Gündəm

MUMtv.az: - Xaçmaz rayonunda, Qusarşay və Dədəli kəndlərinin sərhəddində qarşılaşdığımız acı mənzərə bizi bu problemə biganə qoya bilməzdi.Bir çox sakinlərin KanalS.az-a etdiyi müracət əsasında adı çəkilən ünvanda olduq.
Ünvana çatmamışdan öncə bizi qarşılayan meşə zolağın görəndə hiss etdik ki, yəqin yenə qanunsuz ağac kəsimi ilə qarşılaşacayıq. Amma meşə zolağına çatar-çatmaz gördüyümüz faciəvi vəziyyəti gördükdən sonra, ağac kəsimi fikiri qaldı bir yana.
Düşündük ki, ağac kəsimi bəlkədə bu vəziyyətin yanında pirə getməli idi. İyrənc mənzərə düz yaşayış evlərinin bir addımlığında, bir neçə kəndi birləşdirən yolun kənarında, suvarma kanalının həndəvərində və bizə təmiz hava verən meşənin seyrək zolağında.
Bu meşə zolağın bu vəziyyətə qoyan insanlarmı deyim, bu vəziyyəti görməzdən gələn aidiyyatı qrumların fəaliyyətsizliyimi deyim bilmirəm, yarpağın tökən ağaclar çox susqun görünürdü.
Ərazidə müşahidə apardığımız zaman topa-topa yığılmış, təpələri xatırladan çirkabları və əraziyə dağılmış zibil yığınını görəndə insanın aldığı havaya da heyifi gəlirdi.
Meşə zolağındakı vəziyyəti müşahidə edib çəkilişi bitirəndən sonra, vəziyyəti hüquq müstəvisində araşdırmağa başladıq.
İlk öncə ərazinin və zibilliyin Qusarçay kəndinin bir addımlığında olduğu üçün Xaçmaz rayon İH-nin Qusarçay İƏD-nin nümayəndəsi Nahid Hacıyev və Qusarçay kənd Bələdiyyəsinin sədri Sadiq Alışovla əlaqə saxladıq.
Bələdiyyə sədri və İcra nümayəndəsi sorğumuza birmənalı olaraq cavab verdilər ki, adı çəkilən ərazi Xaçmaz rayon Dədəli kəndinin ərazisinə məxsusdur. Amma həmin ərazini bir neçə dəfə canlı qüvvəmiz və texnika vasitəsi ilə təmizlənib. Lakin ora yaxın əhali yenədə həmin ərazini zibilləyir.
Araşdırmanı davam etdirmək üçün Xaçmaz rayon İH-nin Dədəli İƏD-si üzrə nümayəndəsi Rasim Qasımovla əlaqə saxladıq.
Rasim müəllim cavabında bildirdi ki, Dədəli Bələdiyyəsi və İcra nümayəndiliyi, Qusarçay İƏD və Bələdiyyəsi ilə birlikdə bir neçə dəfə həmin ərazi tam təmizlənib. Amma orda ən böyük zibil və çirkab yığınına səbəb Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xaçmaz rayon şöbəsinin əməkdaşlarının üzərinə düşür. Çünki, həmin ərazidən suvarma kanalı keçir. Hər il də bu kanalı gəlib qazırlar və böyük çirkab təpələr yaranır. Neçə dəfələrlə aidiyyatı qrumların nümayəndələrinə bu məsələnin həlli üçün müraciət etmişik. Amma nə olsun hələ də bir faydası yoxdu. Bu işdə bizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər və Meşə Təsərrufatı idarəsinin əməkdaşlarıda yaxından köməklik etməlidirlər. Bir neçə dəfə həmin meşəyə cavabdeh şəxs meşəbəyi Nail İsayevə bu məsələ ilə bağlı məlumat vermişik. Hətta Nail İsayev bu ərazinin bu vəziyyətdə olmağından da xəbərdardır.
Problemin həlli istiqamətində adı çəkilən meşəyə cavabdeh Nail İsayevlə əlaqə saxladıq. Nail bəy bildirdi ki, həmin ərazi neçə dəfələrlə tam təmizlənib və lazımı qaydaya salınıb. Amma adı çəkilən meşə zolağının yenədə o vəziyyətə qalmağına səbəb Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xaçmaz rayon şöbəsinin əməkdaşları və ora yaxın əhalidir. Hər dəfə oraları gəlib qazırlar və ərazi yaman günə qalır. Bunu sübut etmək üçün sizə foto və videolarda təqdim edəcəm. Və video və fotolara baxanda görəcəksiz ki, qazılan kanalın bütün zibil və çirkabı həmin meşə zolağına tökülür. Əhali də elə bilir ki, bu yer həqiqətəndə zibllik üçün qazılıb və bu günə qalıb. Məlumat üçün onu da deyə bilərəm ki, biz o ərazini təmizlədikdən sonra, əraziyə zibil atmaq olmaz yazısı olan lövhələrdə yazıb yapışdırdıq. Bir müddətdən sonra həmin yazı olan lövhələridə kimlərsə cırıb tulladılar. Amma oranın yenidən təmizlənməyi üçün yaxın günlərdə yenədə tərəfimizdən işlər həyata keçirləcək və sizə məlumat veriləcək.
Problemdə adı hallanan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Xaçmaz rayon şöbəsinin rəisi Vağif Səlimovla əlaqə saxlamaq cəhdlərimizdə baş tutmadı. Daha doğrusu əlaqə nömrəsinə zəng çatmadı.
Növbəti müraciətmizi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Qafar Ağayeva etdik. Qafar müəllim problemin cavabını almaq üçün qrumun mətbuat xidməti ilə əlaqə saxlamağımızı və lazım gəlsə müsahibə və yaxud şifahi informasıyanın verə biləcəyini bildirdi.
Meşəni cənginə almış zibilliyin aqibəti ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə rəisi Bəhruz Məmmədovlada əlaqə saxladıq. Bəhruz müəllim tez bir zamanda adı çəkilən meşə zolağındakı zibilliyin təmizlənəcəyini və aidiyyatı üzrə tapşırıqların veriləcəyini bildirdi.
Qrumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimovada məsələnin araşdırılıb problemin həlli istiqamətində addımlar atacaqlarını söylədi.
Əziz həmvətənlərimiz, əziz sakinlərimiz bir neçə kəlmə kənardakından deyəndə bir kəlmədə özümüzdən deyək. O meşəni zibilləyəndə biz, təmizlik istəyəndə biz. Təbiəti qorumaq, mühafizə etmək hər birimizin vəzifə borcudur.//azerinfo.az



Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər