Gündəm

14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib?
Azərbaycan Prezidentinin 2 fevral 2007-ci il tarixli 521 nömrəli Fərmanı ilə ləğv olunan qurum müsabiqə keçirib.
Yeniavaz.com xəbər verir ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nəzarət etdiyi "etender.gov.az" saytında yer alan məlumatda 2007-ci ildə ləğv olunan Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin tender keçirdiyi qeyd olunub.
Məlumatda bildirilir ki, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin Goranboy Subartezian Quyuları İstismar İdarəsi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi "İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir Quraşdırma-Sazlama İdarəsi” və "Kasko-Hidro” MMC olub. 2007-ci ildə ləğv olunan Komitənin "İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir Quraşdırma-Sazlama İdarəsi”nə 99 999 manat 69 qəpik, "Kasko-Hidro” MMC-yə isə ili ayrı lot üzrə 258 765 manat 7 qəpik və 258 733 man 89 qəpik ayırdığı bildirilir.
Qeyd edək ki, tender müsabiqəsində adı keçən Goranboy Subartezian Quyuları İstismar İdarəsi hazırda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə tabedir.
Ləğv olunan Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin adından ötən ilin may ayında daha 2 tender müsabiqəsi keçirilib və həmin tenderlərdə də "Kasko-Hidro” MMC-yə 479 min manat ayrılıb. "Kasko-Hidro” MMC əsasən "Azərsu” ASC-nin keçirtdiyi milyonluq tenderlərin qalibi kimi tanınıb. MMC 10.11.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC Nərimanov rayonu, Ziya Bünyadov, ev 110 K ünvanında yerləşir. "Kaskad-Hidro” MMC-nin qanuni təmsilçisi 2000-ci ildən Bakı Dövlət Universitetinin "Riyazi kibernetika" kafedrasında dosent vəzifəsində çalışan Həmidov Sabir İsa oğludur.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 3 may 1993-cü il tarixli 548 nömrəli Fərmanına əsasən Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bazasında yaradılıb və Əhməd Əhmədzadə qurumun sədri təyin olunub.
Onu da bildirək ki, 1993-cü ildən (28 il) Meliorasiya və Su Təsərrüfatına (həm Komitəyə, həm ASC-yə) rəhbərlik edən Əhməd Əhmədzadə bir həftə əvvəl – 2 aprel 2021-ci il tarixində tutduğu vəzifədən azad olunub. Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adından keçirlən tenderin elanı 1 mart tarixində elan olunub və sənəd qəbulu 30 mart tarixində yekunlaşıb.
Məsələ ilə bağlı Goranboy Subartezian Quyuları İstismar İdarəsində münasibət öyrənmək istəsək də telefon zənglərimizə cavab verən olmadı.

14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib?

Son xəbərlər

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Bütün xəbərlər