Gündəm

Rusiya-Ukrayna savaşı BAŞLASA, Zəngəzura hərbi müdaxilə reallaşa bilərmi? - İNCƏLƏMƏ...

MUMtv.az: - Son günlər bütün dünyanın diqqət mərkəzində olan Ukrayna-Rusiya münasibətlərindəki gərginlik get-gedə daha da artmaqdadır. Belə ki, əksər siyasətçilər və politoloqlar Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsinin real olduğu ehtimalını qabardırlar. Rusiyanın geniş tərkibli hərbi kontingenti isə Ukrayna ilə sərhəd boyunca hazır vəziyyətdə gözləməkdədir.

Bu proseslər fonunda, Rusiya ABŞ-dan təhlükəsizlik zəmanətləri ilə bağlı konkret cavab gözləyir. Ağ Evin Kremlin tələblərini yerinə yetirməsi isə real görünmür. Eyni zamanda, Moskvanın konsensusa meyil edərək, zəmanətlərindən güzəştə getməsi də mümkün ehtimallar arasında ən az proqnozlaşdırılanlardandır.

Təbii ki, Ukrayna böhranının bu cür çıxılmaz hal alması region ölkələri üçün təsirsiz ötüşməyəcəyi də aşkardır.

Bəs, Azərbaycan üçün bu təsirlər nədən ibarət ola bilər?

Hadisələrə Azərbaycan prizmasından yanaşarsaq, Ukraynada savaş ssenarisinin mümkün effektləri hərbi, siyasi və iqtisadi cəhətdən təsnifləşdirilə bilər:

1. Avropada təhlükəsizlik sistemi pozulacaq və Qara dənizdə gərginlik artacaq;

2. NATO-nun Gürcüstan ərazisindən hərbi məqsədlər üçün istifadə etməsi ehtimalı ortaya çıxacaq;

3. Rusiyanın enerji müqavilələrindən ayrılması Azərbaycanla ticarətə də təsir edəcək;

4. Türkiyə hər nə qədər Rusiya-Ukrayna gərginliyini azaltmaq üçün ciddi cəhdlər göstərsə də, Ankaranın konflikt vəziyyətində Kremllə münasibətlərinin ciddi şəkildə pozulması mümkündür.

Bunlardan əlavə, Azərbaycan-Ermənistan münasibətləri baxımından da münaqişə öz izlərini buraxacaq. Belə ki, 44 günlük müharibədən sonra münaqişə başa çatsa da, sülh müqaviləsinin olmaması və sərhəddəki problemlərin tam nəticəyə qovuşmaması gərginlik ehtimallarının davam etməsinə səbəb olub.

Bununla yanaşı, Azərbaycan ATƏT-in fəaliyyətinin uğursuzluğa düçar olması ilə birlikdə, öz təhlükəsizliyini təmin etmək üçün də bir sıra preventiv addımlar da atıb:

İlk növbədə, Şuşa Bəyannaməsinin imzalanması ilə NATO-nun regionda əsas gücü olan Türkiyə ilə hərbi ittifaq qurulub.

Eyni zamanda, nüvə ölkəsi olan Pakistan və hərbi səneyisnə görə qabaqcıl ölkələrdən olan İsraillə əməkdaşlıq yüksək səviyyədədir.

Bunlarla paralel olaraq Azərbaycan öz hərbi potensialını da gücləndirib və regionda stabilliyə nail olmaq üçün “3+3” kimi regional formatı aktivləşdirməyə nail olub.

Bütün sadalananları və Ukrayndakı böhranın dərinləşməsi ehtimallarını nəzərə aldıqda, rəsmi Bakının hazırda əsas məqsədinin Gürcüstanı konfliktdən kənarda tutmaq olduğunu söyləyə bilərik. Çünki Rusiyanın Ukrayna cəbhəsində uğur qazanması, NATO-ya üzvlüyə digər iddialı dövlət olan Gürcüstanı Alyans üçün ikinci cəbhə zonasına çevirə bilər.

Bu da Azərbaycan və Türkiyənin kommunikasiyasını təmin edən Gürcüstanın təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqları ortaya çıxaracaq. Belə olan halda rəsmi Bakı və Ankara Gürcüstan ərazisindən keçən infrasturktur layihələrinin müdafiəsi üçün lazımi tədbirlər görməlidir.

Alternativ variant kimi isə, Zəngəzur dəhlizi məsələsinin hərbi yolla çözümünə nail olmaq taktikası işə salına bilər. Çünki Ermənistanın prosesi indiyə kimi uzatması, Bakının bu addımı atmasını zərurətə çevirə bilər.

Qeyd edək ki, Azərbaycan bu addımı atarkən, varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri məsələsini qabartması mümkündür. Çünki 1918-ci ilə aid əksər rəsmi mənbələrdə, indiki Ermənistan ərazisinin böyük bir qismi, eyni zamanda Zəngəzur ərazisi Azərbaycan ərazisi kimi qəbul olunurdu.

Sərhədlərin delimitasiyası məsələsinin həllinə qovuşmaması isə, rəsmi Bakının bu məsələni reallığa dönüşdürmək ehtimallarını artırır.//Bizim.Media

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər