Gündəm
Gündəm / Dünya
"Ukraynada 30%-dən çox torpaqlarda əkin olmayacaq" - BMT
Ukraynada Rusiyanın başlatdığı müharibə səbəbindən kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu bu il taxıl əkmək üçün yararlı olmayacaq.
"MUMtv.az" xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin bəyanatında deyilir ki , əsas səbəblər aktiv döyüş əməliyyatları, eləcə də tarlalarda qalan çoxlu sayda mina və digər sursatlardır.
Hesabatda "Kənd təsərrüfatı sahələrinin 30%-dən çoxu buğda, arpa, günəbaxan və qarğıdalı üçün istifadə olunmayacaq. Davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər, çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı Ukraynadan və Rusiyanın ixracından asılı idi",- deyə qeyd olunub.