Gündəm

Aqrar sektorda yanlış idarəetmənin FƏSADI:
"Aqrar sektorda toxumçuluq və seleksiya işi zəifdir, elmi yanaşma yoxdur, məhsuldarlıq aşağıdır, əl əməyindən çox istifadə edilir”.

MUMtv.az  Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri aqrar sektordakı mövcud problemləri dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçıya görə, ölkədə aqrar sahənin ən böyük problemi insanlardan deyil, sistemdən qaynaqlanır. Sistemdə idarəetmənin düzgün formalaşdırılmaması qeyd olunan sahənin inkişafına zərbə vurmaqla yanaşı, fermerləri də ziyana salır:

"Dünyada ərzaq qiymətlərinin sürətlə bahalaşdığı bir dövrdə "ərzaq təhlükəsizliyi” məsələsi hər bir ölkənin qlobal təhlükəsizlik konsepsiyasında mühüm yer tutmağa başlayır. Ən vacib sahəsi isə taxıldır, əmtəəlik buğdadır. Bir sözlə, çörək məsələsidir. Cəlilabad aqrar sahənin inkişafı üçün ölkənin ən əlverişli rayonlardından biridir, məmləkətin taxıl bazası sayılır. Amma görün bu rayonda nə baş verir? Rayonun Günəşli kəndində yaşayan fermer Ələkbər Abbasov bildirir ki, "Moran Aqro” MMC-dən kiloqramı 80 qəpiyə aldığı toxum, demək olar ki, çıxış verməyib. Payız, qış dolanıb, yaz gəlib, yay olub, lakin tarlada nə taxıl cücərib, nə də məhsul yetişib. Digər fermer Ağasahib Ağayev deyir ki, hər il əkdiyi sahədən 6-7 ton buğda götürdüyü halda, bu mövsüm vur-tut 1,5 ton məhsul əldə edə bilib. O, məhsulun az olmasını toxumla əlaqələndirir. Qeyd edib ki, hansısa şirkətin bazarın yanındakı dükanında buğda toxumu satırlar. Bir çoxları kimi, o da fermer kartında olan vəsaitlə gedib o toxumdan alıb. Lakin nəticə uğursuz alınıb.

Yəni, fermerlər bilmir toxumu hardan alsın. Onlara məsləhət verən, dərs keçən, seleksiya işi aparan yoxdur. Seçim imkanları da yoxdur. Cəlilabad kimi bir yerdə "ağıllı kənd”, idarəçilik qura bilməyən sistem, bunu işğaldan azad edilmiş torpaqlarımızda necə quracaq?! Azərbaycanda aqrar sektora münasibət fəlsəfi olaraq insan övladının 10 min il qabaq Mesopotamiyada torpağı əkib-becərməyə başlaması ilə eynidir. Bu yanaşma ilə elm, texnika, suvarma konsepsiyası olmadığı halda əl əməyi çoxdur”.

Son xəbərlər

Qeyri-adi məxluq alimlərin diqqətini çəkdi - FOTO

Oliqarx-başçı ilə bağlı qərar verilir… – Ramiz Mehdiyevin yadigarıdır…

Son bir ildə Azərbaycanda tibbi xidmətlər nə qədər bahalanıb? – Siyahı

İsrail Fələstin ərazisinin ən böyük hissəsini ələ keçirib

İlham Əliyev Cozef Baydeni təbrik edib

Laçının yenilənən Sus kəndi… - VİDEO

Nazirlər Kabinetindən dəmiryol nəqliyyatı barədə QƏRARLAR

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib – XƏBƏRDARLIQ

Bildiyiniz abidələrin – Bilinməyən tərəfləri

Şahzadə Harri kral ailəsi ilə barışmaq üçün üzr istəməlidir

"ABŞ-də buna görə müharibə olacaq" - Keçmiş Pentaqon rəsmisi

Adil Vəliyevin buralardan XƏBƏRİ VARMI? - Zabratın bitməyən "zibil dərdi"...

Gənclər və idman nazirliyində nüfuz savaşı? - İLGİNC İDDİA

Diasporla İş üzrə Dövlət Komitəsinin “Çağrı mərkəzi” istifadəyə verilib

Məhkəmə Ələsgər Məmmədli barəsində qərar verdi

Zaur Mikayılovdan İŞÇİLƏRƏ ŞOK ZƏRBƏ... - MAAŞLAR AZALDILIR...

Anar Bayramovun 72 minlik mebel aldığı şirkət görün kimə məxsusdur... - Ortaqlardan biri aşpaz bloger, digəri...

Prezident Pakistana səfər edəcək

Səbuhi Abbasov Mingəçevirdən namizəd olacağını açıqladı

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq (RƏSMİ)

Paşinyan ABŞ senatoru ilə sülh müqaviləsini müzakirə etdi

Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam” – Rahil Nəcəfovun cinayət işi // FOTO

Azərbaycanda məmurun qulağını KƏSDİLƏR – FOTO

AHİK-də 50 milyonluq korrupsiya: müəllimlərin pulu, “putyovka” biznesi və “domik” satışı… – ARAŞDIRMA

"Aİ Ermənistan-Azərbaycan münasibətlərinə dəstək verməyə çalışır" - Səfir

Sabah 36 dərəcə isti olacaq

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmə oldu - VİDEO

İctimai nəqliyyatda həftəlik və aylıq kartlar tətbiq edilsin - TƏKLİF

Ali Məhkəmənin hakiminə yeni vəzifə verildi

İlham Əliyev Qazaxıstana səfər etdi

Ərdoğan Qazaxıstana getdi

Övladlarını vətənə qurban verənlər, övladlarına xaricdə lüks həyat yaşadan məmurların qapılarında boynubükük qalıblar - VİDEO

Bütün xəbərlər