Gündəm

Buğdanın qiymətinin artmasının səbəbləri - qlobal bazarlarda gedən proseslərin pərdəarxası

Dünyada 200 ölkədən 70-i özünü taxılla tam təmin edir, 130 ölkə idxaldan asılıdır

MUMtv.z: - Azərbaycanda ərzaqlıq buğda və unun qiyməti 2022-ci ilin ilk günlərindən bahalaşsa da, əslində dünyada un məmulatlarında kəskin qiymət artımları 2021-ci ilin ilk aylarından başlamışdı. Ötən il dünyada baş verən kəskin iqlim dəyişmələri, sel və daşqın fəlakətləri, meşə yanğınları və qlobal istiləşmə su təminatında çətinlikləri artırmaqla, əksər kənd təsərrüfatı məhsullarının istehsalında azalmalara səbəb oldu. Beynəlxalq Taxıl Şurasının buğda istehsalı ilə bağlı 2021-ci ilə dair gözlənilən ümudverici proqnozları kəskin şəkildə aşağı düşdü, ələxsus da ərzaqlıq buğda tədarükündə xeyli azalma baş verdi. Ötən il dünya üzrə təxminən 770 milyon ton ərzaq buğdası istehsalı proqnozlaşdırılsa da, faktiki istehsal 735 milyon tona düşdü.
Ötən il  taxıl və dənli bitkilərin istehsalının azalması ilə yanaşı, beynəlxalq nəqliyyat-logistika xərclərinin artması da vəziyyəti daha da mürəkkəbləşdirdi. Belə ki, 2021-ci ilin aprel-may aylarından etibarən, dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi, iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin, ələxsus da qida mallarının, o cümlədən taxıl və un məmulatlarının qiymətlərinin qalxmasına səbəb oldu. Yeri gəlmişkən, taxıl istehsalında əhəmiyyətli dərəcədə paya malik olan gübrə və digər mineralların qiyməti bir neçə dəfə bahalaşmışdır, təkcə gübrənin qiyməti də 3 dəfə qalxmışdır. Sözsüz ki, bu faktorlar da qiymət dalğalanmalarında rol oynamışdır.
Yaranmış vəziyyəti nəzərə alan iri taxıl ixracatçıları olan ölkələr ixrac həcmlərini azaltmağa və taxıla əlavə rüsumlar tətbiq etməyə qərarlar verdi. ABŞ, Kanada, Avstraliya ixracda müxtəlif məhdudiyyətlər və kvotlarla yanaşı, “taxıl dempferi” adlanan ticarət qaydaları tətbiq etdi. Rusiya hökuməti 2021-ci ilin fevral ayında buğda, qarğıdalı və arpa ixracında qiymətlərə yeni rüsumlar əlavə etməklə məhsulun satış qiymətinin artmasına səbəb oldu.
Beləliklə, ötən il həm buğda istehsalının azalması, həm istehsal-tədarük xərclərinin artması, həm də ticarət daşınmlarında əlavə tariflərin tətbiqi taxıl və un məhsullarının kəskin şəkildə bahalaşmasına gətirib çıxardı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ilin aprel ayından dekabr ayınadək olan dövr ərzində dünyada ərzaq buğdasının qiymət artımları 40-60 fazi civarında müşahidə olunmuşdur. 2021-ci ilin aprelində bir ton buğdanın dünya bazar ixrac qiyməti 178-200 dollar arasında olmuşdursa, həmin ilin dekabrında qiymətlər 245-295 qiymət indeksinə yüksəlmişdir. Bu, son 4 ilin ən yüksək göstəricisidir. Bundan əvvəl ən yüksək qiymət 2017-2018-ci illərdə olmuşdur, buğdanın hət tonu 200 dollardan satılmışdır.
Göründüyü kimi, buğda təminatında idxaldan asılı olan ölkələrin hamısında ötən ilin ortalarından etibarən bahalaşma müşahidə edildi. Ümumiyyətlə, dünyada 200 ölkədən 70-i özünü taxılla tam təmin edir, 130 ölkə idxaldan asılıdır. Bahalaşma da 130 ölkənin hamısına təsir etdi.
2021-ci ildə bütün dünya ölkələrində, o cümlədən MDB və yaxın region dövlətlərində un və çörəyin qiyməti müxtəlif dövrlərdə 10-12 faiz artmaqla 2021-ci ilin dekabrında ümumilikdə 30 faizə yaxın bahalaşma ilə nəticələndi. Məsələn, Ukrayna, Belarus, Gürcüstan, Ermənistan, Türkiyə və digər ölkələrdə unun və çörəyin qiymətlərində 20-35 faiz artımlar baş vermişdir. Məsələ ondadır ki, dünya bazarında konyuktura dəyişir, taxıl bir çox ölkələr üçün gəlirli biznesə çevrilir, hətta öz tələbatını 100 faiz təmin edən və ixracla məşğul olan ölkələrdə belə buğdanın bahalaşmasına təsadüf edilməkdədir. Məsələn, il ərzində 40 milyon tona taxıl ixrac edən Rusiyanın özündə çörəyin qiyməti 20 faizdən çox bahalaşıb. Rusiyada son bir ayda 0,5 kq çörəyin qiyməti 30 rubldan 36,13 rubla, yəni 65 qəpikdən 75 qəpiyə yüksəlib.
Azərbaycan hökuməti ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasına baxmayaraq qiymət sabitliyini qorumaq üçün bazara müdaxilə etdi, hökumətin ayırdığı böyük subsidiyalar hesabına buğda və unun qiymətləri real qiymətlərdən aşağı saxlanılması təmin edildi. Hətta ölkəmizin idxal etdiyi ərzaq buğdasında payı 90 faizdən çox olan Rusiya hökumətinin 2021-ci ilin əvvəllərində tətbiq etdiyi yüksək ixrac rüsumları sayəsində buğdanın qiymətində 50%-dən çox qiymət artımının baş verməsinə baxmayaraq, ölkəmizdə un və çörək bahalaşmadı. Hökumət tələbatı ödəmək və daxili bazarı tənzimləmək üçün neçə illərdir ki, taxıl idxalçılarına müxtəlif güzəştlər və daxili bazarda qiymətlərə müdaxilə edir, buğda və un məmulatlarına tətbiq edilən ƏDV-nin ləğvi nəticəsində qiymətlərin daxili bazara kəskin təsirləri azaldıldı. Ancaq bu davamlı tənzimləmə yolu hesab edilə bilməz.
Dünyada buğdanın qiymətinin artımının Azərbaycana təsiri açıqlanıb |  Qazet.az
Bütün region və dünya ölkələrində ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşır. Təbii ki, subsidiyalar hansısa sahənin dayanıqlılığını saxlamaq üçün yeganə çıxış yolu deyil, dövlətin maliyyə yardımı müəyyən dövr üçün tənzimləyici rol oynaya bilər, liberal bazarı isə azad bazar qaydaları, tələb-təklif tənzimləyir. Bu baxımdan, Azərbaycan hökuməti də azad bazar prinsiplərinə əsaslanaraq, buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərində tariflərin idxal qiymətinə uyğunlaşdırılmasına qərar verdi. Beləliklə, idxal qiymətləri, daşınma-logistika və digər xərclər nəzərə alınmaqla, un və çörəyin qiyməti real bazar qiymətlərinə uyğun formalaşmış oldu.
Hazırda isə qiymət artımı ölkəmizdə təxminən 17-18 faiz təşkil edir. Ancaq başqa ölkələrdə ümumi götürdükdə son bir ildə 30-40 faiz bahalaşma baş vermişdir.
Hazırda Azərbaycanda ərzaqlıq buğda ilə təminetmə səviyyəsi 58 faizə bərabər olduğundan, il ərzində təxminən 800-900 min ton xarici ölkələrdən buğda idxal olunur. Azərbaycan idxalın təxminən 90-95 faizini Rusiya buğdası ilə təmin edir. Çünki Rusiyadan Azərbaycana daşınma və logistika xərcləri daha sərfəlidir. Ukraynanın logistika xərcləri də yüksəkdir. Azərbaycan Avstraliyadan, Bolqarıstandan, Latviyadan və digər Avropa ölkələrindən də buğda ala bilər. Yol-logistika xərclərini nəzərə aldıqda məhsulun dəyəri daha da bahalaşır. Məhz bu baxımdan ölkəmiz üçün daha ucuz və sərfəli qiymət Rusiya bazarıdır.
Bəs niyə biz xarici ölkələrdən buğda idxal edirik?
Məsələ ondadır ki, son illərdə subsidiyaların əhatəsinin genişləndirilməsi, bu sahədə şəffaflığın artırılması, digər stimullaşdırıcı addımlara baxmayaraq ərzaq buğdasına olan tələbatı yerli istehsal hesabına təmin etmək mümkün olmur, ölkəmizin buğda üzrə idxaldan asılılığı yenə də davam etməkdədir. Bunun da səbəbi ölkəmizin torpaq resurslarının məhdudluğuna görə taxıl məhsulları istehsalı potensialı kifayət qədər deyil. Torpaq resurslarımız azdır, əkinin böyük hissəsi taxılçılığa gedir, əkinə yararlı torpaqlarımız azdır, iqlim şəraiti əlverişsizdir. Buğdanın yetişmə dövrü isti iqlimin başlanması dövrünə təsadüf edir. Su resurslarımız azdır. Buğdanın 65 faizi normal su resursları olmayan yerlərdə becərilir. 170 min təsərrüfat taxıl əkir, onların becərdiyi buğda keyfiyyətsizdir.
Azərbaycanda çörək bahalaşacaqmı? - pia.az
Reallıq ondan ibarətdir ki, buğdanın dünya bazar qiymətində müəyyən dövrlərdə tərəddüdlər zaman-zaman müşahidə olunur. Nəzərə alsaq ki, dünya bazar qiyməti açıq iqtisadi sistemlərin tələb və təklif münasibətləri nəticəsində formalaşır, hətta Azərbaycan özünü tam təmin edəcək həcmdə buğda istehsal etsə belə, dünya bazarında qiymət artımı trendləri əvvəl-axır daxili bazara öz təsirini göstərəcək və nəticədə daxili qiymət dünya qiymətinə bərabərləşəcək. Taxıl bazarı liberal qaydalar əsasında nizamlanmalıdır. Əslində daxili bazar qiymətlərinə dövlət tərəfindən əlavə müdaxilənin edilməsi də doğru yanaşma deyil və liberal bazarın qanunlarına ziddir. Dövlət azad, liberal qiymətlərin formalaşması üçün tənzimləmələr apara bilər, liberal bazarı dəstəkləməklə rəqabət şəraiti yaratmaq və inhisarçılığın qarşısının alınması ilə bağlı tənzimləmələr həyata keçirmək onun funksiyasıdır. Ancaq dövlətin azad  bazar iqtisadiyyatı şəraitində birbaşa qiymətlərə müdaxiləsi düzgün hesab edilə bilməz, qiymətləri bazar özü müəyyənləşdirməlidir.
Musavat.com

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər