Gündəm

Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR

Taxtakörpü su anbarı ölkəmizdə mövcud olan ən mühüm hidrotexniki qurğulardandır.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov "MUMtv.az"a bildirib ki, Taxtakörpü su anbarı ölkəmizdə mövcud olan ən mühüm hidrotexniki qurğulardandır. Ölkə başçsının sərəncamı və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə ilə 2007-ci ildə tikintisinə başlanılan anbar çox böyük strateji əhəməmiyyətə malikdir. Belə ki, son illər yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Bunu Prezident İlham Əliyev də çıxışı zamanı xüsusi qeyd edib. Ölkə başçısı bildirib ki, əgər vaxtında Taxtakörpü su anbarları inşa edilməsəydi, bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz ola bilərdi. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə olunan suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub. Respublikamızda içməli su probleminin aradan qaldırılması istiqamətində  xüsusi əhəmiyyəti ilə fərqlənən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində inşa edilən Taxtakörpü Su Anbarının Su Elektrik Stansiyası ilə birgə Taxtakörpü-Ceyranbatan, Vəlvələçay-Taxtakörpü kanallarının tikintisi layihələrinin reallaşdırılması ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malikdir. 
Bu hidrotexniki qurğu Azərbaycanda reallaşdırılmış layihələrdən müasirliyi və mükəmməlliyi ilə fərqlənir. Bəndin uzunluğu  1180, hündürlüyü 142,5 metrdir. Sahəsi 8,7 kvadratkilometrə çatan gölün ümumi su tutumu 268,4 milyon kubmetr, faydalı həcmi isə 218,9 milyon kubmetrdir. Su anbarından Taxtakörpü-Ceyranbatan kanalına saniyədə 40 kubmetr su axıdılır, burada quraşdırılan üç turbin vasitəsilə 25 mVt elektrik enerjisi istehsal edilir. Ümumilikdə Samur-Abşeron  suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhəri, Abşeron yarımadası, xüsusən də Bakıətrafı kənd və qəsəbələrə saniyədə 18 kubmetr suyun verilməsinə imkan yaranıb. Beləliklə, əhalinin içməli suya, eləcə də suvarma və texniki suya olan tələbatı tam yaxşılaşıb. Suyun öz axını ilə Ceyranbatan su anbarına verilməsi nəticəsində 167 milyon kilovat-saat elektrik enerjisinə və 15 milyon manata qədər maddi vəsaitə qənaət edilir. 
2013-cü ildə istifadəyə verilən su anbarının sayəsində Sumqayıtın, Bakı və Bakıətrafı qəsəbələrin suya olan ehtiyacı daha yaxşı ödənilib,  regionun fasiləsiz elektrik enerjisi ilə təminatına əsaslı zəmin yaranıb, başqa sözlə desək, Taxtakörpü su anbarı bu yerlərə yeni həyat gətirib.

  • Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR
  • Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR
  • Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR
  • Taxtakörpü su anbarı ən mühüm hidrotexniki qurğulardandır - FOTOLAR

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər