq ki, dən şəklində arpa ixracı qadağan olunduğuna görə işbazlar onu kiçik qırıntılara bölərək, “emal sənayesi məhsulu” adı altında Azərbaycandan çıxarırlar. Halbuki emal sənayesi məhsulu üçqat emaldan keçmiş məhsullar hesab olunur.
Bildiririk ki, hazırda quşçuluq təsərrüfatlarında yem təchizatı ilə bağlı ciddi problemlər var. Yerli istehsal məhsulu olan arpanın kütləvi şəkildə ixracı bizim problemlərimizi daha da kəskinləşdirir. Biz eyni halın yaxın günlərdə buğda, qarğıdalı və çovdarla bağlı da yaranacağını gözləyirik. Buna görə də Azərbaycan Respublikasının Baş nazirinə, iqtisadiyyat və kənd təsərrüfatı nazirlərinə müraciət edərək bu ixracın qarşısının alınmasını xahiş etmişik.
İnanırıq ki, adıçəkilən qurumlar yerli istehsalçıların əsaslı narahatlığını düzgün qiymətləndirməklə müvafiq addımların atılmasını təmin edəcəklər.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər