Gündəm

Mumtv.az: - “Aktyorlara qarşı ögey münasibət var, bundan o tərəfi yoxdur...”

Bu sözləri  aktyor Allahverdi Yolçuyev səhhəti pisləşən həmkarı Novruz Qartalla bağlı danışarkən deyib.

O, çətin durumda olan sənətçilərə dövlət dəstəyinin vacibliyini dilə gətirib:

“Novruz Qartalla birlikdə işləmişəm, əlim əsdiyinə görə yanına gedə bilmirəm, belə vəziyyətlərdə həyəcanlanıram, amma xanımı ilə tez-tez danışıram, halını soruşuram.

Bilirsiniz, heç aktyor yox, lap belə süpürgəçi, qəssab, bərbər olum, fərqi yoxdur, bu ölkənin vətəndaşıyam. Hər bir ölkə də çətin vəziyyətlə üzləşirsə, ona kömək etməyi vacibdir.

Sənət adamları özləri üçün yaşamırlar, oturub xırdalasaq görərik ki, tək-tük sənət adamının ailə həyatı uğurlu alınıb, övladları ona dayaq olub. Novruz Qartalın 2 oğlu var, biri kirayədə yaşayır, o bir xəstədir.

Aktyorlar ömür boyu əziyyət çəkirlər. Biz Hollivud aktyorlarına həqiqi mənada həsəd aparırıq, çünki çünki milyonlarala qonorar alırlar. Azərbaycanda isə maaş bir yana, heç qonorarı düz-əməlli vermirlər. Belə çıxır ki, ölkəyə incəsənət ümumiyyətlə, lazım deyil?!”

Aktyor Mədəniyyət Nazirliyinin sənət adamlarına laqeyd yanaşmasından şikayətçidir:

“Mən 42 ilin aktyoruyam, nə soruşan, nə maraqlanan var ki, niyə işləmirsən, işləmirsənsə, bəs necə dolanırsan? Müavinət, təqaüd, əlilliyə görə yardım almırsan? Dərmanlara pulu hardan tapırsan?

Parkinson ağır xəstəlikdir. Dost-tanış, qohum-əqrəba təbii ki, maraqlanır, amma vacib qurumlar qətiyyən maraqlanmır. Söhbət Mədəniyyət Nazirliyindən gedir. Onlar imkanları daxilində sənətçilərə kömək etməlidirlər, burada çəkinəsi, utanası bir şey yoxdur.

Mən mənəvi dünyamı zənginləşdirmək üçün bu sənətə gəlmişəm, bundan peşman da deyiləm. Bilirəm ki, bu gün yıxılıb ölsəm, başlayacaq: “Kaş Allahverdi Yolçuyevə fəxri ad verəydilər” və s. və i.a. Bu hamı üçün deyilən ümumi ifadələrdir, illərdir dünyadan köçən hər bir sənətçinin arxasınca təkrarlanır.

İncəsənət ölkənin prestijidir, ölkəni tanıdan onun bəstəkarı, sənətçisi, aktyorudur. Ona görə də, zəhmətkeş sənətçi əməyinin bəhrəsini görəndə sevinir. Məsələn, o gün Novruz Qartala Qənirə Paşayeva baş çəkdi.

Novruz da günah var, vaxtında işin üstünə düşməyib ki, ev alsın. 1 və ya 2 otaq nədir ki, özünü sənətdə çürütmüş adam ala bilməsin?! Eləsi var ki, üç dəfə ev alıb, yazıq aktyorlara ev verən yoxdur! Nə olsun ki, fəxri ad almayıb, yaxud səhnədə kiçik rollar oynayıb. İnsanın sənətini bununla ölçmürlər”.//yenisabah.az

Son xəbərlər

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

MSK sədri parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Bütün xəbərlər