Gündəm


 
 

İsmayıllının Urşan meşəsində ağac soyqırımı-Video/Foto





Bir çox dövlət qurumları var ki, öz işlərinə layiqincə yanaşmır. Belə olduğu təqdirdə isə idarə, müəssisə və təşkilatlarda bir sıra qanuna zidd işlərin baş verməsi labüddür. Bu gün bəhs edəcəyimiz mövzu məhz işinə laqeyd yanaşan dövlət qurumlarından biri haqqında olacaq. O qurum isə cəmiyyətin böyük əksəriyyətinin qəzəbinə səbəb olmuş bir sıra qanunsuz işlərə göz yuman Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Bizi əhatə edən hər şey təbiətdir. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımızda, sağlamlığımızda onunla bağlıdır. Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: "Yaşıl ciyər”. Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılarda yaşaya bilməz.
İsmayıllının Urşan meşəsində ağac soyqırımı-Video/Foto










 

 




Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır. Xoş Əhvali-ruhiyyə qrup yaratmaq eşqi güclənir. Bəs gəlin görək, bizdə meşələrə qayğı və diqqət hansı səviyyədədir? Belə ki, DogruXeber.az İnformasiya Agentliyi olaraq, ötən buraxılışlarımızda bu mövzu haqqında geniş məlumat vermişdik. Qeyd etmək istəyirik ki, son dövrlər Bakıda və bir çox rayonlarda yaşıllıqların kütləvi məhv olması barədə sosial mediada bir çox məlumatlar dərc olunmuşdur. Sosial media olaraq, müşahidələrimizdən belə qənaətə gəlirik ki, yaşıllıqların məhv olması barədə bir çox qanun pozuntuları məqsədli şəkildə həyata keçirilir. Belə olduğu təqdirdə isə Nazirliklər ölkə rəhbərinin onlara qarşı göstərdiyi etimadlara laqeyd yanaşdıqlarını ortaya qoyurlar. 
Bir neçə gün öncə DogruXeber.az İnformasiya Agentliyinin redaksiyasına İsmayıllı rayonunun Urşan meşəsindən və eyni zamanda Sabirabad və digər rayonlardan qan dondurucu video materiallar daxil olmuşdur. Nəzərinizə onu da çatdıraq ki, bir neçə ay öncə bəhs etdiyimiz mövzu haqqında Ekologiya Nazirliyinə elektron və şifahi müraciətlərimiz olmuşdur. Təəssüflə, qeyd etmək istəyirik ki, Nazirlik müraciətlərimizi çətinliklə də olsa, qeydə alıb deyilən ərazilərdə yoxlamalar apardı. Nəticə olaraq, apardıqları yoxlamalar zamanı şəxsi maraqlarına xidmət etdikləri üzə çıxdı. Bölgə üzrə nümayəndəmizin verdiyi məlumata əsaslanaraq bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin region üzrə nümayəndəsi Nəriman və Fəda adlı şəxslər İsmayıllı rayonunun Urşan meşəsində meşəbəyi Xıdırov Ələddinlə birliktə yoxlamalar apardıqları zaman məsələnin rüşvət qarşılığında həll olunması haqda razılaşma əldə ediblər. 
Belə ki, sözü gedən məsələ ilə bağlı redaksiyamıza müraciət edən şəxs yuxarıda adlarını qeyd etdiyimiz əməkdaşlara və iki digər şəxsə meşədə qırılan ağacların yerini göstərmək üçün bələdçilik edib. Adının anonim qalmasını istəyən rayon sakini nazirlik əməkdaşlarını əraziyə gətirdikdən sonra ərazidən uzaqlaşıb. Bir xeyli getdikdən sonra yoxlamanın gedişatından məlumatlı olmağı üçün onları izləmək qərarına gəlib. Nazirlik əməkdaşlarından bir neçə metr məsafədə gizli olaraq dayanıb gedişatı izləyən rayon sakini meşə gözətçisi Ə.Xıdırovun əməkdaşlara "şok”edici təklif etdiyinin şahidi olub. Söhbət rüşvət qarşılığında baş vermiş hadisənin ört-basdır olunmasından gedib. Hətta meşə gözətçisi Ə.Xıdırovun yaxşı "tut arağı” ilə onlara qonaqlıq verəcəyini də bildirib. Bu məsələnin bir tərəfi;
1. Növbəti buraxılışımızda diqqətinizə çatdıracağımız mövzu Urşan meşəsində baş vermiş hadisə necə Qalıncaq meşəsinin adına yazıldı? 
2. Sabirabad, Şirvan meşələri kimlər tərəfindən qanunsuz zəbt olundu?
3. Rayon sakinin qanunsuz zəbt olunmuş meşə əraziləri barədə nazirliyə etdiyi müraciətə nazirlik nə üçün baxmır? 
Bu və ya digər məsələlər üçün gələn buraxılışlarımızda ətraflı məlumat verəcəyik...
Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq.

İsmayıllının Urşan meşəsində ağac soyqırımı-Video/Foto

Son xəbərlər

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

Bütün xəbərlər