Gündəm

Başçı postu boşdur... bir BAŞBİLƏN DƏ YOXDUR? - Şəhid Anası ÇƏTİN DURUMDA

MUMtv.az: - 2020-ci ilin oktyabrın 20-də Füzulinin işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə əsgər Məlik Zülfüqarov şəhid oldu. Ötən ilin bu vaxtları sosial şəbəkələr şəhidin anası Yeganə Ədilovanın dövlətin ona verdiyi 11 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışlamasından danışırdı. Həmin vaxt bu pulun əsgərlər üçün vacib olduğunu deyən ana hər zaman dövlətimizin yanında olacağını vurğulamışdı.
AzVision.az qələbəmizin bir ilinin tamamında şəhid anası ilə əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb. Ötən bir ilin çətin keçdiyini deyən ananın göz yaşları hələ də qurumayıb, gözü qapıda oğul yolu gözləyir:
- Bu müddət ərzində onun şəhidliyi ilə barışa bilmədim. Məliksiz keçən ömür mənim üçün çox çətindir. Gözümüzün yaşı qurumadı. Övlad itirən ana necə ola bilər? Dörd dəfə Məlikin xidmət etdiyi hərbi hissəyə getdim. Hər dəfə qapıdan içəri daxil olanda elə bilirdim Məlik məni qarşılayacaq. Onunla hərbi hissədə çay içib söhbətləşdiyimiz anlar gözümün qarşısından lent kimi keçirdi".
Ana deyir ki, Məlik qələbə əzmi ilə döyüşlərə qatılmışdı və ölməyə deyil, öldürməyə getmişdi: "Tez-tez yuxularıma gəlir. Onun uşaqlıq vaxtlarını görürəm. Əsgərliyə gedəndə 18 yaşı var idi. Ötən ilin iyulunda doğum gününü hərbi hissədə qeyd etdi. Bu il isə ad gününü məzarı başında keçirdim. Təmtəraqlı qeyd etməyi sevməzdi. Mənə deyərdi ki, "bir tort bişir, bəsdir". Bu il tortu bişirib, məzarı üstə getdim. Həmişə deyirdim ki, Məlik ya qalib əsgər, ya da qazi kimi qayıdacaq. Şəhid olacağını heç gözləmirdim".

YAŞAT Fondu dəfələrlə Yeganə Ədilova ilə əlaqə saxlayıb, köməklik göstərməyi təklif etsə də, o bundan imtina edib. Deyir ki, YAŞAT Fondunun maddi dəstəyi qazilər üçün daha gərəklidir: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dərzi olduğumu nəzərə alıb, mənə tikiş maşını verib. Amma ev şəraitim yaxşı olmadığına görə həmin maşını quraşdırıb, işlədə bilmirəm. Kürdəmir rayon icra hakimiyyətinə iş üçün müraciət etmişəm. Çünki işləyib bütün problemlərimi özüm həll etmək istəyirəm".

Yeganə xanım deyir ki, şəhid anası olduğu üçün oturub hər şeyi dövlətdən istəyə bilməz: "Borcum və kreditim mənə aiddir, bunun dövlətə aidiyyatı yoxdur. İş olsaydı, işləyib bunları həll edərdim, amma bu istiqamətdə mənə köməklik olunmadı. Bakıdan bir şəxs gəlib, bizə 2 otaqlı ev tikiləcəyini dedi, razılaşmadım. Bildirdim ki, heç olmasa 3 otaqlı ev tikilsin ki, onun bir otağını Məlik üçün muzey edə bilim. Onu da etmədilər. İndi bir otaqlı evimdə qızımla qalıram. O zaman 11 min manatı da dövlətə verdim, çünki əsgərlərinizin ehtiyacı var idi. Hər zaman əsgərlərimiz üçün canımı da verərəm".

Başçı postu boşdur... bir BAŞBİLƏN DƏ YOXDUR? - Şəhid Anası ÇƏTİN DURUMDA
Başçı postu boşdur... bir BAŞBİLƏN DƏ YOXDUR? - Şəhid Anası ÇƏTİN DURUMDA
Başçı postu boşdur... bir BAŞBİLƏN DƏ YOXDUR? - Şəhid Anası ÇƏTİN DURUMDA

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Bütün xəbərlər